Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3217/2020 12.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ HakimŞirinov Gündüz Əhmədoğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iki uşağın saxlanması üçün əmək haqqının 1/3 hissəsi məbləğində aliment tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə ailə qurmuş və onların birgə nikahlarından xx.xx.2015-ci il tarixdə X6 və xx.xx.2016-cı il tarixdə X5 adlı iki uşaqları anadan olmuşdur. Onlar bir neçə il bir ailə kimi yaşamışlar, lakin sonradan onların münasibətləri pisləşdiyindən ayrılmışlar, uşaqlar onun himayəsində qalmalarına baxmayaraq cavabdeh heç bir köməklik göstərməmiş və Göranboy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən iki uşağın saxlanması üçün hər ay 200 manat alimentin onun xeyrinə tutulması qət edilmiş, bu günə kimi cavabdehdən onun xeyrinə tutulacaq aliment bu günə kimi cavabdehin əmək haqqından tutularaq ödənilir. Lakin hazırda həmin məbləğ uşaqların saxlanması üçün yetərli deyildir. Cavabdeh N saylı hərbi hissədə hərbçi işləyir və onun aylıq əmək haqqı 1000 manatdan artıqdır. Lakin könüllü olaraq uşaqlarına əlavə maddi köməklik göstərməmişdir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, iddiaçı ilə xx.xx.2015-ci il tarixdə ailə qurmuş və onların birgə nikahlarından xx.xx.2015-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X5 adlı iki uşaqları vardır. O, hər ay uşaqların saxlanması üçün 200 manat aliment ödəyir. Onun aylıq əmək haqqı 680 manat təşkil edir. O, 1-ci evlilikdən olan uşağına da aliment ödəyir, məhkəmədən nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Goranboy Rayon Məhkəməsininxx.xx.2019-cu il tarixli 2(044)-68/2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış nikah pozulmuş, boşanmadan sonra xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X5 anası İddiaçı yanında qalması, Cavabdeh xx.xx.2018-ci il tarixdən başlayaraq 24.09. 2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. xx.xx.2016-cı il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx xxxxxx 2016-cı il tarixdə X5 anadan olmuşdur. xx.xx.2015-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx xxxxxxxx 2015-ci il tarixdə X6 anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin normalara istinadən məhkəmə irəli sürülən iddia tələbinin iki uşaq üçün alimentin miqdarının cavabdehin aylıq qazancının 1/3 hissədə müəyyən edilməsinə əsas verən halların, məsələn, cavabdehin işləməsinin, aylıq qazancının iddia tələbini ödəyəcək məbləğdə olmasını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmasını təsdiq edən sübutların iddiaçı tərəfindən təqdim edilməsini, həmçinin uşaqların minimum yaşayış tələbatının təmin olunmasının, eləcə də uşaqların saxlanması üçün vəsaitin ödənilmə qaydasına dair tərəflər arasında şifahi razılığın əldə edilmədiyinin zəruriliyini nəzərə alır və uşaqlar iddiaçının öhdəsində olduğundan məhkəmə uşaqların saxlanması üçün alimentin cavabdehin aylıq qazancının və digər gəlirlərinin 1/3 hissəsində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, yuxarıda qeyd olunan normalara istinadən məhkəmə irəli sürülən iddia tələbinin dəstəklənməsinə əsas verən halların, məsələn, cavabdehin aylıq qazancının və digər gəlirlərinin iddia tələbini ödəyəcək məbləğdə olmasını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmasını təsdiq edən sübutların iddiaçı tərəfindən təqdim edilməsini, həmçinin uşaqların minimum yaşayış tələbatının təmin olunmasının zəruriliyini nəzərə alır. Məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşaqların saxlanmasına kömək və uşağa qayğı göstərmək onun valideynlik borcudur. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının xeyrinə tutulacaq aliment xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq, Cavabdeh qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-3217/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3217/2020
12.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver