Məhkəmə qərarları › İş №2(044)-3203/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3203/2021

21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3203/2021 21.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24.07.2019-cu il tarixli, 800804-604633/1 saylı kredit müqaviləsi üzrə 3,357.48 manat əsas borc, 1,231.30 manat faiz borcu, cəmi 4,588.78 manat və ödənilmiş 30 manat dövlət rüsumu, 40 qəpik bank xidmət haqqının İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 24.07.2019-cu il tarixli 800804-604633/1 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 4.500.00 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş kredit müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməmişdir. 12.08.2021-ci il tarixinə cababdehin kredit müqaviləsi üzrə əsas borc üzrə 3,357.48 manat, faiz borcu üzrə 1,231.30 manat, cəmi 4,588.78 manat məbləğində kredit borcu yaranmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək maddi vəziyyəti ilə bağlı kredit borcunu ödəyə bilməməsini qeyd edərək, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakcılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 24.07.2019-cu il tarixli 800804-604633/1 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 4.500.00 manat məbləğində kredit verilmişdir. 12.08.2021-ci il tarixdə İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 12.08.2021-ci il tarixinə banka olan borcu 800804-604633/1 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 3,357.48 manat, faiz borcu üzrə 1,231.30 manat, cəmi 4,588.78 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 24.07.2019-cu il tarixli, 800804-604633/1 saylı kredit müqaviləsi üzrə 3,357.48 manat əsas borc, 1,231.30 manat faiz borcu, cəmi 4,588.78 manat və ödənilmiş 30 manat dövlət rüsumu, 40 qəpik bank xidmət haqqı iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 24.07.2019-cu il tarixli, 800804-604633/1 saylı kredit müqaviləsi üzrə 3,357.48(üç min üç yüz əlli yeddi manat qırx səkkiz qəpik) manat əsas borc, 1,231.30( bir min iki yüz otuz bir manat otuz qəpik) manat faiz borcu, cəmi 4,588.78( dörd min beş yüz səksən səkkiz manat yetmiş səkkiz qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu, 40 qəpik bank xidmət haqqı İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar