Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-310/2021 16.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcu və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcu və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il tarixli 53 saylı kredit müqaviləsi üzrə əsas borc 94443.47 manat, faiz borcu 8452.14 manat, cərimə 2810.86 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 11422.41 manat, cəmi 117128.88 manat, xx.xx.2013-cü il tarixli, 062 saylı kredit müqaviləsi üzrə əsas borc ******* manat, faiz borcu 0.0 manat, cərimə 0.0 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 442933.33 manat, cəmi 3742933.33 manat, xx.xx.2014-cü il tarixli, 217 saylı kredit müqaviləsi üzrə əsas borc 15000 manat, faiz borcu 0.0 manat, cərimə 0.0 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 2580 manat, cəmi 17580 manat, xx.xx.2015-ci il tarixli, 01 saylı kredit müqaviləsi üzrə əsas borc 1599992.72 manat, faiz borcu 343483.62 manat, cərimə 0.0 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 0.0 manat, cəmi 1943476.34 manat və 31 manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2013cü il, xx.xx.2013-cü il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il tarixlərdə bağlanmış kredit müqavilələri bağlanmış, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə 100000 manat məbləğində, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə ******* manat məbləğində, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 15000 manat məbləğində, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 84 ay müddətinə ******* manat məbləğində kredit xətti verilmişdir. Lakin borclu üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, bunun nəticəsində cavabdehin xx.xx.2013-cü il tarixli 53 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə banka cəmi 117128.88 manat, xx.xx.2013-cü il tarixli 062 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə banka cəmi 3742933.33 manat, xx.xx.2014-cü il tarixli 217 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə banka cəmi 17580 manat, xx.xx.2015-ci il tarixli 01 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə banka cəmi 1943476.34 manat məbləğində borcu yaranmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarından müəyyən olunur ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibi təhlil edilərkən, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu hüquqi şəxs, Cavabdeh fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Tələb subyektiv tərkibinə görə ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalıdır, bu səbəbdən də mülki iş Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından məlum olur ki, Cavabdeh ********** (VÖEN) sayla 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən vergi ödəyicisi kimi uçota alınmışdır, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu isə hüquqi şəxsdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə inzibati və kommersiya məhkəmələrinin təşkil edilməsi qərara alınmışdır. xx xxxxxx 2020-ci il tarixdən həmin Sərəncamın 2.3-cü maddəsinə əsasən Gəncə şəhərində Gəncə Kommersiya Məhkəməsi yaradılmışdır. Azərbaycan Respublikası MPM-də edilmiş xx xxxx 2019-cu il tarixli dəyişikliklərlə müəyyən edilmişdir ki, həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinin tələbinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə hesab edir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26, 32, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcu və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair 2(044)-310/2021 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə 10 gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-310/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-310/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver