Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3134/2020 23.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin məhkəmə iclas katibi Əliyev Nicat Şirzad oğlunun katibliyi, iddiaçının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank «xxxx» ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank «xxxx» ASC Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank «xxxx» ASC-nin “Gəncə” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli DK-00072-06/17A saylı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixinə ödənilməmiş 5719.33 (beş min yeddi yüz on doqquz manat otuz üç) qəpik əsas borc, 1219.46 (min iki yüz on doqquz manat qırx altı qəpik) faiz borcu, 4518.7 (dörd min beş yüz on səkkiz manat yetmiş qəpik) dəbbə borcu, cəmi 11457.49 (on bir min dörd yüz əlli yeddi manat qırx doqquz qəpik) pulun, iddia qaldırılması üçün ödənilmiş 30.40 (otuz manat qırx qəpik) məbləğində dövlət rüsumunun Cavabdeh iddiaçının xeyrinə tutularaq ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Bank «xxxx» ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Bank «xxxx» ASC “Gəncə” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli DK- 00072-06/17A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 60 (altmış) ay müddətinə, illik 10 (on) faiz ödəmək şərti ilə 6.300 (altı min üç yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə cavabdehlə aralarında olan müqaviləyə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilənləri əsas gətirən iddiaçı, Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli DK-00072-06/17A saylı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixinə ödənilməmiş 5719.33 (beş min yeddi yüz on doqquz manat otuz üç qəpik) əsas borc, 1219.46 (min iki yüz on doqquz manat qırx altı qəpik) faiz borcu, 4518.7 (dörd min beş yüz on səkkiz manat yetmiş qəpik) dəbbə borcu, cəmi 11457.49 on bir min dörd yüz əlli yeddi manat qırx doqquz qəpik) pulun, iddia qaldırılması üçün ödənilmiş 30.40 (otuz manat qırx qəpik) dövlət rüsumunun Cavabdeh iddiaçının xeyrinə tutularaq ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixli DK-00072-06/17A saylı kredit müqaviləsindən görünür ki, Bank «xxxx» ASC-ti ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və ona 60 (altmış) ay müddətinə 10 (on) faiz ödəmək şərti ilə 6.300 (altı min üç yüz) manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən, borclu aldığı krediti və ona hesablanmış faizləri bu müqaviləyə dair 1 saylı Əlavə üzrə, qrafikə uyğun ödəmə şərtlərini pozduqda, əsas məbləğ üzrə gecikdirilmiş ödənişin hər gün üçün 0,5% məbləğində cərimə məbləği ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarına əlavə edililmiş xx xxxxxx 2020-ci il tarixli arayışda göstərilir ki, iddiaçı Bank “xxxx” ASC-ti ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli DK-00072-06/17A saylı kredit müqaviləsinə əsasən həmin şəxsə 6.300 (altı min üç yüz) manat məbləğində kredit verilmişdir. Borcalan tərəfindən kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliklər yerinə yetirilmir. Belə ki, Cavabdeh kredit götürəndən indiyədək banka xx.xx.2017-ci il tarixdə 2.40 (iki manat qırx qəpik), xx.xx.2018-ci il tarixdə 80 (səksən) manat, xx.xx.2018-ci il tarixdə 100 (yüz) manat, xx.xx.2018-ci il tarixdə 150 (yüz əlli) manat, xx.xx.2018-ci il tarixdə 340(üç yüz qırx) manat, xx.xx.2018-ci il tarixdə 135 (yüz otuz beş) manat, xx.xx.2018-ci il tarixdə isə 134 (yüz otuz dörd) manat məbləğində ödəniş etmişdir. xx.xx.2020-ci il tarixə Cavabdeh banka əsas borc üzrə 5719.33 (beş min yeddi yüz on doqquz manat otuz üç qəpik), ümumi faiz borcu 1219.46 (min iki yüz on doqquz manat qırx altı qəpik), dəbbə borcu 4518.7 (dörd min beş yüz on səkkiz manat yetmiş qəpik) olmaqla, cəmi 11457.49 (on bir min dörd yüz əlli yeddi manat qırx doqquz qəpik) təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu(penyanı) azalda bilər. Ona görə də məhkəmə hesablanmış cərimənin azaldılmasını mümkün hesab edərək cərimənin miqdarını 300 (üç yüz) manat məbləğinədək azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli hökümət ödəniş portalın ********* nömrəli qəbzindən müəyyən olunur ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, 5719.33 (beş min yeddi yüz on doqquz manat otuz üç qəpik) əsas borc, 1219.46 (min iki yüz on doqquz manat qırx altı qəpik) faiz borcu, 300 (üç yüz) manat dəbbə borcu, cəmi 7238,79 (yeddi min iki yüz otuz səkkiz manat yetmiş doqquz qəpik), iddia qaldırılması üçün ödənilmiş 30.40 (otuz manat qırx qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Bank «xxxx» ASC xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119,191, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “Gəncə” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli DK-00072-06/17A saylı kredit müqaviləsi ləğv edilsin. 5719.33 (beş min yeddi yüz on doqquz manat otuz üç qəpik) əsas borc, 1219.46 (min iki yüz on doqquz manat qırx altı qəpik) faiz borcu, 300 (üç yüz) manat dəbbə borcu, cəmi 7238,79 yeddi min iki yüz otuz səkkiz manat yetmiş doqquz qəpik) və iddia qaldırılması üçün ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Bank «xxxx» ASC xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rasim Kazımov
Məhkəmə qərarları › İş №2(044)-3134/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3134/2020
23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver