Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2988/2021 10.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan onun xeyrinə 24.06.2019-cu il tarixli müqaviləyə əsasən Hoffmann VFAC markalı kondisioner üçün 576 manat ödənilməmiş hissə, 173 manat dəbbə pulu, 27.06.2019-cu il tarixli müqaviləyə əsasən, Hoffmann VFAC markalı kondisioner üçün 576 manat ödənilməmiş hissə, 173 manat dəbbə pulu miqdarında borc, 03.12.2019-cu il tarixli müqaviləyə əsasən LG markalı paltaryuyan üçün 1005 manat ödənilməmiş hissə, 301 manat dəbbə pulu, ümumilikdə 2804 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddanı müdafiə edərək bildirmişdir ki, Cavabdeh oğlu "xxxx" MMC ilə 24.06.2019-cu il tarixli, 27.06.2019-cu il tarixli və 03.12.2019-cu il tarixli müqaviləsinə əsasən Hoffmann VFAC markalı kondisionerlər və LG markalı paltaryuyan almış və nəticədə 2804 manat borcu yaranmışdır. 24.06.2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən alqı-satqı qiyməti 864 manat (24 ay x 36 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann Vfac markalı kondisioner üçün ümumilikdə 749 manat olmaqla ondan, 576 manat ödənilməmiş hissə, 173 manat dəbbə pulu; 27.06.2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən alqı-satqı qiyməti 864 manat (24 ay x 36 manat) olan Hoffmann Vfac markalı kondisioner üçün ümumilikdə 749 manat olmaqla ondan, 576 manat ödənilməmiş hissə, 173 dəbbə pulu; 03.12.2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən alqı-satqı qiyməti 1209 manat (18 ay x 67 manat + 3 manat ilkin ödəniş) olan LG markalı paltaryuyan üçün ümumilikdə 1306 manat olmaqla ondan, 1005 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 301 manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 780 manat təşkil edir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək cərimənin azaldılmasını, əsas borcunu isə az-az ödəyə biləcəyini bildirmişdir. Sonda o, iddianın qismən təmin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - 24.06.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh oğlu ABC Telecom MMC-dən HOFFMANN VFAC markalı kondisioneri 864 manata almışdır. - Tərəflər arasında bağlanmış 24.06.2019-cu il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 01.08.2019-cu il tarixdən 01.07.2021-ci il tarixədək 24 ay ərzində hər ayın 1-i tarixində ayda 36 manat ödənilməsi nəzərdə tutulmuşdur. - 27.06.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh oğlu ABC Telecom MMC-dən HOFFMANN VFAC markalı kondisioneri 864 manata almışdır. - Tərəflər arasında bağlanmış 27.06.2019-cu il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 01.08.2019-cu il tarixdən 01.07.2021-ci il tarixədək 24 ay ərzində hər ayın 1-i tarixində ayda 36 manat ödənilməsi nəzərdə tutulmuşdur. - 03.12.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh oğlu ABC Telecom MMC-dən LG markalı paltaryuyanı 1209 manata almışdır. - Tərəflər arasında bağlanmış 03.12.2019-cu il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 16.01.2020-ci il tarixdən 16.06.2021-ci il tarixədək 18 ay ərzində hər ayın 16-sı tarixində ayda 67 manat ödənilməsi nəzərdə tutulmuşdur. - 13.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh oğlu 24.06.2019cu il tarixli müqavilə üzrə 288 manat ödənilmiş məbləğ, 576 manat ödənilməmiş hissə, 173 manat cərimə, ümumilikdə ödənilməmiş məbləğ 749 manat, 27.06.2019-cu il il tarixli müqavilə üzrə 288 manat ödənilmiş məbləğ, 576 manat ödənilməmiş hissə, 173 manat cərimə, ümumilikdə 749 manat ödənilməmiş məbləğ, 03.12.2019-cu il il tarixli müqavilə üzrə 204 manat ödənilmiş məbləğ, 1005 manat ödənilməmiş hissə, 301 manat cərimə, ümumilikdə 1306 manat ödənilməmiş məbləğ, cəmi 2804 manat təşkil edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin faktiki hallarından görünür ki, Cavabdeh oğlu müqavilələrə əsasən ABC Telecom MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Buna görə də iddiaçının həmin müqavilələr üzrə yaranmış borcu cavabdehdən tələb hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə pulu azaldılaraq 24.06.2019-cu il tarixli müqaviləyə əsasən 10 manat, 27.06.2019-cu il tarixli müqaviləyə əsasən 10 manat, 03.12.2019-cu il tarixli müqaviləyə əsasən 20 manat müəyyən olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 24.06.2019-cu il tarixli müqavilə üzrə 576 manat ödənilməmiş hissə, 10 manat cərimə, 24.06.2019-cu il tarixli müqavilə üzrə 576 manat ödənilməmiş hissə, 10 manat cərimə 03.12.2019-cu il tarixli müqavilə üzrə 1005 manat ödənilməmiş hissə, 20 manat cərimə olmaqla, cəmi 2197 manat pulu və ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh oğlundan 24.06.2019-cu il tarixli müqavilə üzrə 576 manat ödənilməmiş hissə, 10 manat cərimə, 24.06.2019-cu il tarixli müqavilə üzrə 576 manat ödənilməmiş hissə, 10 manat cərimə, 03.12.2019-cu il tarixli müqavilə üzrə 1005 manat ödənilməmiş hissə, 20 manat cərimə olmaqla ümumilikdə 2197 (iki min yüz doxsan yeddi) manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun 15 (on beş) manatı tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-2988/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2988/2021
10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver