Məhkəmə qərarları › İş №2(044)-3174/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-3174/2021

25.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-3174/2021 25.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlu, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyana görə 2510 manat pul tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədləri tədqiq edərək, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh ona vurduğu ziyanın 2510 manat pulun ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Elektron Məhkəmə Sistemindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. AR MPM-nin 35.1-ci maddəsinə uyğun olaraq, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Belə olan halda İddiaçı iddiasına baxılması Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə aid deyildir. AR MPM-nin 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılaraq cavabdehin rəsmi qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət etməli olması izah edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı vurulmuş ziyana görə 2510 manat pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah olunsun ki, həmin tələblə cavabdehin rəsmi qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar