Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3154/2020 27.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1000 manat pulun, əldən çıxmış faydaya görə 300 manatın və ödədiyi 30 manat rüsumun, ümumilikdə 1330 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, cavabdehi xx xxxxxx 2018-ci il tarixdən tanıyır. Cavabdeh ondan xx.xx.2019cu il tarixdə hər ay 100 manat qaytarmaq şərti ilə 1000 manat borc pul istəmişdir. O, cavabdehlə razılaşaraq Ağstafa Rayon Notariat Kontorunda təstiq olunmuş ərizə alaraq ona 1000 manat bor pul vermişdir. Cavabdeh həmin pulu xx.xx.2020-ci il tarixədək ödəməli idi. O, cavabdehdən şəhid ailəsi olduğunu, onun pulunu vaxtında qaytarmasını tələb etsə də, cavabdeh hər ay onu aldadaraq pulu qaytarmaqdan imtina etmişdir. Həmin müddətdən sonra o Cavabdeh pulunu tamamilə tələb etsə də cavabdeh onun pulunu qaytarmamışdır. Cavabdehin söz verdiyi müddətdən iki ay keçsə də o, heç bir ödəniş etməmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o ziyanlıq çəkmişdir və pulundan istifadə edə bilmədiyi üçün qiymət artımında əldə edəcəyi faydadan olmuşdur. Sonda iddiaçı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, fevral ayına kimi o hər ay hissə-hissə olmaqla ümumilikdə 450 manat pul ödəmiş, borcdan 550 manatı qalmışdır. Onun iddiaçıya 100 manat ödəməsi ilə bağlı qəbzi vardır və həmin qəbzi məhkəməyə təqdim etmişdir. Hal-hazırda onun daimi iş yeri olmadığı üçün ödəniş etməyə imkanı yoxdur. Sonda cavabdeh iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş materiallarında olan: - Ağstafa rayon notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, həmin tarixdə Quliyev X1 İddiaçı 1000 manat məbləğində borc pul almış həmin pulu aylıq 100 manat olmaqla 10 ay müddətinə, yəni xx.xx.2020-ci tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. - Azərpoçt MMC-nin mədaxil qəbzindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə poçt vasitəsi ilə İddiaçı 100 manat pul göndərmişdir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İşin faktiki halları ilə təsdiq olunur ki, cavabdeh iddiaçıdan aldığı 1000 manat borc pulu 10 ay müddətinə hər ay 100 manat olmaqla qaytarmağı öhdəsinə götürsə də, öhdəliyini tam icra etməmişdir. Buna görə də iddiaçının cavabdehdən borcu tələb etmək hüququ vardır. Cavabdeh iddiaçıya cəmi 450 manat ödəniş etdiyini, 550 manat borcu qaldığını bildirsə də, 100 manat ödənişdən əlavə 350 manat ödəniş etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan başqa iddiaçı cavabdehdən əldən çıxmış fayda kimi 300 manat maddi zərər tələb etsə də, həmin zərərin konkret olaraq nədə ifadə olunduğunu göstərməmiş və bu barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 900 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə şəhid ailələri dövlət rüsumu ödəməkdən azad olunurlar. İddia ərizəsinə əlavə olunmuş 013720 nömrəli vəsiqədən görünür ki, İddiaçı şəhid ailəsidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia qiyməti 500 manatdan çox olduğuna və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 900 (doqquz yüz) manat məbləğində borc tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-3154/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3154/2020
27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver