Məhkəmə qərarları › İş №2(044)-2949/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2949/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2949/2021 08.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, «Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı borc tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə«Bank Respublika” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 28 iyun 219-cu il tarixli, 005CASA191790009 saylı güzəştli kredit müqaviləsinin ləğv edilməsinə, Cavabdeh 28 iyun 2019-cu il tarixli 005CASA191790009 saylı güzəştli kredit müqaviləsi üzrə 994.13 manat əsas, 4.78 manat faiz, cəmi 998.91 manat borcun həmçinin 30 manat ödənilmjiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «Bank Respublika” ASC Cavabdeh 21 aprel 2014cü il tarixli 026CASA141110005 saylı kredit müqaviləsinə əsasən 2000 manat məbləğində kredit verilmişdir. Azərbaycn Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidenti 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına əsasən Cavabdeh 28 iyun 2019-cu il tarixli, 005CASA191790009 saylı güzəştli kredit müqaviləsinə əsasən, 60 ay müddətinə illik 1 faiz olmaqla, 1 il güzəşt müddəti hesab edilməklə 994.13 manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsinin Şərtlərinə əsasən, Cavabdeh 03.06.2021-ci il tarixinə 28 iyun 2019-cu il tarixli, 005CASA191790009 saylı güzəştli kredit müqaviləsinə əsasən, əsas borcu 994.13 manat əsas, 4.78 manat faiz, cəmi 998.91 manat təşkil edir. Bank tərəfindən cavabdehə yazılı şəkildə bildiriş göndərilmiş və 3 gün müddətində öhdəliklərin icra olunmaması halında, məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh tərəfindən bildirişə münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - 28 iyun 2019-cu il tarixli güzəştli kredit müqaviləsindən görünür ki, Cavabdeh «Bank Respublika” Açıq Səhmdar Cəmiyyətindən illik 1 faizlə 60 ay müddətinə ödəmək şərti ilə 994.13 manat məbləğində krediti faizlərlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. - 03.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Kredit Müqaviləsi üzrə «Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinə 03.06.2021-ci il tarixə olan borcu, 994.13 manat ödənilməmiş borc, 4,78 manat faiz borcu cəmi 998.91 manat manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.4-cü maddəinin 1-ci cümləsinə əsasən icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. - 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarından görünür ki, Cavabdeh müvafiq olaraq kredit müqaviləsinə əsasən «Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin qarşısında üzərinə götürdüyü öhdəliyə tam əməl etməmişdir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh ilə «Bank Respublika” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 28 iyun 219cu il tarixli, 005CASA191790009 saylı güzəştli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 994.13 manat əsas, 4.78 manat faiz borcu olmaqla ümumilikdə 998 (doqquz yüz doxsan səkkiz) manat 91 (doxsan bir) qəpik borc və 30 (otuz) manat qəpik dövlət rüsumu tutularaq «Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar