Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3068/2021 17.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, ABC X1 Cəmiyyətinin Cavabdeh qarşı BORC tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: ABC Telecom MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək sonuncudan 21.11.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********19041 Samsung Galaxy A10 markalı telefon, Samsung A10 Araree A cover Transparent, X2 Samsung A10 Black markalı aksesuarlar üçün 16 manat ödənilməmiş hissə, 1 manat cərimə pulu, 22.11.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kou **********86164 Samsung Galaxy A20S markalı telefon üçün 396 manat ödənilməmiş hissə, 39 manat cərimə pulu, ümumilikdə 452 manat borc, 20 manat dövlət rüsumu alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı 21.11.2019cu il və 22.11.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********19041 Samsung Galaxy A10 markalı telefon, Samsung A10 Araree A cover Transparent, X2 Samsung A10 Black markalı aksesuarlar və İMEİ kou **********86164 Samsung Galaxy A20S markalı telefon almış və nəticədə 452 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 21.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı satqı qiyməti 474 manat (12 ay x 34 manat + 66 manat ilkin ödəniş) olan İMEİ kodu **********19041 Samsung Galaxy A10 markalı telefon, Samsung A10 Araree A cover Transparent, X2 Samsung A10 Black markalı aksesuarlar üçün ümumilikdə 39 manat olmaqla, ondan 16 manat ödənilməmiş hissə, 1 manat cərimə; 22.11.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 615 manat (12 ay x 44 manat + 87 manat ilkin ödəniş) olan İMEİ kou **********86164 Samsung Galaxy A20S markalı telefon üçün ümumilikdə 435 manat olmaqla, ondan 396 manat ödənilməmiş hissə, 39 manat cərimə pulu borc yaranmışdır. 21.11.2019-cu il tarixli müqavilə üzrə cəmi 14 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 444 manat, ümumilikdə 458 manat təşkil edir. Digər müqavilələr üzə isə cəmi ödədiyi məbləğ isə 219 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - 21.11.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən Samsung Galaxy A10 markalı telefon, Samsung A10 Araree A cover Transparent, X2 Samsung A10 Black markalı aksesuarları 474 manata almışdır. - 22.11.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən İMEİ kou **********86164 Samsung Galaxy A20S markalı telefonu 615 manata almışdır. - 23 iyul 2021-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdehnun 21.11.2019-cu il tarixli müqaviləyə əsasən Samsung Galaxy A10 markalı telefon, Samsung A10 Araree A cover Transparent, X2 Samsung A10 Black markalı aksesuarlar üçün 16 manat ödənilməmiş hissə, 1 manat cərimə pulu, cəmi 17 manat, 22.11.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kou **********86164 Samsung Galaxy A20S markalı telefon üçün 396 manat ödənilməmiş hissə, 39 manat cərimə pulu, cəmi 435 manat hər iki müqavilə üzrə ümumilikdə 452 manat təşkil edir. - Tərəflər arasında bağlanmış 21.11.2019-cu il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 31.12.2019-cu il tarixdən 30.11.2020-ci il tarixədək 12 ay ərzində hər ay 34 manat ödənilməsi nəzərdə tutulmuşdur. - Tərəflər arasında bağlanmış 22.11.2019-cu il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 25.01.2020-ci il tarixdən 25.12.2020-ci il tarixədək 12 ay ərzində hər ay 44 manat ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqaviləyə əsasən ABC Telecom MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış 21.11.2019-cu il tarixli və 22.11.2019-cu il tarixli müqavilələrdə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 21.11.2019-cu il tarixli müqaviləyə əsasən, 16 manat ödənilməmiş hissə, 1 manat cərimə pulu, 22.11.2019-cu il tarixli müqaviləyə əsasən 396 manat ödənilməmiş hissə, 39 manat cərimə pulu, ümumilikdə 452 (dörd yüz əlli iki) manat məbləğində borc və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq ABC X1 Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-3068/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3068/2021
17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver