Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3088/2021 04.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı (MMC) Cavabdeh qarşı borcun tutulması barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun xeyrinə 1-ci müqavilə üzrə 800,45 manat, 2-ci müqavilə üzrə 1297,79 manat, 3-cü müqavilə üzrə 1269,15 manat, ümumilikdə 3367,39 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək Cavabdeh İddiaçı MMC-nin xeyrinə (1-ci müqavilə) 14 iyul 2016-cı il tarixli 722-16 saylı müqavilə üzrə 650 manat əsas, 33,45 manat faiz, 117 manat cərimə, ümumilikdə 800,45 manat, (2-ci müqavilə) 03 avqust 2016-cı il tarixli 738-16 saylı müqavilə üzrə 1031 manat əsas, 81,21 manat faiz, 185,58 manat cərimə, ümumilikdə 1297,79 manat, (3-cü müqavilə) 05 avqust 2016-cı il tarixli 749-16 saylı müqavilə üzrə 983 manat əsas, 109, 21 manat faiz, 176,94 manat cərimə ümumilikdə 1269,15 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 14 iyul 2016-cı il tarixli 722-16 № li alqı-satqı müqaviləsi (bundan sonra 1-ci müqavilə) üzrə iddiaçı ümumi dəyəri 1300 manat olan 1 ədəd yeni İphon 6 S markalı mobil telefonunu, 03 avqust 2016-cı il tarixli 788-16 № li alqı-satqı müqaviləsi (bundan sonra 2-ci müqavilə) üzrə ümumi dəyəri 1300 manat olan 1 ədəd yeni İphon 6 S markalı mobil telefonunu, 05 avqust 2016-cı il tarixli 749-16 № li alqı-satqı müqaviləsi (bundan sonra 3-cü müqavilə) üzrə ümumi dəyəri 1300 manat olan 1 ədəd yeni İphon 6 S markalı mobil telefonunu,ümumilikdə isə hər üç müqavilə üzrə ümumi dəyəri 3900 manat olan telefonları cavabdehə satmışdır. Müqavilə üzrə ödənişlər müqavilənin 1 saylı əlavəsinə ödəniş cədvəlinə uyğun olaraq 36 faiz vurularaq bərabər hissələrlə 15 aya həyata keçirilməsi nəzərdə tutulmuşdur. 1-ci müqavilənin ödəniş sənədlərinə əsasən cavabdeh əsas məbləğdən 650 manat, faiz borcundan 300 manat pul ödəmişdir. Hal-hazırda 30.06.2019cu il tarixli maliyyə arayışına əsasən cavabdehin 1-ci müqavilə üzrə əsas borcu 650 manat, faizlər üzrə 33,45 manat, gecikdirilmiş gün üçün 117 manat ümumilikdə isə 800,45 manat borcu təşkil edir. 2-ci müqavilə üzrə malların ödənişləri müqavilənin 1 saylı əlavəsinə ödəniş cədvəlinə uyğun olaraq 36 % vurularaq bərabər hissələrə 12 aya həyata keçirilməsi nəzərdə tutulmuşdur. 2-ci müqavilənin ödəniş sənədlərinə əsasən cavabdeh əsas məbləğdən 269 manat, faiz borcundan 186 manat, hesablanmış cərimə borcundan isə 185 manat pul ödəmişdir. Hal-hazırda 30.06.2019-cu il tarixli maliyyə arayışına əsasən cavabdehin 2-ci müqavilə üzrə əsas borcu 1031 manat, faizlər üzrə 81,21 manat, gecikdirilmiş gün üçün 185,58 manat ümumilikdə isə 1297,79 manat borcu təşkil edir. 3-cü müqavilə ürzə malların ödənişləri müqavilənin 1 saylı əlavəsinə ödəniş cədvəlinə uyğun olaraq 36% vurularaq bərabər hissələrlə 12 aya həyata keçirilməsi nəzərdə tutulmuşdur. 3cü müqavilənin ödəniş sənədlərinə əsasən cavabdeh əsas məbləğdən 317 manat, faiz borcundan 158 manat, hesablanmış cərimə borcundan isə 115 manat pul ödəmişdir. Halhazırda 30.06.2019-cu il tarixli maliyyə arayışına əsasən borclunun 3-cü müqavilə üzrə əsas borcu 983 manat, faizlər üzrə 109,21 manat gecikdirilmiş gün üçün 176,94 manat ümumilikdə isə 1269,15 manat borcu təşkil edir. Hər üç müqavilə üzrə cavabdehin iddiaçıya olan borcunun ümumi dəyəri 3367.39 manat təşkil edir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - 14 iyul 2016-cı il tarixli 722-16 saylı alqı-satqı müqaviləsindən və cədvəldən görünür ki, İddiaçı MMC-dən “İphone 6S” markalı telefonu Cavabdeh mülkiyyətinə verməyi, sonuncu isə dəyəri 1300 manat olan həmin telefonu 15 ay müddətinə hissəhissə, ayda 108,90 manat ödəməyi öhdəsinə götürmüşdür. - 30.06.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 14 iyul 2016-cı il tarixli 722-16 saylı alqı-satqı müqaviləsinə əsasən ödəniş cədvəlinə uyğun olaraq aparılan ödəmələr əsasında, 30.06.2019-cu il tarixinə kreditor İddiaçı MMC-yə 650 manat əsas, 33,45 faiz borcu və 90 gün gecikməyə görə əsas borc məbləğinin hər gecikdirilmiş gün üçün 2 faiz, yəni 117 manat cərimə, ümumilikdə isə 800,45 manat borcu vardır. - 03 avqust 2016-cı il tarixli 788-16 saylı saylı alqı-satqı müqaviləsindən və cədvəldən görünür ki, İddiaçı MMC-dən “İphone 6S” markalı telefonu Cavabdeh mülkiyyətinə verməyi, sonuncu isə dəyəri 1300 manat olan həmin telefonu 12 ay müddətinə hissə-hissə, ayda 130,60 manat ödəməyi öhdəsinə götürmüşdür. - 30.06.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 03 avqust 2016cı il tarixli 788-16 saylı alqı-satqı müqaviləsinə əsasən, ödəniş cədvəlinə uyğun olaraq aparılan ödəmələr əsasında, 30.06.2019-cu il tarixinə, kreditor İddiaçı MMC-yə 983 manat əsas, 109,21 faiz borcu və 90 gün gecikməyə görə əsas borc məbləğinin hər gecikdirilmiş gün üçün 2 faiz yəni 176,94 manat cərimə, ümumilikdə isə 1269,15 manat borcu vardır. - 05 avqust 2016-cı il tarixli 749-16 saylı alqı-satqı müqaviləsindən və cədvəldən görünür ki, İddiaçı MMC-dən “İphone 6S” markalı telefonu Cavabdeh mülkiyyətinə verməyi, sonuncu isə dəyəri 1300 manat olan həmin telefonu 12 ay müddətinə hissəhissə, ayda 130,60 manat ödəməyi öhdəsinə götürmüşdür. - 30.06.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 05 avqust 2016cı il tarixli 749-16 saylı alqı-satqı müqaviləsinə əsasən, ödəniş cədvəlinə uyğun olaraq aparılan ödəmələr əsasında, 30.06.2019-cu il tarixinə, kreditor İddiaçı MMC-yə 1031 manat əsas, 81,21 faiz borcu və 90 gün gecikməyə görə əsas borc məbləğinin hər gecikdirilmiş gün üçün 2 faiz yəni 185,58 manat cərimə, ümumilikdə isə 1297,79 manat borcu vardır. Məhkəmə iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış 14 iyul 2016-cı il, 03 avqust 2016-cı il, 05 avqust 2016cı il tarixli müqavilələrdə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə azaldılaraq 14 iyul 2016-cı il tarixli 722-16 saylı alqı-satqı müqaviləsi üzrə 5 manat, 03 avqust 2016-cı il tarixli 788-16 saylı alqı-satqı müqaviləsi üzrə 10 manat və 05 avqust 2016-cı il tarixli 749-16 saylı alqı-satqı müqaviləsi üzrə 10 manat müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbləninin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 14 iyul 2016-cı il tarixli 722-16 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 650 manat əsas, 33,45 manat faiz borcu, 5 manat cərimə olmaqla cəmi 688,45 manat, 03 avqust 2016-cı il tarixli 788-16 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1031 manat əsas, 81,21 manat faiz borcu, 10 manat cərimə olmaqla cəmi 1122,21 manat və 05 avqust 2016-cı il tarixli 749-16 saylı nisyə alqısatqı müqaviləsi üzrə 983 manat əsas, 109,21 manat faiz borcu, 10 manat cərimə olmaqla cəmi 1102,21 manat, hər üç müqavilə üzrə ümumilikdə cəmi 2912.87 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun 21 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 14 iyul 2016-cı il tarixli 722-16 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 650 manat əsas, 33,45 manat faiz borcu, 5 manat cərimə olmaqla cəmi 688,45 manat, 03 avqust 2016-cı il tarixli 788-16 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1031 manat əsas, 81,21 manat faiz borcu, 10 manat cərimə olmaqla cəmi 1122,21 manat və 05 avqust 2016cı il tarixli 749-16 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 983 manat əsas, 109,21 manat faiz borcu, 10 manat cərimə olmaqla cəmi 1102,21 manat, hər üç müqavilə üzrə ümumilikdə cəmi 2912 (iki min doqquz yüz on iki) manat 87 (səksən yeddi) qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun 21 (iyirmi bir) manatı tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-3088/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3088/2021
04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver