Məhkəmə qərarları › İş №2(044)-307/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-307/2021

12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-307/2021 12.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin Cavabdeh qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və sair” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh xx.xx.2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 2016.52 manat, xx.xx.2020-ci il tarixə qədər hesablanmış faiz borcu üzrə 0.00 manat, cərimə üzrə 0.00 manat olmaqla, ümumilikdə 2016.52 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin Bank olmayan Kredit Təşkilatı “xxxx” MMCnin xeyrinə tutulması, tutmanın xx.xx.2017-ci il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus 40 ABŞ dolları dəyərində olan çəkisi 2.8 qram olan 585 əyarı bir ədəd üzük, 40 ABŞ dolları dəyərində olan çəkisi 2.9 qram olan 585 əyarı bir ədəd üzük, 40 ABŞ dolları dəyərində olan çəkisi 3.3 qram olan 585 əyarı bir ədəd üzük, 50 ABŞ dolları dəyərində olan çəkisi 3.6 qram olan 585 əyarı bir cüt sırğa, 30 ABŞ dolları dəyərində olan çəkisi 2 qram olan 585 əyarı bir ədəd qolbağı, 150 ABŞ dolları dəyərində olan çəkisi 4.3 qram olan 880 əyarı bir ədəd beşlik və 100 ABŞ dolları dəyərində olan çəkisi 6.3 qram olan 583 əyarı bir ədəd üzük qızıl-ziynət əşyasına yönəldilməsi və həmin əşyanın hərracda satılmasına, satışdan əldə olunan vəsaitin Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin xeyrinə ödənilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməzsə, qalıq borcun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin Gəncə filialı ilə Cavabdeh oğlu ilə bağlanmış xx.xx.2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə xx.xx.2020-ci il tarixə qədər illik 0 % dərəcəsini tətbiq etməklə 3750.85 manat məbləğində kredit verilmiş, eyni zamanda xx.xx.2017-ci il tarixli girov müqaviləsinə əsasən Cavabdeh məxsus 40 ABŞ dolları dəyərində olan çəkisi 2.8 qram olan 585 əyarı bir ədəd üzük, 40 ABŞ dolları dəyərində olan çəkisi 2.9 qram olan 585 əyarı bir ədəd üzük, 40 ABŞ dolları dəyərində olan çəkisi 3.3 qram olan 585 əyarı bir ədəd üzük, 50 ABŞ dolları dəyərində olan çəkisi 3.6 qram olan 585 əyarı bir cüt sırğa, 30 ABŞ dolları dəyərində olan çəkisi 2 qram olan 585 əyarı bir ədəd qolbağı, 150 ABŞ dolları dəyərində olan çəkisi 4.3 qram olan 880 əyarı bir ədəd beşlik və 100 ABŞ dolları dəyərində olan çəkisi 6.3 qram olan 583 əyarı bir ədəd üzük qızıl-ziynət əşyası banka girov qoyulmuşdur. Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-yə satılmışdır (güzəşt edilmişdir). Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, peniya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Odur ki, Cavabdeh xx.xx.2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 2016.52 manat, xx.xx.2020-ci il tarixə qədər hesablanmış faiz borcu üzrə 0.00 manat, cərimə üzrə 0.00 manat olmaqla, ümumilikdə 2016.52 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin xeyrinə tutulması, tutmanın xx.xx.2017-ci il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus 40 ABŞ dolları dəyərində olan çəkisi 2.8 qram olan 585 əyarı bir ədəd üzük, 40 ABŞ dolları dəyərində olan çəkisi 2.9 qram olan 585 əyarı bir ədəd üzük, 40 ABŞ dolları dəyərində olan çəkisi 3.3 qram olan 585 əyarı bir ədəd üzük, 50 ABŞ dolları dəyərində olan çəkisi 3.6 qram olan 585 əyarı bir cüt sırğa, 30 ABŞ dolları dəyərində olan çəkisi 2 qram olan 585 əyarı bir ədəd qolbağı, 150 ABŞ dolları dəyərində olan çəkisi 4.3 qram olan 880 əyarı bir ədəd beşlik və 100 ABŞ dolları dəyərində olan çəkisi 6.3 qram olan 583 əyarı bir ədəd üzük qızıl-ziynət əşyasına yönəldilməsi və həmin əşyanın hərracda satılmasına, satışdan əldə olunan vəsaitin Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin xeyrinə ödənilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməzsə, qalan borcun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və mülki iş materiallarında olan iddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin nümayəndəsi X1 məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, iddia tələbinin təmin edilməsini, eləcə də işə onun iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, həqiqətən xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən bank tərəfindən ona 0 faizlə 36 ay müddətinə 3750.85 manat kredit verilmişdir. O, bir müddət borcunu ödəmiş, sonradan imkanı olmadığı üçün borcunu ödəyə bilməmişdir. Məhkəmə Cavabdeh izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə xx.xx.2018-ci il tarixə qədər illik 0 % dərəcəsini tətbiq etməklə 3750.85 manat məbləğində kredit verilmişdir, eyni zamanda xx.xx.2017-ci il tarixli girov müqaviləsinə əsasən Cavabdeh məxsus 40 ABŞ dolları dəyərində olan çəkisi 2.8 qram olan 585 əyarı bir ədəd üzük, 40 ABŞ dolları dəyərində olan çəkisi 2.9 qram olan 585 əyarı bir ədəd üzük, 40 ABŞ dolları dəyərində olan çəkisi 3.3 qram olan 585 əyarı bir ədəd üzük, 50 ABŞ dolları dəyərində olan çəkisi 3.6 qram olan 585 əyarı bir cüt sırğa, 30 ABŞ dolları dəyərində olan çəkisi 2 qram olan 585 əyarı bir ədəd qolbağı, 150 ABŞ dolları dəyərində olan çəkisi 4.3 qram olan 880 əyarı bir ədəd beşlik və 100 ABŞ dolları dəyərində olan çəkisi 6.3 qram olan 583 əyarı bir ədəd üzük qızıl-ziynət əşyası banka girov qoyulmuşdur. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixə Cavabdeh əsas borc üzrə 2016.52 manat, faiz borcu üzrə 0.00 manat, cərimə üzrə 0.00 manat olmaqla, ümumilikdə 2016.52 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunun təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarına əlavə edilmiş iddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC ilə Cavabdeh arasında bağlanan qızıl-zinət əşyalarının götürülməsinə dair aktdan görünür ki, Cavabdeh çəkisi çəkisi çəkisi 2.8 qram olan 585 əyarı bir ədəd üzük, çəkisi 2.9 qram olan 585 əyarı bir ədəd üzük, çəkisi 3.3 qram olan 585 əyarı bir ədəd üzük, çəkisi 3.6 qram olan 585 əyarı bir cüt sırğa, çəkisi 2 qram olan 585 əyarı bir ədəd qolbağı, çəkisi 4.3 qram olan 880 əyarı bir ədəd beşlik və çəkisi 6.3 qram olan 583 əyarı bir ədəd üzük qızıl-ziynət əşyasını Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin Gəncə filialına girov qoymuşdur. Həmin akta əsasən girov qoyulan əmlak bank tərəfindən 40 ABŞ dolları dəyərində olan çəkisi 2.8 qram olan 585 əyarı bir ədəd üzük, 40 ABŞ dolları dəyərində olan çəkisi 2.9 qram olan 585 əyarı bir ədəd üzük, 40 ABŞ dolları dəyərində olan çəkisi 3.3 qram olan 585 əyarı bir ədəd üzük, 50 ABŞ dolları dəyərində olan çəkisi 3.6 qram olan 585 əyarı bir cüt sırğa, 30 ABŞ dolları dəyərində olan çəkisi 2 qram olan 585 əyarı bir ədəd qolbağı, 150 ABŞ dolları dəyərində olan çəkisi 4.3 qram olan 880 əyarı bir ədəd beşlik və 100 ABŞ dolları dəyərində olan çəkisi 6.3 qram olan 583 əyarı bir ədəd üzük qızıl-ziynət qiymətləndirilmişdir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.3-cü maddəsinə əsasən, girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Göründüyü kimi, borclu Cavabdeh icrasını təmin etmək üçün əşyanı girova verdiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və girov saxlayan kredit təşkilatı girovla yüklü edilmiş əşyanı açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-yə əsas borc üzrə 2016.52 manat, xx.xx.2020-ci il tarixə qədər hesablanmış faiz borcu üzrə 0.00 manat, cərimə üzrə 0.00 manat olmaqla, ümumilikdə 2016.52 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə görə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh bankla bağladığı kredit müqaviləsinin şərtlərini yerinə yetirmədiyindən, borclu kimi Azərbaycan Respublikası MM-in 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehə aid edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh əsas borc üzrə 2016.52 manat, xx.xx.2020-ci il tarixə qədər hesablanmış faiz borcu üzrə 0.00 manat, cərimə üzrə 0.00 manat olmaqla, ümumilikdə 2016.52 manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-in xeyrinə tutulmalı, tutma Cavabdeh məxsus girova qoyulmuş 40 ABŞ dolları dəyərində olan çəkisi 2.8 qram olan 585 əyarı bir ədəd üzük, 40 ABŞ dolları dəyərində olan çəkisi 2.9 qram olan 585 əyarı bir ədəd üzük, 40 ABŞ dolları dəyərində olan çəkisi 3.3 qram olan 585 əyarı bir ədəd üzük, 50 ABŞ dolları dəyərində olan çəkisi 3.6 qram olan 585 əyarı bir cüt sırğa, 30 ABŞ dolları dəyərində olan çəkisi 2 qram olan 585 əyarı bir ədəd qolbağı, 150 ABŞ dolları dəyərində olan çəkisi 4.3 qram olan 880 əyarı bir ədəd beşlik və 100 ABŞ dolları dəyərində olan çəkisi 6.3 qram olan 583 əyarı bir ədəd üzük qızıl-ziynət əşyasına yönəldilməli, həmin əşya açıq hərracdan satılmalı, satışdan əldə ediləcək vəsait hesabına kredit təşkilatına olan borc ödənilməlidir. Məhkəmə hesab edir ki, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabdehdən tutulması, icra edilməsi hazırki vaxtda deyil, “İcra Haqqında” Qanunun 45-ci maddəsinin tələbinə əsasən icra mərhələsində həll olunan məsələdir və cavabdelərin öhdəliyi hazırkı vaxtda mövcud olan təminatla məhdudlaşmış hesab edilməlidir. Ona görə də, məhkəmə iddia tələbinin girov predmeti olan əşyanın satılmasından sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 2016.52 manat, xx.xx.2020-ci il tarixə qədər hesablanmış faiz borcu üzrə 0.00 manat, cərimə üzrə 0.00 manat olmaqla, ümumilikdə 2016.52 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat alınaraq iddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-yə ödənilsin. Tutma bank qarşısında götürülmüş öhdəliklərin icrasının təminatı kimi girov qoyulmuş Cavabdeh məxsus girova qoyulmuş 40 ABŞ dolları dəyərində olan çəkisi 2.8 qram olan 585 əyarı bir ədəd üzük, 40 ABŞ dolları dəyərində olan çəkisi 2.9 qram olan 585 əyarı bir ədəd üzük, 40 ABŞ dolları dəyərində olan çəkisi 3.3 qram olan 585 əyarı bir ədəd üzük, 50 ABŞ dolları dəyərində olan çəkisi 3.6 qram olan 585 əyarı bir cüt sırğa, 30 ABŞ dolları dəyərində olan çəkisi 2 qram olan 585 əyarı bir ədəd qolbağı, 150 ABŞ dolları dəyərində olan çəkisi 4.3 qram olan 880 əyarı bir ədəd beşlik və 100 ABŞ dolları dəyərində olan çəkisi 6.3 qram olan 583 əyarı bir ədəd üzük qızıl-ziynət əşyasına yönəldilsin və həmin əşya açıq hərracdan satılsın, satışdan əldə ediləcək vəsait hesabına iddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-yə olan borc ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar