Məhkəmə qərarları › İş №2(044)-3130/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3130/2021

13.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3130/2021 13.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim-Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra mətn üzrə iddiaçı) İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, Qarşıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh (bundan sonra mətn üzrə cavabdeh) Cavabdeh nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə ddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə müraciət edərək onun Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən evə köçürülməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh X1 Aygün Mübariz qızına qarşı qarşılıqlı iddia ilə müraicət edərək İddiaçıının istifadə hüquqlarının itirilmiş hesab olunması və cehiz əşyaları ilə birlikdə onun evdən çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 2011-ci ildə ailə qurmuşdur. Həmin ildən ünvan 1 ünvanında qeydiyyatda olaraq yaşamışdır. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-623/2020 saylı 04.09.2020-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Ailə münasibətləri pozulduqdan sonra ona həmin evdə yaşamağa icazə verməmişlər. Bu barədə heç bir razılıq əldə edə bilmədikləri üçün məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 06.03.2010-cu ildə oğlu X4 ilə ailə qurmuşdur. Həmin ildən etibarən 2014-cü ilin iyul ayınadək o, ünvan 1 ünvanında qeydiyyatda olaraq yaşamışdır. Oğlu ilə gəlini arasında bağlanmış nikah Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-623/2020 saylı 04.09.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı evdən çıxarkən bir sıra cehiz əşyalarını götürsə də, qalan əşyalar onun evindədır və götürülməsi üçün hər hansı maneə yoxdur. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-623/2020 saylı 04.09.2020-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş İddiaçı anası İddiaçı himayəsində saxlanılmış və uşağın saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir; Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 20.09.2021-ci il tarixli AZ-İ 386195 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuşdur; AR ƏMDK yanında DƏDRX-nin verdiyi MA ******* saylı 29.12.2009-cu il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh adınadır; ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək ilkin tələbinin təmin qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasınında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil2 ilkin iddia tələbini qəbul etməyərək ilkin iddianın rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə tərəflərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi rədd olunmalıdır. Belə ki, məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti olan yaşayış evinə iddiaçının köçürülməsinin mümkünlüyü məsələsinə hüquqi qiymət verməzdən əvvəl, həmin yaşayış evinə tərəflərin hansı hüquqlarının olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, mübahisəli yaşayış evi və onun üzərindəki hüquq mövcud olmadığı halda iddiaçının həmin yaşayış sahəsinə köçürülməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh oğlu X4 ilə rəsmi nikah qeyd etdirməklə 2011-ci ildə Cavabdeh mülkiyyətində olan evə gəlin köçmüşdür. Məhkəmə hesab edir ki,tərəflər arasında hüquq münasibəti 2011-ci ildə yarandığından tərəflər arasında yaranmış hüquq münasibətinə həmin vaxt qüvvədə olan maddi hüquq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Beləliklə məhkəmə bu qənaətə gəlir ki, İddiaçı mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti müəyyən edilməmişdir. Yəni, onun mübahisəli evdən hər hansı istifadə hüququ yaranmamışdır. İstifadə hüququ yaranmadığından məhkəmə belə hesab edir ki, iddiaçının həmin evə köçürülməsinə dair iddiası da təmin edilə bilməz. Məhkəmə qarşılıqlı idia tələbini də əsassız hesab edir. Belə ki, caabdeh iddiaçının həmin evdən istifadə hüququnun itirilmiş hesab edilməklə, cehiz əşyaları ilə həmin evdən çıxarılmasını xahiş edir. Məhkəmə araşdırılması zamanı iddiaçının mübahisəli evdən istifadə hüququnun yaranmadığı müəyyən edildiyindən istifadə hüququnun itirilməsinə dair tələb də təmin edilə bilməz. Belə ki, mövcud olmayan hüquq itirilmiş hesab edilə bilməz. Bundan başqa da cavabdeh iddiaçının cehiz əşyaları ilə birlikdə həmin evdən çıxarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı həmin evdə olmadığından və yaşamadığından bu tələb də təmin edilə bilməz. Cehiz əşyalarına gəldikdə isə işin hallarından göründüyü kimi bununla bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur. Mübahisə olmasa da belə cavabdeh hansı cehiz əşyalarının olmasına dair sübut təqdim etməmişdir. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” işi üzrə qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna da əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun mülkiyyətində olan yaşayış sahəsinin cavabdehlər qanunsuz sahibliyində qalmaqda davam etməsi iddiaçının həmin yaşayış sahəsinə olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş iddia tələbini əsaslandıran halları sübut etməli, onları dəstəkləyən və iddia tələbini təsdiq edən sənədləri məhkəməyə təqdim etməlidir. İddiaçı tərəfindən də iddia tələbini dəstəkləyən kifayət qədər sübutlar məhkəməyə təqdim edilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı «istifadə hüququnun tanınması» tələbinə dair və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «istifadə hüquqlarının itirilmiş hesab olunması və cehiz əşyaları ilə birlikdə evdən çıxarılma» tələbinə dair iddia tələbləri təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar