Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-329/2021 03.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli 800804-582487/1 saylı kredit müqaviləsi üzrə 4.759.54 manat əsas borc, 522.95 manat faiz borcu olmaqla, cəmi 5.282.49 manat və 30 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianın həcminin artırılmasına dair ərizə təqdim edərək bildirmişdir ki, “xxxx” ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli 800804-582487/1 saylı kredit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 27% dərəcəsi ilə 5.050.00 manat məbləğində kredit verilmişdir. Bu günədək cavabdeh tərəfindən kredit müqaviləsinin şərtləri dəfələrlə yerinə yetirilməmiş və kredit üzrə faizlərin ödənilməsi müddətləri pozulmuşdur. Odur ki, Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli 800804-582487/1 saylı kredit müqaviləsi üzrə 4.759.54 manat əsas borc, 1.134.99 manat faiz borcu olmaqla, cəmi 5.894.53 manat və 30 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək bildirmişdir ki, həqiqətən bankdan 48 ay müddətinə 5.050.00 manat kredit götürmüş, bankın pulunu əvvəllər ödəmiş, lakin sonralar ödəməyə imkanı olmamışdır. Hazırda iddianı qəbul edir və təmin edilməsinə etiraz etmir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Beləki, mülki iş materiallarında olan: - “xxxx” ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli 800804-582487/1 saylı kredit müqaviləsindən görünür ki, borcluya 48 ay müddətinə, illik 27% dərəcəsi ilə 5.050.00 manat məbləğində kredit verilmişdir. -xx.xx.2021-ci ilı tarixli maliyyə arayışından görünür ki, əsasən “xxxx” ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli 800804-582487/1 saylı kredit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 27% dərəcəsi ilə 5050 manat məbləğində kredit verilmiş və xx.xx.2021-ci il tarixə borcalanın Banka 4,759.54 manat əsas borc, 1,134.99 manat faiz borcu olmaqla, cəmi 5,894.53 manat borcu mövcuddur. - xx.xx.2020-ci il tarixli “xxxx” ASC tərəfindən göndərilmiş məktubla borclu Cavabdeh banka olan borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən “xxxx” ASC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli 800804-582487/1 saylı kredit müqaviləsinə əsasən 4,759.54 manat əsas borc və 1,134.99 manat faiz borcu olmaqla, cəmi 5,894.53 manat borc tutularaq İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh kredit borcu üzrə 4,759.54 manat əsas borc, 1,134.99 manat faiz borcu olmaqla, cəmi 5,894.53 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-329/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-329/2021
03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver