Məhkəmə qərarları › İş №2(044)-3182/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3182/2021

21.10.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3182/2021 21.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi, vəkil X1, Cavabdeh Cavabdeh oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qızına qarşı «uşaqla ünsiyyətdə olma hüquqlarına olan maneənin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «uşaqla ünsiyyətdə olma hüquqlarına olan maneənin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun 07.02.2017-ci il tarixdə anadan olmuş nəvəsi X5 ilə hər həftənin şənbə günləri saat 12:00-dan 18:00-dək sərbəst qaydada görüşüb ünsiyyətdə olmasına etdiyi maneərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısı Aparatının yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik komissiyasına müraciət edərək 07.02.2017-ci il tarixdə anadan olmuş nəvəsi X5 ilə görüşmək hüququnun tanınmasını xahiş etmiş və komissiyanın qərarı ilə ona görüş verilmiş, lakin buna baxmayaraq cavabdeh ona bu imkanı vermir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının nümayəndəsi, vəkil X4 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, himayəsində olan övladı, 07.02.2017-ci il tarixdə anadan olmuş X3 iddiaçı ilə görüşməsinə razı deyil, onlar uşağı ona qarşı öyrədirlər. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının Aparatıyanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının 22.04.2021-ci il tarixli məktubundan görünür ki, azyaşlı 07.022017-ci il tarixdə anadan olm uş X3 babası ilə, həftənin şənbə günləri saat 12:00-dan 18:00-dək sərbəst qaydada görüşüb ünsiyyətdə olmaları barədə qərar qəbul edilmiş və qərar ünvan 1 ünvanda yaşayan Cavabdeh göndərilərək ondan həftənin şənbə günləri saat 12:00-dan 18:00-dək babanın nəvəsi ilə sərbəst qaydada görüşüb ünsiyyətdə olmalarına şərait yaratması tələb edilmişdir. 16.04.2021-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X6 ilə X2 birgə nikahlarından 07 fevral 2017-ci il tarixdə X5 anadan olmuşdur. Azərbaycan RespublikasıAli Məhkəməsinin Pleniumunun qeyd edilən qərarının 4cü bəndində göstərilmişdir ki, qanunun tələbinə görə baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağln bu və ya digər qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. İddiaçılar baba, nənə, qardaş, bacı və digər qohumlar müvafiq icra hakimiyyəti orqanına müraciət etmədən bir başa məhkəməyə müraciət etdikləri halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 153.2.1.-ci maddəsinə əsasən məhkəmədə baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizəni icraata qəbul etməkdən imtina etməlidir. Əgər eyni məzmunlu ərizə məhkəmənin icraatına qəbul olunmuşdursa, həmin Məcəllənin 259.0.1-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 62.1-ci maddəsinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Göründüyü kimi, babnın uşaqla ünsiyyətdə olmaq, onun tərbiyyəsində iştirak etmək hüququ və vəzifəsi qanunvericilikdə nəzərdə tutulur. Məhkəmə, uşağın mənafeyini, uşağın ana himayəsində qalmasını, cavabdeh tərəfindən uşaqla iddiaçının görüşməsinə edilən maneçiliyin aradan qaldırılmasının vacibliyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı baba kimi hüquqlarını həyata keçirməsini təmin etmək üçün azyaşlı 07.02.2017-ci il tarixdə anadan olmuş X3 babası ilə, həftənin şənbə günləri saat 12:00-dan 18:00-dək sərbəst qaydada görüşüb ünsiyyətdə olmaları olmaları üçün təyin olunmuş görüşə qoyulan maneə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı baba kimi hüquqlarını həyata keçirməsini təmin etmək üçün azyaşlı 07.02.2017-ci il tarixdə anadan olmuş X5 ilə, həftənin şənbə günləri saat 12:00-dan 18:00dək sərbəst qaydada görüşüb ünsiyyətdə olmaları üçün təyin olunmuş görüşə qoyulan maneə aradan qaldırılsın. İddiaçı 07.02.2017-ci il tarixdə anadan olmuş X5 ilə, həftənin şənbə günləri saat 12:00-dan 18:00-dək sərbəst qaydada görüşüb ünsiyyətdə olmasına dair hüquqları təmin edilsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar