Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3054/2020 26.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi ilə, İddiaçı Gəncə şəhər Probasiya Şöbəsinin Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair mülki işə, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Gəncə şəhər Probasiya Şöbəsi Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh sadə elektron qolbağı, mobil nəzarət qurğusu və iki ədəd ev siqnal ötürücülərini itirdiyinə görə, ondan dəyəri 1346.03 manat vəsait alınaraq, Ədliyyə Nazirliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Gəncə şəhər Kəpəız Rayon Məhkəməsinin1(043)-38/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həbsdə saxlandığı müddət nəzərə alınmaqla üzərində 01 il 01 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. xx.xx.2019-cu il tarixdə Cavabdeh yaşadığı ünvana iki ədəd ev siqnal ötürücüsü quraşdırılmış və onun ayağına sadə elektron qolbağ bağlanmışdır. Bununla yanaşı E.Musazadə bir ədəd mobil nəzarət qurğusu, onun adapteri, MNQ-nun adapteri təhvil verilmişdir. Həmin elektron nəzarət vasitələrinin dəyəri və həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin Cavabdeh tutulacağı elan edilmiş və bu barədə protokol tərtib edilmişdir. Cavabdeh cəza müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Həmin tarixdə elektron nəzarət vasitələri təhvil alınarkən mobil nəzarət qurğusunun ekranının zədələndiyi və qurğunun yararsız vəziyyətə düşdüyü müəyyən edilmişdir. Mobil nəzarət qurğusunun ekranının zədələnməsi barədə xx.xx.2020-ci il tarixdə X2 MMC tərəfindən verilmiş texniki rəy alınmışdır. 21.07. və xx.xx.2020-ci il tarixlərdə Cavabdeh izahatı alınarkən 1346.03 manat məbləğində vurulmuş ziyanı ödəməyə imkanı olmadığı bildirilmişdir. Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına görə mobil nəzarət qurğusunun dəyəri 1346.03 manat təşkil edir. Cavabdeh təklif olunsa da vurulmuş ziyanın dəyərini könüllü ödəməkdən imtina etmişdir. Məhkəmədən Cavabdeh sadə elektron qolbağı, mobil nəzarət qurğusu və iki ədəd ev siqnal ötürücülərini itirdiyinə görə, ondan dəyəri 1346.03 manat vəsait alınaraq, Ədliyyə Nazirliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Gəncə şəhər Probasiya Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. İddiaçı Gəncə şəhər Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri Elmar Cəfərov tərəfindən məhkəməyə ünvanlanmış ərizədə iş yükünün çox olması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmədən iştirakları olmadan işə baxılaraq iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-38/2019 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinib 1 il 01 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına cəzasına məhkum edilmiş, onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan daimi yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, həmçinin Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək və yaşayış yerini günün müəyyən vaxtı yəni axşam saat 21:00-dan səhər saat 08:00dək tərk etməmək vəzifələri qoyulmuşdur. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-38/2019 saylı hökmün icrası barədə göstərişin surətindən görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-38/2019 saylı hökmü 20.05. 2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. xx.xx.2019-cu il tarixli protokolun surətindən görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-38/2019 saylı hökmü ilə 1 il 01 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına cəzasına məhkum edilmiş Cavabdeh ayağına yenidən qolbaq bağlanmış, bununla yanaşı qolbağının poverbankı, mobil nəzarət qurğusu, adapteri, 2 ədəd ev nəzarət stansiyaları məhkuma təhvil verilmiş və ona elektron nəzarət vasitələrinə xidmət qaydaları izah edilmiş, ona yaddaş kitabçası verilmişdir. xx.xx.2019-cu il tarixli protokolun surətindən görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-38/2019 saylı hökmü ilə 1 il 01 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına cəzasına məhkum edilmiş Cavabdeh tətbiq edilən elektron nəzarət vasitələrinin dəyəri, həmçinin həmin vasitələri itirəcəyi və ya onu zədələyəcəyi, yaxud digər üsulla onu yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı elan edilmişdir. Biometrik məlumatların yoxlanılması üçün lisenziyalar - 88.26 manat, ev siqnal ötürücüsü - 1 ədəd 108.32 manat, mobil nəzarət qurğusu xüsusi proqram təminatı ilə 1346.03 manat, elektron qolbağ - 637.91 manat. X2 MMC tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli texniki rəydən görünür ki, Cavabdeh təhkim olunmuş elektron nəzarət vasitələrinə texniki baxış nəticəsində nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun ekranının zədələnərək yarasız hala salınması müəyyən edilmişdir. Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsinin verdiyi maliyyə arayışından görünür ki, elektron nəzarət vasitələrin-Biometrik məlumatların yoxlanılması üçün lisenziyalar - 88.26 manat, ev siqnal ötürücüsü - 1 ədəd 108.32 manat, mobil nəzarət qurğusu xüsusi proqram təminatı ilə 1346.03 manat, elektron qolbağlar - 637.91 manatdır. İş materiallarında olan xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə Cavabdeh alınmış izahatlarda elektron nəzarət vasitələrin yıxılması nəticəsində sınmasını və dəymiş dəyəri maddi imkanı olmadığından ödəyə bilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, vurulmuş maddi ziyan ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(043)-38/2019 saylı hökmü ilə 1 il 01 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına cəzasına məhkum edilmiş Cavabdeh ayağına qolbaq bağlanmış, qolbağının poverbankı, mobil nəzarət qurğusu, adapteri, 2 ədəd ev nəzarət stansiyaları məhkuma təhvil verilmiş və ona elektron nəzarət vasitələrinə xidmət qaydaları izah edilərək, ona yaddaş kitabçası verilmiş və həmin vasitələrin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmuşdur. Cavabdeh üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək mobil nəzarət qurğusunun ekranını sındırmışdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə o, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan Cavabdeh 1346.03 (min üç yüz qırx altı manat üç qəpik) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 1346.03 (min üç yüz qırx altı manat üç qəpik) manat pul Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xeyrinə tutulsun. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-3054/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3054/2020
26.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver