Məhkəmə qərarları › İş №2(044)-324/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-324/2021

16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-324/2021 16.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh Zamin iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı «kredit borcu və tələbin girov predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC cavabdehlər Cavabdeh və Zamin qarşı «kredit borcu və tələbin girov predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada əsas borc üzrə xx.xx.2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1677.32 manat, faiz borcu üzrə 0.0 manat, cərimə 0.0 manat, cəmi 1677.32 manat və ödənilmiş 30 manat dövlət rüsumunun BOKT «xxxx» MMC-nin xeyrinə tutulması, tutmanın xx.xx.2017-ci il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus 30 ABŞ dolları dəyərində çəkisi 1.9 qram olan 583 əyarı bir ədəd kulon və 50 ABŞ dolları dəyərində olan çəkisi 3.7 qram olan 583 əyarlı bir cüt sırğa qızıl-zinət əşyalarına yönəldilməsi və həmin əşyaların hərracda satılması, satışdan əldə olunmuş vəsaitin BOKT «xxxx» MMC-nin xeyrinə ödənilməsi, satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borcunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, BOKT «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 48 ay müddətinə 3294.03 manat məbləğində kredit verilmiş və BOKT «xxxx» MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT«xxxx» MMC-nə satılmışdır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, öhdəliyi vaxtında və lazımınca icra etməmişdir. Cavabdehlərlə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələni məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin danışıqlar heç bir fayda vermədiyindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Kredit müqaviləsindən irəli gələn öhdəliyin təmini kimi xx.xx.2017-ci il tarixli girov müqaviləsinə əsasən Cavabdeh məxsus 30 ABŞ dolları dəyərində çəkisi 1.9 qram olan 583 əyarı bir ədəd kulon və 50 ABŞ dolları dəyərində olan çəkisi 3.7 qram olan 583 əyarlı bir cüt sırğa qızıl-zinət əşyaları girov qoyulmuşdur. Hazırda cavabdehin banka 1677.32 manat məbləğində borcu yaranmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Zamin məhkəmə iclasında bildirdi ki, iddiaçı ilə arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən ona 48 ay müddətinə 3294.03 manat məbləğində kredit verilmiş, o, ilk aylar banka ödənişlər etmiş, lakin sonradan maddi imkanı olmadığından ödənişlər edə bilməmişdir. Məhkəmə tərəfindən ona müəyyən vaxt verilərsə o, banka olan borcunu hissə-hissə ödəyə bilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və Zamin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2017-ci il tarixli LD/17173/00007 saylı kredit müqaviləsinin surətindən görünür ki, BOKT «xxxx» MMC tərəfindən Cavabdeh 48 ay müddətinə 3294.03 manat məbləğində kredit verilmişdir. xx.xx.2017-ci il tarixli LD/17173/00007 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, BOKT «xxxx» MMC tərəfindən Cavabdeh verilmiş kreditin təmini kimi bank ilə cavabdeh Zamin arasında zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2017-ci il tarixli LD/17173/00007 saylı girov müqaviləsinin surətindən görünür ki, BOKT «xxxx» MMC ilə Cavabdeh arasında girov müqaviləsi bağlanmış və Cavabdeh məxsus 30 ABŞ dolları dəyərində çəkisi 1.9 qram olan 583 əyarı bir ədəd kulon və 50 ABŞ dolları dəyərində olan çəkisi 3.7 qram olan 583 əyarlı bir cüt sırğa qızıl-zinət əşyaları girov qoyulmuşdur. xx.xx.2014-cü il tarixli qızıl-zinət əşyalarının götürülməsi haqqında akt-dan görünür ki, Cavabdeh məxsus 30 ABŞ dolları dəyərində çəkisi 1.9 qram olan 583 əyarı bir ədəd kulon və 50 ABŞ dolları dəyərində olan çəkisi 3.7 qram olan 583 əyarlı bir cüt sırğa qızılzinət əşyaları 80 ABŞ dolları məbləğində qiymətləndirilərək götürülmüşdür. xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixə banka olan borcu 1677.32 manat məbləğindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə iddia tələbinin satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borcunun cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbinin həmin hissəsi hazırkı vaxtda deyil, «İcra Haqqında» Qanunun 45-ci maddəsinin tələbinə əsasən icra mərhələsində həll olunan məsələdir və cavabdehlərin öhdəliyi hazırkı vaxtda mövcud olan təminatla məhdudlaşmış hesab edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh və Zamin müştərək qaydada cəmi 1677.32 manat və ödənilmiş 30 manat dövlət rüsumunun BOKT «xxxx» MMC-nin xeyrinə tutulmalı, tutma öhdəliyin təmini kimi banka girov qoyulmuş Cavabdeh məxsus 30 ABŞ dolları dəyərində çəkisi 1.9 qram olan 583 əyarı bir ədəd kulon və 50 ABŞ dolları dəyərində olan çəkisi 3.7 qram olan 583 əyarlı bir cüt sırğa qızıl-zinət əşyalarına yönəldilməli və həmin əşyalar hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada cəmi 1677.32 (min altı yüz yetmiş yeddi manat otuz iki qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu BOKT «xxxx» MMC-nin xeyrinə tutulsun. Tutma öhdəliyin təmini kimi banka girov qoyulmuş Cavabdeh məxsus 30 ABŞ dolları dəyərində çəkisi 1.9 qram 583 əyarlı bir ədəd kulon və 50 ABŞ dolları dəyərində çəkisi 3.7 qram olan 583 əyarlı bir cüt sırğa olan qızıl-zinət əşyalarına yönəldilsin və həmin əşyalar hərracda satılsın. Cavabdeh məxsus 30 ABŞ dolları dəyərində çəkisi 1.9 qram 583 əyarı bir ədəd kulon və 50 ABŞ dolları dəyərində çəkisi 3.7 qram olan 583 əyarlı bir cüt sırğa olan qızılzinət əşyalarının satışından əldə olunmuş vəsait hesabına banka olan 1677.32 (min altı yüz yetmiş yeddi manat otuz iki qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu BOKT «xxxx» MMC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar