Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-331/2021 03.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcu və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcu və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 əsas borc üzrə 8124.68 manat, faiz borcu üzrə 51.07 manat, cərimə 280.49 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Pleniumunun qərarına əsasən hesablanan faiz borcu üzrə 1415.05 manat, cəmi 9871.29 manat, 31 manat dövlət rüsumunun, 31 manat Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ödənilmiş rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması, tutmanın ipoteka predmeti Cavabdeh2 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Gəncəvi küçəsi, 3-cü döngə, ev 7 və 0.0182 ha birgə torpaq sahəsinə yönəldilərək hərrac yolu ilə satılması, ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, Gəncəvi küçəsi, 3-cü döngə, ev 7 satıldıqdan və mülkiyyətçi dəyişdikdən sonra əmlakın bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında 07.08.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliklərin təmini kimi bank ilə Cavabdeh2 arasında ipoteka müqaviləsi bağlanmış və Cavabdeh2 məxsusGəncə şəhəri, Nizami rayonu, Gəncəvi küçəsi, 3-cü döngə, ev 7 və 0.0182 ha birgə torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir, əmlakın iddiaçının xeyrinə yüklü edilməsi barədə iddiaçının adına çıxarış verilmişdir. Lakin cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca icra etməmiş və nəticədə cavabdehin banka cəmi 9871.29 manat məbləğində borcu yaranmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarından müəyyən olunur ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibi təhlil edilərkən, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondu hüquqi şəxs, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Tələb subyektiv tərkibinə görə ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalıdır, bu səbəbdən də mülki iş Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından məlum olur ki, Cavabdeh1 ********** (VÖEN) sayla və Cavabdeh2 ********** (VÖEN) sayla 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən vergi ödəyicisi kimi uçota alınmışlar, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondu isə hüquqi şəxsdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə inzibati və kommersiya məhkəmələrinin təşkil edilməsi qərara alınmışdır. 01 yanvar 2020-ci il tarixdən həmin Sərəncamın 2.3-cü maddəsinə əsasən Gəncə şəhərində Gəncə Kommersiya Məhkəməsi yaradılmışdır. Azərbaycan Respublikası MPM-də edilmiş 09 iyul 2019-cu il tarixli dəyişikliklərlə müəyyən edilmişdir ki, həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinin tələbinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə hesab edir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26, 32, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcu və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair 2(044)-331/2021 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə 10 gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-331/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-331/2021
03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver