Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3148/2021 23.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 850 manat miqdarında borc pulun və hüquqi xidmət üçün 50 manat, cəmi 900 manat pulun alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, o, müharibə veteranıdır, Cavabdeh ilə o, N saylı hərbi hissənin 1-ci divizionunda müddətdən artıq həqiqi hərbi xidmətdə, hərbi xidmət qulluqçusu (MAHHXHQ) kimi xidmətdə olarkən tanış olmuşdur. Cavabdeh təxminən altı ay müddətinə, yəni 21.04.2013-cü il tarxədək qaytarmaq şərti ilə onun etibarından sui-istifadə edərək 21.10.2012-ci ildə ondan 1200 manat miqdarında borc pul almış, göstərilən müddət tamam olduqda o, cavabdehdən ona olan borcun qaytarılmasını tələb etməyə başlamış, lakain cavabdeh 21.04.2013-cü ilədək bütöv borcunu qaytarmaq əvəzinə cəmi100 manat pul qaytarmışdır. Bundan sonra isə cavabdeh uzun müddət ərzində ona pul qaytarmamışdır. Yalnız 2015-ci ilin iyun ayında 100 manat, 2018-ci ilin may ayında isə ona 150 manat pul qaytarmış və ona ilin sonunadək onun pulunu qaytaracağına söz vermişdir. O, cavabdehə inanaraq söz verdiyi müddətədək gözləmiş, müddət tamam olduqda o, cavabdehdən ona olan borcunun qalan hissəsini, yəni 850 manat pulu qaytarmasını tələb etmiş, lakin cavabdeh ona olan borcun qaytarmaqdan imtina etmişdir. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş əlyazma müqavilədən görünür ki, Gəncə şəhəri, Bağmanlar küçəsi, ev 151-də yaşayan, Gəncə şəhəri N saylı hərbi hissənin Tər-tər rayonunda yerləşən 1-ci divizyonunda MAHHQ vəzifəsində çalışan Cavabdeh 21.10.2012-ci il tarixində öz ehtiyacı olduğu üçün Tər-tər rayonunun Qaynağ kənd sakini İddiaçı öz ehtiyacları olduğu üçün 1200 (min iki yüz) manat pul aldığını və 6 (altı) ay müddətinə yəni 21.04.2013-cü il tarixinə kimi 3000 (üç min) manat pulu alır, əvəzində öz iş bankomat kartını girov qoyması barədə əlyazma müqavilə imzalamışdır. İş materiallarında olan vəsiqənin surətindən görünür ki, 28 fevral 2018-ci il tarixdə İddiaçı M/V 084029 saylı vəsiqə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətini təşkil edən 850 (səkkiz yüz əlli) manat məbləğində pulu cavabdeh şərtləşdirilmiş müddətdə qaytarmadığından, iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Bununla da iddiaçı qanunsuz sahiblikdən öz əmlakını geri tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə o, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli və Cavabdeh 850 (səkkiz yüz əlli) manat alınaraq İddiaçı oğluna ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 850 (səkkiz yüz əlli) manat alınaraq, İddiaçı oğluna verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-3148/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3148/2021
23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver