Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-305/2022 25.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X1 26.01.2004-cü il tarixdə Bakı şəhərində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, o, 2002-ci il tarixdə X3 ilə faktiki nikaha daxil olmaqla ailə qurmuş və 26.01.2004-cü il tarixdə X2 Bakı şəhərində dünyaya gəlmişdir. Lakin sonradan X3 onları atıb getmiş və həmin vaxtdan da oğlu ilə bir yerdə yaşayırlar. Lakin onun səhlənkarlığı səbəbindən hazırkı vaxtadək oğlu haqqında şəhadətnamə ala bilməmişdir. Bunun nəticəsində hazırda oğluna şəxsiyyət vəsiqəsi ala bilməmiş və hərbi qeydiyyata aldıra bilməmişdir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında anası Ərizəçi iştirakı ilə dindirilmiş Nihad Verdiyev bildirdi ki, o, 26.01.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Doğum şəhadətnaməsi olmadığından o, məktəbdə oxuya bilmir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin iştirakı təmin edilməmişdir. Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış məktubda, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması və müvafiq qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 19.11.2021-ci il tarixdə Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubda, 26.01.2004-cü il tarixdə oğlan cinsli uşağın xəstəxanada doğulması faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə müraciət etməsi bildirilmişdir. 17.01.2022-ci il tarixdə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Publik hüquqi şəxs “X7” Publik Hüquqi şəxs tərəfindən verilmiş 01 saylı məktubdan görünür ki, “X7” Publik Hüquqi şəxs 2 saylı X4 Ərizəçi 26.01.2004-cü il tarixdə 2 saylı Doğum Evinə 39-40 həftəlik hamiləliklə daxil olmuş, 26.01.2004-cü il tarixdə Verdiyeva çəkisi 3200.0, boyu 50 sm olan oğlan uşağı doğmuşdur. 02.02.2004-cü il il tarixdə ana uşaqla birgə kafi vəziyyətdə evə yazılmışdır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsində göstərilir ki, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideyinlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, uşağın valideyinlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 48-ci maddəsində göstərilir ki, bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideyinlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Həmin Məcəllənin 46.3-cü maddəsində göstərilir ki, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideyinlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Məhkəmə sonda işin müəyyən olunmuş hallarını və onlara tətbiq edilməli olan qanunvericilik müddəalarını rəhbər tutaraq hesab edir ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına aiddir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur və bu səbəblərdən də ərizə təmin edilərək, Nihad Verdiyevin 26.01.2004-cü il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilməli və akt qeydi açılmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi tərəfindən 26.01.2004-cü il tarixdə Nihad Verdiyevi Bakı şəhərində doğulmuşdur. Ərizəçi 26.01.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş Nihad Verdiyevə doğum haqqında şəhadətnamə ala bilməmişdir. Məhkəmə hesab edir ki, Nihad Verdiyevin doğum faktı müəyyən olunmalı, Nihad Verdiyevin 26.01.2004-cü il tarixdə Bakı şəhərində anadan olması faktı müəyyən edilməklə onun adına yeni doğum haqqında şəhadətnamə verilməli, doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən doğulmuş – Nihad Verdiyevin 26.01.2004-cü il tarixdə Bakı şəhərində anadan olması faktı müəyyən edilsin. Yeni doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-305/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-305/2022
25.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver