Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-311/2021 14.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC-ti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3944.27 manat, fazi borcu üzrə 694.12 manat, cərimə 994.05 manat, cəmi 5632.44 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit xətti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmış və xx.xx.2019-cu il tarixli sazişə əsasən 220 ay müddətinə kredit xəttinin məbləği 200000 ABŞ dollar məbləğində müəyyən edilmiş, xx.xx.2019-cu il tarixli razılaşma əsasında 30 ay müddətinə 4500 manat məbləğində kredit verilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təmini kimi bank ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 götürdüyü kreditdən 555.73 manat məbləğini qaytarmış və hazırda 3944.27 manat məbləğində borcu qalmışdır. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirməmişlər. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2011-ci il tarixli 06L000003056 saylı kredit xətti müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2019-cu il tarixli 06L000003056 saylı sazişin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 adına açılmış kredit xətti müqaviləsinin müddəti 220 ay müddətinə kredit xəttinin məbləği 200000 ABŞ dollar məbləğində müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli 006R********** saylı kredit razılaşmasının surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 30 ay müddətinə 4500 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli 006S**********01 saylı zaminlik müqaviləsinin surətindən görünbür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 verilmiş kreditin təmini kimi bank ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyi tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış kredit razılaşması ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3944.27 manat, fazi borcu üzrə 694.12 manat, cərimə 10 manat, cəmi 4648.39 (dörd min altı yüz qırx səkkiz manat otuz doqquz qəpik) manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 006R********** saylı kredit razılaşması ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3944.27 manat, fazi borcu üzrə 694.12 manat, cərimə 10 manat, cəmi 4648.39 (dörd min altı yüz qırx səkkiz manat otuz doqquz qəpik) manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-311/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-311/2021
14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver