Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3138/2021 16.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 25.10.2018-ci il tarixli müqaviləsinə əsasən, X3, 2 ədəd Seksiya Diavallo üçün 615 manat ödənilməmiş hissə, 27.10.2018-ci il tarixli müqaviləsinə əsasən, Hoffmann markalı seksiya üçün 53 manat ödənilməmiş hissə, 14.02.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********80448 X5 9 Dual markalı telefon üçün 894 manat ödənilməmiş hissə, 01.12.2019-cu il tarixli müqaviləsinə əsasən, Sony markalı televizor üçün 1490 manat ödənilməmiş hissə, 05.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********23724 Samsung Galaxy A50 markalı telefon üçün 600 manat ödənilməmiş hissə, ümumilikdə 3652 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Cavabdeh, "xxxx" MMC ilə 25.10.2018-ci il, 27.10.2018-ci il, 14.02.2019-cu il və 01.12.2019-cu il, 05.01.2020-ci il tarixli müqaviləsinə əsasən, X3, 2 ədəd Seksiya Diavallo, HOFFMANN markalı seksiya, İMEİ kodu **********80448 X5 9 DUAL markalı telefon, Sony markalı televizor, İMEİ kodu **********23724 Samsung Galaxy A50 markalı telefon almış və nəticədə 3652 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 25.10.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2394 manat (18 ay x 133 manat) X3, 2 ədəd Seksiya Diavallo üçün 615 manat ödənilməmiş hissə, 27.10.2018ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 324 manat (78 ay x 18 manat) HOFFMANN markalı seksiya üçün 53 manat ödənilməmiş hissə, 14.02.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2736 manat (18 ay x 149 manat + 54 manat ilkin ödəniş) İMEİ kodu **********80448 X5 9 DUAL markalı telefon üçün 894 manat ödənilməmiş hissə, 01.12.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1788 manat (12 ay x 149 manat) Sony markalı televizor üçün 1490 manat ödənilməmiş hissə, 05.01.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 701 manat (13 ay x 50 manat + 51 manat ilkin ödəniş) İMEİ kodu **********23724 Samsung Galaxy A50 markalı telefon üçün 600 manat ödənilməmiş hissə hesablanmışdır. Cavabdehin 25.10.2018-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 1455 manat, məhsulun qaytarıldıqdan sonra qoyulan qiyməti 324 manat, ümumilikdə 1779 manat təşkil edir. Digər 4 müqavilə üzrə isə cəmi ödədiyi məbləğ 2512 manat təşkil edir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, o, əvvəllər ödənişlərini vaxtında etmişdir, lakin müharibə zamanı ermənilərin Gəncəyə atdıqları bomba nəticəsində onun evi və obyekti tamamilə dağılmış, ailə üzvləri ağır xəsarət almışlar. Buna görə də onun hazırda borcunu ödməyə maddi imkanı yoxdur. O, kredit müqavilələri üzrə ilkin satış qiymətini ödəyəcək, lakin bunun üçün ona verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş: - Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 25.10.2018-ci il tarixli 00347839 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən qiyməti 2265 manat olan X2, qiyməti 225 manat olan 2 illik qızıl zəmanəti və qiyməti 150 manat olan 2 ədəd Seksiya Diavallo ilkin ödənişsiz, ayda 133 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. - Tərəflər arasında bağlanmış 25.10.2018-ci il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 02.12.2018-ci il tarixdən 02.05.2020-ci il tarixədək 18 ay ərzində hər ayın 2-də tarixində ayda 133 manat ödənilməsi nəzərdə tutulmuşdur. - Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 27.10.2018-ci il tarixli 00350061 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən qiyməti 300 manat olan Seksiya Hoffmann WST-F400 markalı məişət avadanlığını, ilkin ödənişsiz, ayda 18 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. - Tərəflər arasında bağlanmış 27.10.2018-ci il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 02.12.2018-ci il tarixdən 02.05.2020-ci il tarixədək 18 ay ərzində hər ayın 2-i tarixində ayda 18 manat ödənilməsi nəzərdə tutulmuşdur. - Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 14.02.2019-cu il tarixli 00515413 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən qiyməti 2100 manat olan X5 9 Dual (SM-N-960) markalı telefonu, 54 manat ilkin ödənilə, ayda 149 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. - Tərəflər arasında bağlanmış 14.02.2019-cu il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 22.03.2019-cu il tarixdən 22.08.2020-ci il tarixədək 18 ay ərzində hər ayın 22-i tarixində ayda 149 manat ödənilməsi nəzərdə tutulmuşdur. - Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 01.12.2019-cu il tarixli 01092698 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən qiyməti 1700 manat olan Sony KD-55XF7096 markalı televizoru, 54 manat ilkin ödənişsiz, ayda 149 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. - Tərəflər arasında bağlanmış 14.02.2019-cu il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 14.01.2020-ci il tarixdən 14.12.2020-ci il tarixədək 12 ay ərzində hər ayın 14-ü tarixində ayda 149 manat ödənilməsi nəzərdə tutulmuşdur. - Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 05.01.2020-ci il tarixli 20014404 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən qiyməti 600 manat olan Samsung Galaxy A50 DS(SM-A505) markalı telefonu, qiyməti 60 manat olan 1 illik qızıl zəmanəti 51 manat ilkin ödənişlə, ayda 50 manat olmaqla, 13 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. - Tərəflər arasında bağlanmış 05.01.2020-ci il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 18.02.2020-ci il tarixdən 18.02.2021-ci il tarixədək 13 ay ərzində hər ayın 18-də tarixində ayda 50 manat ödənilməsi nəzərdə tutulmuşdur. Maliyyə arayışından görünür ki, Cavabdeh 25.10.2018-ci il tarixli müqaviləyə əsasən X2, 2 ədəd Seksiya Diavallo üçün əsas borca ödənilmiş məbləği 1455+324=1779 manat, ödənilməmiş məbləği 615 manat, 27.10.2018-ci il tarixli Seksiya Hoffmann markalı məişət avadanlığı üçün əsas borca ödənilmiş məbləği 271 manat, ödənilməmiş məbləği 53 manat, 14.02.2019-cu il tarixli İMEİ kodu **********80448 X5 9 Dual markalı telefon üçün əsas borca ödənilmiş məbləği 1842 manat, ödənilməmiş məbləği 894 manat, 01.12.2019-cu il tarixli Sony markalı televizor üçün əsas borca ödənilmiş məbləği 298 manat, ödənilməmiş məbləği 1490 manat, 05.01.2020-ci il tarixli İMEİ kodu **********23724 Samsung Galaxy A50 markalı telefon üçün əsas borca ödənilmiş məbləği 101 manat, ödənilməmiş məbləği 600 manat, 5 müqavilə üzrə ümumi ödənilməmiş məbləğ 3652 manat təşkil edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsidir. Alqı-satqı müqaviləsinin ən əsas şərti əşyanın alıcının mülkiyyətinə verilməsi və həmin əşyanın qiymətinin alıcı tərəfindən ödənilməsidir. Nisyə alqı-satqı müqaviləsi bağlanarkən ilk növbədə əşyanın qiyməti müəyyən edilməli, daha sonra isə onun ödəniş qaydası razılaşdırılmalıdır. Yəni əşyanın ödəniş qaydası əşyanın müqavilə ilə müəyyən edilmiş qiymətinin ödənilməsinə xidmət etməlidir. Lakin tərəflər arasında bağlanmış müqavilədə əşyanın qiyməti başqa məbləğdə göstərilir, ödəniş qrafikinə uyğun hesablandıqda isə başqa məbləğ ortaya çıxır. 25.10.2018-ci tarixli müqavilədə satılan X3, 2 ədəd Seksiya Diavallonun qiyməti 2265 manat göstərildiyi halda həmin məbləği 18 aya böldükdə iddiaçı 133 manat almışdır. Halbuki, 18 ay ərzində 133 manat ödənildikdə alınan məbləğ 2394 manatdır. Bu zaman telefonun qiyməti ilə ödənilməsi tələb edilən məbləğ arasında 129 manat, başqa sözlə 5,7% fərq vardır. 27.10.2018-ci tarixli müqavilədə satılan Hoffmann markalı seksiyanın qiyməti 300 manat göstərildiyi halda həmin məbləği 18 aya böldükdə iddiaçı 18 manat almışdır. Halbuki, 18 ay ərzində 18 manat ödənildikdə alınan məbləğ 324 manatdır. Bu zaman telefonun qiyməti ilə ödənilməsi tələb edilən məbləğ arasında 24 manat, başqa sözlə 8% fərq vardır. 14.02.2019-cu tarixli müqavilədə satılan İMEİ kodu **********80448 X5 9 Dual markalı telefonun qiyməti 2100 manat göstərildiyi halda həmin məbləği 18 aya böldükdə iddiaçı 149 manat almışdır. Halbuki, ilkin ödəniş 54 manat olmaqla 18 ay ərzində 149 manat ödənildikdə alınan məbləğ 2736 manatdır. Bu zaman telefonun qiyməti ilə ödənilməsi tələb edilən məbləğ arasında 636 manat, başqa sözlə 30.28% fərq vardır. 01.12.2019-cu tarixli müqavilədə satılan Sony markalı televizorun qiyməti 1700 manat göstərildiyi halda həmin məbləği 12 aya böldükdə iddiaçı 149 manat almışdır. Halbuki, 12 ay ərzində 149 manat ödənildikdə alınan məbləğ 1788 manatdır. Bu zaman telefonun qiyməti ilə ödənilməsi tələb edilən məbləğ arasında 88 manat, başqa sözlə 5,17 % fərq vardır. 05.01.2020-ci tarixli müqavilədə satılan İMEİ kodu **********23724 Samsung Galaxy A50 markalı telefonun və qızıl zəmanətin ümumi qiyməti 660 manat göstərildiyi halda həmin məbləği 18 aya böldükdə iddiaçı 50 manat almışdır. Halbuki, ilkin ödəniş 51 manat olmaqla 12 ay ərzində 50 manat ödənildikdə alınan məbləğ 701 manatdır. Bu zaman telefonun qiyməti ilə ödənilməsi tələb edilən məbləğ arasında 51 manat, başqa sözlə 7.72 % fərq vardır. Göründüyü kimi iddiaçı malın qiymətini müqavilədə konkret razılaşdırmalarına baxmayaraq nəyə əsasən cavabdehdən razılaşdırılmış qiymətlərdən əlavə ödəniş tələb edilməsini əsaslandırmamışdır. Ödəniş cədvəlinin tərəflər arasında razılaşdırılması və müqavilənin tərkib hissəsi olması iddiaçının tələbinin əsaslı olmasına dəlalət edə bilməz. Çünki ödəniş cədvəli malın qiymətini yox, onun ödənilməsi qaydasını müəyyən edir. Başqa sözlə, malın qiyməti ödəniş cədvəlinə yox, ödəniş cədvəli malın qiymətinə uyğun olmalıdır. İddiaçının nümayəndəsinin nağd və nisyə satış qiymətlərinin arasında fərq olması ilə bağlı gətirdiyi dəlil də əsaslı deyildir. Belə ki, müqavilədə malın qiyməti qrafasında yalnız bir qiymət göstərilmişdir. Nağd və nisyə satış qiymətlərinin arasında fərq olacağı ilə bağlı müqavilədə heç bir şərt nəzərdə tutulmamışdır. İddiaçı mal və xidmətləri cavabdehə 25.10.2018-ci il tarixli müqavilədə 2394 manata, 27.10.2018-ci il tarixli müqavilədə 324 manata, 14.02.2019-cu il tarixli müqavilədə 2736 manata, 01.12.2019-cu il tarixli müqavilədə 1788 manata, 05.01.2020-ci il tarixli müqavilədə 701 manata satıldığını və cavabdehin müvafiq olaraq 1-ci müqavilə üzrə 1779 manat, 2-ci müqavilə üzrə 271 manat, 3-cü müqavilə üzrə 1842 manat, 4-cü müqavilə üzrə 298 manat və 5-ci müqavilə üzrə 101 manat ödəniş etdiyini bildirmişdir. Məhkəmə yuxarıdakı mövqeyə uyğun olaraq hesab edir ki, iddiaçının satdığı mal və xidmətlərin müqavilədə konkret olaraq qiymətləri göstərildiyindən, həmin qiymətə əlavənin hesablanması üçün heç bir hüquqi əsas müəyyən edilmədiyindən iddiaçının tələbi yalnız mal və xidmətlərin müqavilə ilə təsbit edilmiş qiymətləri çərçivəsində əsaslı hesab edilməlidir. Buna görə də məhkəmə cavabdehdən aldığı mal və xidmətlərə görə 25.10.2018-ci il tarixli müqavilə üzrə 2265 manat (1740+225+150+150) puldan ödədiyi 1779 manatı çıxaraq qalan 486 manat borcun, 27.10.2018-ci il tarixli müqavilə üzrə 300 manat puldan ödədiyi 271 manatı çıxaraq qalan 29 manat borcun, 14.02.2019-cu il tarixli müqavilə üzrə 2100 manat puldan ödədiyi 1842 manatı çıxaraq qalan 258 manat borcun, 01.12.2019-cu il tarixli müqavilə üzrə 1700 manat puldan ödədiyi 298 manatı çıxaraq qalan 1402 manat borcun və 05.01.2020-ci il tarixli müqavilə üzrə 660 manat (600+60) puldan ödədiyi 101 manatı çıxaraq qalan 559 manat borcun tutulmasını əsaslı hesab edir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 25.10.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 486 manat ödənilməmiş hissə, 27.10.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 29 manat ödənilməmiş hissə, 14.02.2019-cu il tarixli nisyə alqısatqı müqaviləsi üzrə 258 manat, 01.12.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1402 manat, 05.01.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 559 manat, ümumilikdə 2734 manat borc Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iddiaçının dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 20 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 25.10.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 486 manat ödənilməmiş hissə, 27.10.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 29 manat ödənilməmiş hissə, 14.02.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 258 manat, 01.12.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1402 manat, 05.01.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 559 manat, ümumilikdə 2734 manat (iki min yeddi yüz otuz dörd) manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun 20 (iyirmi) manatı tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-3138/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3138/2021
16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver