Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3149/2021 23.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mərhum anası X1 borc adı altında aldığı 1500 manat borc pulun qalan 1100 manat borcun və hüquqi xidmət üçün 50 manat, cəmi 1150 manat pulun alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, onun anası X2 şəhid anası olmuşdur. Onun qardaşı 25.03.1950-ci ildə anadan olmuş X3 11 may 1992-ci ildə Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşdə şəhid olmuşdur. O, Cavabdeh ilə o, N saylı hərbi hissənin 1-ci divizionunda müddətdən artıq həqiqi hərbi xidmətdə, hərbi xidmət qulluqçusu (MAHHXHQ) kimi xidmətdə olarkən tanış olmuşdur. Cavabdeh 20.08.2010-cu ildə onun 06.07.2020-ci il tarixdə vəfat etmiş mərhum anası X1 07 ay müddətinə qaytarmaq şərti ilə mərhum anasının etibarından sui istifadə edərək 1500 manat məbləğində borc pul almışdır. Göstərilən müddət tamam olduqda o, və mərhum anası cavabdehdən ona olan borcun qaytarılmasını tələb etməyə başlamış, lakin cavabdeh 20.03.2011-ci ilədək bütöv borcunu qaytarmaq əvəzinə cəmi 100 manat pul qaytarmışdır. Bundan sonra isə cavabdeh uzun müddət ərzində ona pul qaytarmamışdır. Yalnız 2015-ci ilin may ayında və 2018-ci ilin iyun ayında cavabdeh onun yanında anasına müvafiq olaraq 100 və 200 manat pul qaytarmış və ona ilin isə ona 150 manat pul qaytarmış və ona ilin sonunadək onun pulunu qaytaracağına söz vermişdir. Onlar, cavabdehə inanaraq söz verdiyi müddətədək gözləmiş, müddət tamam olduqda onlar, cavabdehdən ona olan borcunun qalan hissəsini qaytarmasını tələb etmiş, lakin cavabdeh ona olan borcun qaytarmaqdan imtina etmişdir. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 20.08.2010-cu il tarixli əlyazma müqavilədən görünür ki, Tər-tər rayonunun Qaynağ kənd sakini X1 ehtiyacı olduğu üçün 1500 manat pul sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral, mart ayının 20-si 2011-ci ildə qaytarmaq şərti (girov qoymaq şərti ilə) ilə verməsi barədə əlyazma müqavilə imzalamışdır. İş materiallarında olan 07.05.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 50 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarında olan vəsiqənin surətindən görünür ki, 28 fevral 2018-ci il tarixdə İddiaçı M/V 084029 saylı vəsiqə verilmişdir. 06.07.2020-ci il tarixdə Tərtər rayon Qaynaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 06 iyul 2020-ci il tarixdə vəfat etmişdir. 27.04.2021-ci il tarixli 195 saylı arayışdan görünür ki, Tərtər rayon, Qaynaq kəndində yaşayan xx.xx.1971-ci ildə anadan olmuş İddiaçı həqiqətən də 20.09.2020-ci il tarixdə mirası qəbul etməsi barədə ərizəsinə əsasən Tərtər rayonu notariat ofisində mərhum anası X2 ilə bağlı 8V-244 saylı vərəsəlik işi açılmışdır. Məhkəmə ilk növbədə göstərir ki, hazırki iddia tələbi üzrə iddiaçının subyektiv hüququ malik olması zəruridir. İşin hallarından müəyyən edilir ki, pul borc hüquq münasibətləri üzrə iddiaçının mərhum anası tərəfindən cavabdehə verilmişdir. Lakin onun ölümü iddia qaldırmağa mane olmuşdur. Mərhumdan qalmış miras onun birinci növbə vərəsəsi kimi iddiaçı olan oğlu tərəfindən notarial qaydada qəbul edilmişdir. Nəzərə almaq lazımdır ki, mirasın kütləsinə həm miras aktivi, həm də miras passivi daxildir. Hazırki hüquq iddiaçının miras aktivlərindən qaynaqlanır. Belə ki, onun tələbetmə üzrə subyektiv hüququ vardır. Məhkəmə tərəflər arasında yaranmış hüquq münasibətləri kimi diqqətə çatdırır ki, tərəflər arasında borc münasibətləri yaranmışdır. Ona görə də mübahisənin həllinə Mülki Qanunvericiliyin borcla bağlı müdddəaları habelə əlaqəli hüquq normaları əsasında qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh 20.08.2010-cu ildə X1 07 ay müddətinə qaytarmaq şərti ilə mərhum anasının etibarından sui istifadə edərək 1500 manat məbləğində borc pul almışdır. Cavabdeh mərhum Pakizə Əzimovadan aldığı 1500 manat borc puldan bir hissəsini qaytarmış, borc puldan qalan 1100 (min yüz) manat məbləğ isə bu günə kimi qaytarmamışdır. İddiaçının anası X2 06.07.2020-ci il tarixdə vəfat etmiş və iddiaçıya mərhum anasının vərəsəsi olması barədə Tərtər rayonu notariat ofisində 8V-244 saylı vərəsəlik işi açılmışdır. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətini təşkil edən 1100 (min yüz) manat məbləğində pulu cavabdeh şərtləşdirilmiş müddətdə qaytarmadığından, iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Bununla da iddiaçı qanunsuz sahiblikdən öz əmlakını geri tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə o, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli və Cavabdeh 1100 (min yüz) manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1100 (min yüz) manat alınaraq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-3149/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3149/2021
23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver