Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3101/2021 16.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-ti Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 09.01.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********66061 “X4 8” markalı telefon üçün 528.20 manat, 52.80 manat cərimə, cəmi 581 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 09.01.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdeh İMEİ kodu **********66061 “X4 8” markalı telefon almış və nəticədə 581 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehin aldığı “X4 8” markalı telefon nasaz olduğu üçün servisə qaytarılmışdır. Məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, iddiaçı ilə arasında bağlanmış 09.01.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, İMEİ kodu **********66061 “X4 8” markalı telefon almışdır. Telefon aldıqdan təxminən 15 gündən sonra ona məlum olmuşdur ki, aldığı telefonda nasazlıq var, tez-tez donur, yaxşı işləmir. Odur ki, o, aldığı telefonu "xxxx" MMC-nin mağaza ofisiə qaytarmışdır. Ona bildirilmişdir ki, 8 gündən sonra gedib telefonu götürsün. Bundan sonra o, ofisə gedəndə ona bildirilmişdir ki, aparıb telefonu mağazanın müdiriyyətinə təhvil verməlisən. O, da aparıb telefonu “Gəncə Mall”da yerləşən mağazaya qaytarmışdır. Lakin həmin vaxt ona heç bir qəbz və sair verilməmişdir. Bir müddət sonra ona telefon üçün ödəniş etməli olduğu barədə zəng gəlmiş, o, isə cavabında telefon xarab olduğu üçün telefonu mağazaya qaytardığını bildirmişdir. Ona demişlər ki, telefon bazada itmişdir, üstünə düşüb telefonu tapmalı olduğunu demişlər. Bundan sonra pandemiya olduğundan o, dəfələrlə mağazaya getmiş, lakin mağaza işləmədiyindən o, heç nə edə bilməmişdir. Ona görə də 09.01.2020-ci il tarixdə müqavilə ilə aldığı “X4 8” markalı telefon nasaz olduğundan və həmin telefonu mağazaya qaytardığından, iddiaçının ona qarşı qaldırdığı iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, 09.01.2020-ci il tarixli 20024427 saylı müqavilənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh İMEİ kodu **********66061 “X4 8” markalı telefon satılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09.01.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdeh İMEİ kodu **********66061 “X4 8” markalı telefon almış və aldığı telefon nasaz olduğundan telefonu servisə qaytarmışdır. Hazırda İMEİ kodu **********66061 “X4 8” markalı telefon cavabdehdə iddiaçının servis mərkəzindədir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də hazırki mübahisə üzrə məhkəmə aparılmış araşdırmaya əsasən hesab edir ki, telefona münasibətdə hər bir tərəf öz tələb və etirazlarını sübut etməlidir. Göründüyü kimi, iddiaçı tərəfindən tələb edilən telefona görə pul cavabdeh tərəfindən etiraf edilməmişdir. Ona görə ki, həmin telefon yararsız olduğundan iddiaçıya məxsus sevisə qaytarılmışdır. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçının nümayəndəsinin öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-3101/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3101/2021
16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver