Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3073/2020 19.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəmə müraciət edərək cavabdehlərin ünvan 1 7 saylı ünvanlarda mütəxəsis tərəfindən müvafiq ölçü işlərinin aparılmasına yönəlmiş maneələrinin məhkəmə qaydası ilə qarşısının alınması tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia həcminin atırılması barədə ərizə təqdim edilərək, ünvan 2 saylı ünvanda da ölçü işlərinin aparılmasına maneənin qarşısının alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirdi ki, ünvan 3 dalan 5, 6, 7 saylı ünvanlardakı evlər iddiaçının atası X17 və bibisi X4 adınadır. Həmin mülk rəsmi qaydada ərazi idarəsində qeydiyyatdan keçməsə də, bütün sənədləri vardır ki, iddiaçı qanun üzrə vərəsə kimi bu sənədlər əsasında ərazi idarəsindən mülkə dair çıxarış ala bilər. İddiaçı bu məqsədlə ərazi idarəsinə müraciət etsə də, orada ona bildirmişlər ki, mülkdə olan tikililərin hamısı mütəxəssis tərəfindən ölçülüb-biçilməli və mülkə dair bu hərəkətlərdən sonra mülkiyyət hüququ ilə bağlı çıxarış verəcəklərərini bildirmişdilər. Ancaq cavabdehlər mülkə mütəxəssisləri buraxmırlar, iddiaçı bu barədə polisə də müraciət etmişdir. Oradan ona rəsmi qaydada bildirmişlər ki, o bununla bağlı məhkəməyə müraciət etməlidir. Ona görə də o, məhkəməyə müraciət edib cavabdehlər tərəfindən mülkdə aparılmalı olan ölçü işlərinin aparılmasına yönələn maneələrin aradan qaldırılmasını xahiş etmişdir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin təmin olunmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, o, ünvan 3 dalan 5 saylı evdə 50-60 ildir yaşayır, həmin evdə təmir işləri aparmışdır. Əslində həmin əmlaklarda onun anasının da payı olmalı və vərəsə olaraq ona da pay çatır. İddiaçı atasından miras qalan əmlaka sənəd aldıqdan sonra onu həmin əmlakdan çıxardacağından ehtiyad etdiyi üçün o, mütəxəssislərin ölçü işləri aparmasını istəmir. O, yalnız o şərtlə razıdır ki, iddiaçı ona notarial qaydada ərizə verərək gələcəkdə onu evdən çıxarmayacağını qeyd etsin. Sonda cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər Cavabdeh2 məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1964-cü il tarixdə Gəncə şəhərində doğulmuş İddiaçı atası X11r. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. - Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx xxxx 2006-cı il tarixli 2-293/06 saylı qətnaməsinə əsasən iddiaçı X5 və qeyrilərinin cavabdeh X6 qarşı həyətyanı torpaq sahəsini qeyri-qanuni olaraq genişləndirib ümumi istifadədə olan dalanın torpağı hesabına çəkilmiş hasarın sökülməsinə dair iddia təmin edilmiş, Gəncə şəhəri Şahsevənlər küçəsi 2ci dalanın giriş hissəsinin sol tərəfində 7 saylı mülkə mənzub olan özbaşına tikilmiş 12 metr uzunluğunda yerləşən daş hasarın sökülməsi və daş hasarın sökülmə xərclərinin hər iki tərəfin üzərinə qoyulması qərara alınmışdır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-ın 3 saylı X30 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Gəncə şəhəri, Şahsevənlər küçəsi, 2-ci dalan, 5, 6, 7 saylı fərdi yaşayış evinin arxiv işində olan sənədlərlə əsasən Gəncə şəhər Dövlət Arxivinin xx.xx.2000-ci il tarixli 79/5 saylı arayışında göstərilmişdir ki, Kirovabad şəhər notariat kontorunun xx.xx.1960-cı il tarixli 1504 saylı vərəsəlik şəhadətnaməsinə əsasən Kirovabad şəhəri, Voroski küçəsi, 92-94 saylı fərdi yaşayış evinə X3, X9, X4 vərəsəlik hüquqları qeydə alınmışdır(arxiv işində 79/5 saylı arayışın yalnız surəti var). Kirovabad şəhər notariat kontorunun xx.xx.1960-cı il tarixli 9-1504 saylı ümumi evdən istifadə müqaviləsinə əsasən bu əmlakın 26.7 kvm bir yaşayış otağı, 28.5 kvm örtülü eyvandan ibarət hissəsi X3, 15.1 kvm bir yaşayış otağından ibarət hissəsi X9, 14.0 kvm bir yaşayış otağından ibarət hissəsi X4 istifadələrinə verilmiş, həyətyanı torpaq sahəsi ümumi istifadədə saxlanılmışdır. Kirovabad şəhər notariat kontorunun xx.xx.1960-cı il tarixli 10-1650 saylı alqı-satqı müqaviləsinə əsasən X12 146.0 kvm torpaq sahəsində yerləşən ona məxsus 26.7 kvm bir yaşayış otağını, 28.5 kvm örtülü eyvanı X1. Bundan sonra bu əmlak iki hissəyə bölünmüşdür. Hal-hazırda ünvanı Şahsevənlər küçəsi, 2-ci dalan, 8 saylı fərdi yaşayış evi X14 istifadəsində, Şahsevənlər küçəsi, 2-ci dalan, 5, 6, 7 saylı fərdi yaşayış evi X9 və X4 istifadələrində olmuşdur. X9 və X4 istifadələrində olan Şahsevənlər küçəsi, 2-ci dalan, 5, 6, 7 saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-293/06 saylı məktubunda Gəncə şəhəri, Şahsevənlər küçəsi, 2-ci dalan, 7 saylı evdən bütün əməliyyatların dayandırılması xahiş edilmişdir. - Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin yaşayış yeri üzrə ******* saylı qeydiyyat haqqında arayışından görünür ki, Cavabdeh1, X13, X10, X7, X8, X15 və Cavabdeh2 ünvan 4 ünvanında qeydiyyatdadılar. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Çünki cavabdehlər, iddiaçıya atasından miras qalmış əmlakın sənədləşdirilməsi üçün müvafiq orqanın mütəxəssislərinin həmin əmlakda ölçü işləri aparmasına maneə olub hüquqdan sui-istifadə etmişlər. Buna görə də iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən cavabdehlər tərəfindən yaradılmış maneənin aradan qaldırılmasını tələb etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. - 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Cavabdeh1 mübahisəli əmlakda onun anasının da payı olduğunu və vərəsə olaraq ona da pay çatdığını bildirsə də, bu faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilərək Gəncə şəhəri, Şahsevənlər küçəsi, 2ci dalan, 5, 6, 7 saylı ünvanlarda mütəxəssislər tərəfindən ölçü işlərinin aparılmasına cavabdehlər tərəfindən yaradılmış maneə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məkhəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 10 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Gəncə şəhəri, Şahsevənlər küçəsi, 2-ci dalan, 5, 6, 7 saylı ünvanlarda mütəxəssislər tərəfindən ölçü işlərinin aparılmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneə aradan qaldırılsın. İş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-3073/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3073/2020
19.11.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver