Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-295/2021 09.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh 11.06.2020-ci il tarixinədək ləğv prosesində olan İddiaçı ASC-yə 03.07.2014-cü il tarixli 04/14 saylı kredit müqaviləsi üzrə 16857.55 manat əsas, 3069.23 manat faiz, 5273.59 manat cərimə, Azərbaycan Respublikasının MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 2475.72 manat illik faiz borcu, cəmi 27676.09 manat məbləğində kredit borcu və 11.12.2015-ci il tarixli 08/15 saylı kredit müqaviləsi üzrə 4820.27 manat əsas, 1291.57 manat faiz, 1094.30 manat cərimə, Azərbaycan Respublikasının MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 603 manat illik faiz borcu, cəmi 7809.14 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 03.07.2014-cü il tarixli 04/14 saylı kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə illik 14 faiz dərəcəsi iə 45.000 manat məbləğində, həmçinin 11.12.2015-ci il tarixli 08/15 saylı kredit müqaviləsinə əsasən borcalana 24 ay müddətinə illik 14 faiz dərəcəsi ilə 5.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinə əsasən borcalan tərəfindən müqavilə ilə müəyyən olunmuş məbləğ və ona hesablanmış faizlər hər ayın müvafiq günü tam şəkildə ödənilməlidir. Eyni zamanda müqavilədə göstərilir ki, borcalanın üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi üçün dəbbə pulu müəyyənləşdirilir. Belə ki, borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin müvafiq məbləğində dəbbə pulu ödəməlidir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də borcalan Cavabdeh 11.06.2020ci il tarixinədək LPO İddiaçı ASC-yə 03.07.2014-cü il tarixli 04/14 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 16857.55 manat əsas, 3069.23 manat faiz, 5273.59 manat cərimə, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 2475.72 manat illik faiz borcu, cəmi 27676.09 manat məbləğində kredit borcu və 11.12.2015-ci il tarixli 08/15 saylı kredit müqaviləsinə əsasən 4820.27 manat əsas, 1291.57 manat faiz, 1094.30 manat cərimə, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 603 manat illik faiz borcu, cəmi 7809.14 manat məbləğində borcu yaranmışdır. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə “iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh 27.04.2021-ci il tarixinə olan 03.07.2014-cü il tarixli 04/14 saylı kredit müqaviləsi üzrə əsas borc 16857.55 manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu üzrə 3069.23 manat, cərimə borcu üzrə 6013.10 manat, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 3215.16 manat illik faiz borcu, cəmi 29155.04 manat borcun və 11.12.2015-ci il tarixli 08/15 saylı kredit müqaviləsi üzrə 4820.27 manat əsas, 1291.57 manat faiz, 1306.01 manat cərimə, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 814.72 manat illik faiz borcu, cəmi 8232.57 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və məhkəmədən iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini əsas və faiz borcu hissəsində qəbul edir, digər hissədə isə qismən qəbul edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 03.07.2014-cü il tarixli 04/14 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC-nin Gəncə filialı tərəfindən Cavabdeh 36 ay müddətinə illik 14 faizlə 45.000 (qırx beş min) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 11.12.2015-ci il tarixli 08/15 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC-nin Gəncə filialı tərəfindən Cavabdeh 24 ay müddətinə illik 14 faizlə 5.000 (beş min) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 12.06.2020-ci il tarixli maliyyə arayışından görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 03.07.2014-cü il tarixli 04/14 saylı kredit müqaviləsi üzrə cavabdehin 11.06.2020-ci il tarixinə 16857.55 manat əsas, 3069.23 manat faiz, 5273.59 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 2475.72 manat illik faiz borcu olmaqla, cəmi 27676.09 manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş 12.06.2020-ci il tarixli maliyyə arayışından görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11.12.2015-ci il tarixli 08/15 saylı kredit müqaviləsi üzrə cavabdehin 11.06.2020-ci il tarixinə 4820.27 manat əsas, 1291.57 manat faiz, 1094.30 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 603 manat illik faiz borcu olmaqla, cəmi 7809.14 manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19.03.2021-ci il tarixli, 9/5626 saylı rəyindən görünür ki, 03.07.2014-cü il tarixli 04/14 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh 03.07.2017-ci il tarixdə illik 14 faiz hesablanmaqla banka olan borcu 16.856,23 manat əsas və 3.480,81 manat faiz borcu təşkil edir. Həmçinin Cavabdeh 11.12.2015-ci il tarixli 08/15 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla banka olan borcu 11.12.2017-ci il tarixə illik 14 faizlə hesablanmaqla 4820.28 manat əsas və 1291.57 manat faiz borcu təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 03.07.2014-cü il tarixli 04/14 saylı kredit müqaviləsi üzrə 16856.23 manat əsas, 3069.23 manat faiz borcu, 45 manat cərimə olmaqla, cəmi 19970.46 manat və 11.12.2015-ci il tarixli 08/15 saylı kredit müqaviləsi üzrə 4820.27 manat əsas, 1291.57 manat faiz, 20 manat cərimə olmaqla, cəmi 6131.84 manat və ödənilmiş 30 manat məğləbində dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa, iş üzrə keçirilmiş məhkəmə-mühasibat ekspertizasının 19.03.2021-ci il tarixli, 9/5626 nömrəli rəyi ilə əlaqədar 200 (iki yüz) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan məbləğ məhkəmə xərcləri olaraq Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 03.07.2014-cü il tarixli 04/14 saylı kredit müqaviləsi üzrə 16856.23 manat əsas, 3069.23 manat faiz borcu, 45 manat cərimə olmaqla, cəmi 19970.46 manat və 11.12.2015-ci il tarixli 08/15 saylı kredit müqaviləsi üzrə 4820.27 manat əsas, 1291.57 manat faiz, 20 manat cərimə olmaqla, cəmi 6131.84 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 200 manat ekspertiza tədqiqatının dəyəri tutularaq, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-295/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-295/2021
09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver