Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-3197/2021 01.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədləri tədqiq edərək, müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Gəncə şəhəri, Nizami rayonu, Əlişir Nəvai küçəsi, 1-DÖN, 12 saylı evdə yerləşən bir otaqdan ibarət əmlakdan istifadə hüququna, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən olan maneənin aradan qaldırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəməyə daxil olmuş iddia ərizəsinin tərtib edilməsində AR MPM-nin 149cu maddəsi ilə müəyyən olunmuş forma və məzmunun tələblərinə riayət edilməmiş, iddia ərizəsinə əlavə olunmuş sənədlərin surəti notariat qaydasında təsdiq edilməmişdir. AR MPM-nin 89.3-cü maddəsinə əsasən məhkəməyə yazılı sübutların (sənədlərin) ya əsli, ya da lazımi qaydada (yəni notariat qaydasında) təsdiq olunmuş surəti təqdim edilməlidir. Qeyd olunan nöqsan ərizənin AR MPM-nin 149-cu maddəsinin tələblərinə uyğun hazırlanmamasını ehtiva edir, belə olan halda isə AR MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. AR MPM-nin 152.4-cü maddəsinə görə ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və AR MPM-nin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qaldırılandan sonra ümumi qaydada məhkəməyə yenidən müraciət edilə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-3197/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-3197/2021
01.09.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver