Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3274/2021 24.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-ti Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış müqavilənin ləğv edilməsi və cavabdehdən əsas borc üzrə 4985.47 manat, faiz borcu üzrə 2.52 manat, cəmi 4987.99 manat və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 10.09.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 60 ay müddətinə 5049.25 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və nəticədə cəmi 4987.99 manat məbləğində borcu yaranmışdır. İddiaçının nümayəndəsi X1 tərəfindən məhkəməyə 23.11.2021-ci il tarixdə daxil olmuş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən görünür ki, Cavabdeh 10.09.2019cu il tarixli FR/21392/71/29 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə hal-hazırkı tarixə 4931.69 manat əsas, 0.98 manat faiz borcu vardır. Odur ki, Cavabdeh əsas borc üzrə 4931.69 manat, faiz borcu üzrə 0.98 manat və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı ASC məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. İddiaçının nümayəndəsi X1 tərəfindən 23.11.2021-ci il tarixdə daxil olmuş ərizədə, cavabdehlə aralarında heç bir razılıq əldə edilmədiyini bildirilmiş, iddianı müdafiə etdiklərini, mülki işə iştirakları olmadan işdə mövcud olan sübutlar əsasında baxaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddiaçı ilə arasında bağlanmış 10.09.2019cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən ona 60 ay müddətinə 5049.25 manat məbləğində kredit verilmişdir. O, ilk aylar banka ödənişlər etmiş, lakin sonradan maddi imkanı olmadığından ödənişlər edə bilməmişdir. Məhkəmə tərəfindən ona müəyyən vaxt verilərsə o, banka olan borcunu hissə-hissə ödəyə bilər. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 10.09.2019-cu il tarixli FR/21392/71/29 saylı güzəştli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC-ti tərəfindən Cavabdeh 5049.25 manat məbləğində kredit verilmişdir. 11.08.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh İddiaçı ASC-nə əsas borc üzrə 4985.47 manat, faiz borcu üzrə 2.52 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, İddiaçı ASC-ti ilə Cavabdeh arasında bağlanmış 10.09.2019-cu il tarixli FR/21392/71/29 saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh əsas borc üzrə 4931.69 manat, faiz borcu üzrə 0.98 manat və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC-ti ilə Cavabdeh arasında bağlanmış 10.09.2019-cu il tarixli FR/21392/71/29 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh əsas borc üzrə 4931.69 manat, faiz borcu üzrə 0.98 manat və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-3274/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3274/2021
24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver