Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-330/2021 19.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-ti Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli, 800804-777625/2 saylı kredit müqaviləsi üzrə əsas borc 2160.98 manat, faiz borcu 257.86 manat, cəmi 2418.84 manat və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə 2200 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş və kredit müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməmiş, nəticədə 2418.84 manat məbləğində borcu yaranmışdır. İddiaçının nümayəndəsi X2 məhkəməyə iddia həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında imzalanmış xx.xx.2020-ci il tarixli 800804-777625/2 saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh əsas borc üzrə 2160.98 manat, faiz borcu üzrə 562.78 manat, cəmi 2723.76 manat və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixli 800804-777625/2 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC-ti tərəfindən Cavabdeh 36 ay müddətinə 2200 manat məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixinə banka olan borcu əsas borc üzrə 2160.98 manat, faiz borcu üzrə 562.78 manat, cəmi 2723.76 (iki min yeddi yüz iyirmi üç manat yetmiş altı qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında imzalanmış xx.xx.2020-ci il tarixli 800804-777625/2 saylı kredit müqaviləsinə xitam verilməli, Cavabdeh əsas borc üzrə 2160.98 manat, faiz borcu üzrə 562.78 manat, cəmi 2723.76 (iki min yeddi yüz iyirmi üç manat yetmiş altı qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 800804-777625/2 saylı kredit müqaviləsinə xitam verilsin. Cavabdeh əsas borc üzrə 2160.98 manat, faiz borcu üzrə 562.78 manat, cəmi 2723.76 (iki min yeddi yüz iyirmi üç manat yetmiş altı qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC -nin xeyrinə tutulsun. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-330/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-330/2021
19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver