Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-328/2021 02.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və borcun girov predmetinə yönəldilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 800805-72961/2 saylı kredit müqaviləsi üzrə 5.898.88 manat əsas borc, 507.08 manat faiz borcu olmaqla, cəmi 6.405.96 manat, 800895-772961/2 nömrəli kredit xətti müqaviləsi üzrə 601.34 manat əsas borc və 6.04 manat faiz borcu olmaqla, cəmi 607.38 manat, hər iki kredit borcu üzrə 6.500.22 manat məbləğində əsas borc, 513.12 manat faiz borcu olmaqla, ümumilikdə 7.013.34 manat və 30 manat məbləğində dövlət rüsumunun tutulmasını, tutmanın bank qarşısında öhdəliklərin icrasının təminatı kimi girov qoyulmuş və Cavabdeh məxsus 583 əyyarlı, 119.5 qram çəkidə 17 ədəd qızıl-zinət əşyalarına (3 ədəd boyunbağı, 4 ədəd qolbaq, 2ədəd kulon, 2 cüt sırğa, 5 ədəd üzük) və 750 əyyarlı, 45.3 qram çəkidə 4 ədəd qızıl-zinət əşyaları (2 dəst,2 ədəd üzüyə) yönəldilməsi, qızıl-zinət əşyalarının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək bildirmişdir ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli 800805-72961/2 saylı kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 28% dərəcəsi ilə 7,280.00 manat məbləğində kredit verilmiş və xx xxxxxxxx 2019-cu il tarixli 800895-772961/2 nömrəli kredit xətti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə illik 30% dərəcəsi ilə ilkin məbləği 10.00 manat təşkil edən kredit xətti açılmışdır. Eyni zamanda bank ilə cavabdeh arasında xx xxxxxxxx 2019-cu il tarixli 800805-772961/2 nömrəli kredit müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi xx xxxxxxxx 2019-cu il tarixli 800805-772961/2 nömrəli girov müqaviləsi bağlanmış və borc öhdəliyinin təminatı qismində Cavabdeh məxsus 583 əyyarlı, 119.5 qram çəkidə 17 ədəd qızıl-ziynət əşyaları-3 ədəd boyunbağı,4 ədəd qolbaq,4 ədəd dəst,2ədəd kulon, 2 cüt sırğa, 5 ədəd üzük və 750 əyyarlı 45.3 qram çəkidə 2 ədəd dəst,2 ədəd üzük bankın pul anbarına saxlanca verilmişdir. Bu günədək cavabdeh tərəfindən kredit müqaviləsinin şərtləri dəfələrlə yerinə yetirilməmiş və kredit üzrə faizlərin ödənilməsi müddətləri pozulmuşdur ki, bu da öz növbəsində qanunvericiliyə əsasən iddiaçıya girov müqaviləsinin şərtlərinə görə girova qoyulmuş əmlaka tutmanın yönəldilməsi hüququnu vermişdir. Odur ki, Cavabdeh 800805-72961/2 saylı kredit müqaviləsi üzrə 5.898.88 manat əsas borc, 507.08 manat faiz borcu olmaqla, cəmi 6.405.96 manat, 800895-772961/2 nömrəli kredit xətti müqaviləsi üzrə 601.34 manat əsas borc və 6.04 manat faiz borcu olmaqla, cəmi 607.38 manat, hər iki kredit borcu üzrə 6.500.22 manat məbləğində əsas borc, 513.12 manat faiz borcu olmaqla, ümumilikdə 7.013.34 manat və 30 manat məbləğində dövlət rüsumunun tutulmasını, tutmanın bank qarşısında öhdəliklərin icrasının təminatı kimi girov qoyulmuş və Cavabdeh məxsus 583 əyyarlı, 119.5 qram çəkidə 17 ədəd qızıl-zinət əşyalarına (3 ədəd boyunbağı, 4 ədəd qolbaq, 2ədəd kulon, 2 cüt sırğa, 5 ədəd üzük) və 750 əyyarlı, 45.3 qram çəkidə 4 ədəd qızıl-zinət əşyaları (2 dəst,2 ədəd üzüyə) yönəldilməsi, qızıl-zinət əşyalarının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək həqiqətən bankdan kredit götürmüş və girov kimi 119.5 qram çəkidə 21 ədəd qızıl-zinət şeylərini girov qoymuş, bankın pulunu əvvəllər ödəmiş, lakin sonralar ödəməyə imkanı olmamışdır. İddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Beləki, mülki iş materiallarında olan: - İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli 800805-72961/2 saylı kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 28% dərəcəsi ilə 7,280.00 manat məbləğində kredit verilmişdir. - İddiaçı ASC tərəfindən xx xxxxxxxx 2019-cu il tarixli 800895-772961/2 nömrəli kredit xətti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə illik 30% dərəcəsi ilə ilkin məbləği 10.00 manat təşkil edən kredit xətti açılmışdır. - Bank ilə borclu arasında xx xxxxxxxx 2019-cu il tarixli 800805-772961/2 nömrəli kredit müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi xx xxxxxxxx 2019-cu il tarixli 800805-772961/2 nömrəli girov müqaviləsi bağlanmışdır. -xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli 800805-72961/2 saylı kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 28% dərəcəsi ilə 7280 manat məbləğində kredit verilmişdir. - xx.xx.2020-ci il tarixə borcalanın banka 5,898.88 manat əsas borc və 507.08 manat faiz borcu olmaqla,cəmi 6,405.96 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 122 gün təşkil edir. -xx xxxxxxxx 2019-cu il tarixli 800895-772961/2 nömrəli kredit xətti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə illik 30% dərəcəsi ilə ilkin məbləği 10.00 manat təşkil edən kredit xətti açılmışdır. - xx.xx.2020-ci il tarixə borcalanın banka 601.34 manat əsas borc və 6.04 manat faiz borcu olmaqla,cəmi 607.38 manat borcu mövcuddur. - xx.xx.2020-ci il tarixli “xxxx” ASC tərəfindən göndərilmiş məktubla borclu Cavabdeh banka olan borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298-ci maddəsinə əsasən: -298.1. Girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. -298.2. Əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 800805-72961/2 saylı kredit müqaviləsi üzrə 5.898.88 manat əsas borc, 507.08 manat faiz borcu olmaqla, cəmi 6.405.96 manat, 800895-772961/2 nömrəli kredit xətti müqaviləsi üzrə 601.34 manat əsas borc və 6.04 manat faiz borcu olmaqla, cəmi 607.38 manat, hər iki kredit borcu üzrə 6.500.22 manat məbləğində əsas borc, 513.12 manat faiz borcu olmaqla, ümumilikdə 7.013.34 manat və 30 manat məbləğində dövlət rüsumu tutulmalı, tutma girov qoyulmuş və Cavabdeh məxsus 583 əyyarlı, 119.5 qram çəkidə 17 ədəd qızıl-zinət əşyalarına (3 ədəd boyunbağı, 4 ədəd qolbaq, 2ədəd kulon, 2 cüt sırğa, 5 ədəd üzük) və 750 əyyarlı, 45.3 qram çəkidə 4 ədəd qızıl-zinət əşyaları (2 dəst,2 ədəd üzüyə) yönəldilməli, qızıl-zinət əşyalarının hərracda satılmalı və satışdan əldə olunacaq vəsait hesabına borc ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 800805-72961/2 saylı kredit müqaviləsi üzrə 5.898.88 manat əsas borc, 507.08 manat faiz borcu olmaqla, cəmi 6,405.96 manat, 800895-772961/2 nömrəli kredit xətti müqaviləsi üzrə 601.34 manat əsas borc və 6.04 manat faiz borcu olmaqla, cəmi 607.38 manat, hər iki kredit borcu üzrə 6,500.22 manat məbləğində əsas borc, 513.12 manat faiz borcu olmaqla, ümumilikdə 7,013.34 manat tutulsun. Tutma girov qoyulmuş və Cavabdeh məxsus 583 əyyarlı, 119.5 qram çəkidə 17 ədəd qızıl-zinət əşyalarına (3 ədəd boyunbağı, 4 ədəd qolbaq, 2 ədəd kulon, 2 cüt sırğa, 5 ədəd üzük) və 750 əyyarlı, 45.3 qram çəkidə 4 ədəd qızıl-zinət əşyalarına (2 dəst, 2 ədəd üzüyə) yönəldilsin. Həmin əmlak açıq hərracdan satılsın və hərrac satışından əldə olunan vəsait hesabına Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu ödənilsin. İddiaçının məhkəməyə iddia ərizəsi verərkən ödədiyi 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-328/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-328/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver