Məhkəmə qərarları › İş №2(044)-3407/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3407/2021

24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3407/2021 24.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış 015A********** saylı və 015A********** saylı kredit müqavilələrinin ləğv edilməsi, Cavabdeh 015A********** saylı müqaviləsi üzrə əsas borc 119.07 manat, faiz borcu 0.75 manat, cərimə 29.16 manat, 015A********** saylı kredit müqaviləsi üzrə əsas borc 207.17 manat, faiz borcu üzrə 1.14 manat, cərimə 36.88 manat, cəmi 394.17 manat və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 22.08.2019-cu il tarixdə bağlanmış 015A********** saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə 129.43 manat məbləğində kredit verilmiş və həmin kredit müqaviləsi üzrə 119.07 manat məbləğində kredit borcu qalmışdır. İddiaçı ilə cavabdeh arasında 22.08.2019-cu ul tarixdə bağlanmış 015A********** saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə 231.24 manat məbləğində kredit verilmiş və həmin kredit müqaviləsi üzrə 207.17 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca yerinə yertirməmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, banka olan borcu ödənməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 22.08.2019-cu il tarixli 015A********** saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh 60 ay müddətinə 129.43 manat məbləğində kredit verilmişdir. 22.08.2019-cu il tarixli 015A********** saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh 60 ay müddətinə 231.24 manat məbləğində kredit verilmişdir. 24.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 24.08.2021-ci il tarixinə 015A********** saylı kredit müqaviləsi üzrə əsas borc 119.07 manat, faiz borcu 0.75 manat, cərimə 29.16 manat, cəmi 148.98 manat məbləğində borcu vardır. 24.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 24.08.2021-ci il tarixinə015A********** saylı kredit müqaviləsi üzrə əsas borc 207.17 manat, faiz borcu üzrə 1.14 manat, cərimə 36.88 manat, cəmi 245.19 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı QSC arasında 22.08.2019-cu il tarixdə bağlanmış 015A********** saylı və 015A********** saylı kredit müqavilələri ləğv edilməli, Cavabdeh 015A********** saylı müqaviləsinə əsasən əsas borc üzrə 119.07 manat, faiz borcu üzrə 0.75 manat, cərimə 29.16 manat, 015A********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 207.17 manat, faiz borcu üzrə 1.14 manat, cərimə 36.88 manat, cəmi 394.17 manat və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Cavabdeh ilə İddiaçı QSC arasında 22.08.2019-cu il tarixdə bağlanmış 015A********** saylı və 015A********** saylı kredit müqavilələri ləğv edilsin. Cavabdeh 015A********** saylı müqaviləsinə əsasən əsas borc üzrə 119.07 manat, faiz borcu üzrə 0.75 manat, cərimə 29.16 manat, 015A********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 207.17 manat, faiz borcu üzrə 1.14 manat, cərimə 36.88 manat, cəmi 394.17 manat və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar