Məhkəmə qərarları › İş №2(044)-3195/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3195/2021

04.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3195/2021 04.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair mülki işə, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mobil nəzarət qurğusunu yararsız vəziyyətə salındığına görə, ondan dəyəri 1346.03 manat vəsait alınaraq, Ədliyyə Nazirliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin1(043)-132/2020 saylı, 18.08.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəzasını çəkdiyi dövrdə Cavabdeh yaşadığı ünvana iki ədəd ev sıqnal ötürücüsü quraşdırılmış və onun ayağına sadə elektron qolbaq bağlanmışdır. Bununla yanaşı Cavabdeh bir ədəd mobil nəzarət qurğusu, onun adapteri, ev siqnal ötürücüsü təhvil verilmişdir. Həmin elektron nəzarət vasitələrinin dəyəri və həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin Cavabdeh tutulacağı elan edilmiş və bu barədə protokol tərtib edilmişdir. Cavabdeh Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli, 7(044)-19/21 saylı qərarı ilə cəzadan azad edilmişdir. Bununla bağlı olaraq elektron nəzarət vasitələri ondan təhvil alınarkən mobil nəzarət qurğusunun ekranının zədələndiyi və qurğunun yararsız vəziyyətə düşdüyü müəyyən edilmişdir. Mobil nəzarət qurğusunun ekranının zədələnməsi barədə 22.04.2021-ci il tarixdə X3 MMC tərəfindən verilmiş texniki rəy alınmışdır. Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına görə nəzarət qurğusunun dəyəri 1346.03 manat təşkil edir. Maddi ziyanın könüllü olaraq ödənilməsi Cavabdeh təklif olunsa da, sonuncu könüllü olaraq maddi ziyanı ödəməkdən imtina etmişdir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, iddia tələbi ilə razı deyil. O, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 18.08.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və ona təhvil verilmiş bir ədəd mobil nəzarət qurğusunun problemi olduğundan ustaya göstərmiş, usta mobil nəzarət qurğusunu düzəldəndə ekranı çatlamışdır. Bundan sonra usta mobil nəzarət qurğusunun ekranında olan çatı düzətdirmək istəsə də, İddiaçı buna razılıq verməmişdir. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 18.08.2020-ci il tarixli 2(043)-132/2020 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına cəzasına məhkum edilmiş, cəzasını yaşayış yeri üzrə çəkməsi, cəza çəkdiyi müddət ərzində məhkumun üzərinə saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək vəzifələri qoyulmuşdur. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 08.09.2020-ci il tarixli 2(043)-132/2020 saylı hökmün icrası barədə göstərişin surətindən görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 18.08.2020-ci il tarixli 2(043)-132/2020 saylı hökmü 08.09.2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. 21.10.2020-ci il tarixli protokolun surətindən görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 18.08.2020-ci il tarixli 2(043)-132/2020 saylı hökmü ilə 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına cəzasına məhkum edilmiş Cavabdeh oğlunun ayağına sadə elektron qolbaq bağlanmış, mobil nəzarət qurğusu, adapteri, 3 ədəd ev nəzarət stansiyaları məhkuma təhvil verilmiş və ona elektron nəzarət vasitələrinə xidmət qaydaları izah edilmiş, ona yaddaş kitabçası verilmişdir. 21.10.2020-ci il tarixli protokolun surətindən görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 18.08.2020-ci il tarixli 2(043)-132/2020 saylı hökmü ilə 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına cəzasına məhkum edilmiş Cavabdeh oğluna tətbiq edilən elektron nəzarət vasitələrinin dəyəri, həmçinin həmin vasitələri itirəcəyi və ya onu zədələyəcəyi, yaxud digər üsulla onu yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı elan edilmişdir. Biometrik məlumatların yoxlanılması üçün lisenziyalar - 88.26 manat, ev siqnal ötürücüsü - 1 ədəd 108.32 manat, mobil nəzarət qurğusu xüsusi proqram təminatı ilə 1346.03 manat, elektron qolbağ - 637.91 manat. X3 MMC tərəfindən verilmiş, 22.04.2021-ci il tarixli texniki rəydən görünür ki, Cavabdeh təhkim olunmuş elektron nəzarət vasitələrinə texniki baxış nəticəsində nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun ekranının zədələnərək yarasız hala salınması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsinin verdiyi maliyyə arayışından görünür ki, elektron nəzarət vasitələrin-Biometrik məlumatların yoxlanılması üçün lisenziyalar - 88.26 manat, ev siqnal ötürücüsü - 1 ədəd 108.32 manat, mobil nəzarət qurğusu xüsusi proqram təminatı ilə 1346.03 manat, elektron qolbağlar - 637.91 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, vurulmuş maddi ziyan ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 18.08.2020-ci il tarixli 2(043)-132/2020 saylı hökmü ilə 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına cəzasına məhkum edilmiş Cavabdeh ayağına sadə qolbaq bağlanmış, mobil nəzarət qurğusu, adapteri, ev siqnal ötürücüsü təhvil verilmiş və ona elektron nəzarət vasitələrinə xidmət qaydaları izah edilərək, ona yaddaş kitabçası verilmiş və həmin vasitələrin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmuşdur. Cavabdeh üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək mobil nəzarət qurğusunun ekranını sındırmışdır. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə o, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan Cavabdeh 1346.03 (min üç yüz qırx altı manat üç qəpik) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 1346.03 (min üç yüz qırx altı manat üç qəpik) manat pul tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xeyrinə ödənilsin. (Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Bakı şəhər maliyyə idarəsi VÖEN: **********, hesab № AZ66CTRE********************, SWİFT: STREAZ22, büdcə səviyyəsinin kodu 1, büdcə təsnifatının kodu 142330-a). Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar