Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-327/2021 19.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, cavabdeh Cavabdeh iştirakı ilə İddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC cavabdehlər Cavabdeh və Zamin qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 3889.80 manat əsas borc, xx xxxxxxx 2019-cu il tarixə qədər hesablanmış faiz borcu üzrə 0.00 manat, cərimə üzrə 388.98 manat olmaqla, ümumilikdə 4278.78 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli LD ********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə xx.xx.2019-cu il tarixə qədər aylıq qalıq borcun 0 % dərəcəsini tətbiq etməklə 3939.80 manat məbləğində kredit verilmişdir. Cavabdeh bir müddət borcu ödəmiş, sonradan ödəmədiyi üçün müqavilənin şərtlərini pozmuş və kredit müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi borclu Zamin ilə xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Zamin kimi öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Odur ki, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 3889.80 manat əsas borc, xx xxxxxxx 2019-cu il tarixə qədər hesablanmış faiz borcu üzrə 0.00 manat, cərimə üzrə 388.98 manat, cəmi 4278.78 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və mülki iş materiallarında olan iddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin nümayəndəsi X1 məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, iddia tələbinin təmin edilməsini, eləcə də işə onun iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, həqiqətən xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən bank tərəfindən ona 0 faizlə 36 ay müddətinə 3939.80 manat kredit verilmişdir. O, bir müddət borcunu ödəmiş, sonradan imkanı olmadığı üçün borcunu ödəyə bilməmişdir. Hal-hazırda “xxxx” MMC-yə 3889.80 manat əsas borcu olduğunu etiraf edir. Digər cavabdeh Zamin məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli LD ********** saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 36 ay müddətinə xx.xx.2019-cu il tarixə qədər illik 0.00 faiz dərəcəsini tətbiq etməklə 3939.80 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2016-cı il tarixli LD ********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh 3889.80 manat əsas borc, xx xxxxxxx 2019-cu il tarixə qədər hesablanmış faiz borcu üzrə 0.00 manat, cərimə üzrə 388.98 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə onu da qeyd edir ki, hazırki mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq da götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərin hər ikisinə qarşı eyni zamanda hazırki iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun, faizlərin və cərimənin müştərək qaydada tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Nəhayət, məhkəmə hesab edir ki, zaminə Mülki Məcəllənin 475-ci maddəsində nəzərdə tutulmuş hüquqları izah edilməlidir. Həmin maddəyə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh və Zamin bankla bağladıqları kredit və zaminlik müqaviləsinin şərtlərini yerinə yetirmədiklərindən, borclu kimi Azərbaycan Respublikası MM-in 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 3889.80 manat əsas borc, faiz borcu üzrə 0.00 manat, cərimə üzrə 10 manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məğləbində pul iddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 3889.80 manat əsas borc, faiz borcu üzrə 0.00 manat, cərimə üzrə 10 manat, cəmi 3899.80 manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məğləbində pul tutularaq iddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-327/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-327/2021
19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver