Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3408/2021 02.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin məhkəmə iclas katibi Əliyev Nicat Şirzad oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, 20.03.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********94216 olan Xiaomi Mi A2 Lite markalı telefon, Power Bank mi üçün 70 (yetmiş) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat dəbbə, 12.04.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********81970 olan Xiaomi Mi A2 Lite markalı telefon, Headset Ergo markalı qulaqlıq, X5 X4 6A markalı aksessuar üçün 336 (üç yüz otuz altı) manat ödənilməmiş hissə, 100 (yüz) manat dəbbə, 23.07.2019-cu il tarixli müqaviləyə əsasən, soyuducu Samsung üçün 2744 (iki min yeddi yüz qırx dörd) manat ödənilməmiş hissə, 816 (səkkiz yüz on altı) manat dəbbə, 28.07.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********23096 olan Samsung Galaxy A30 markalı telefon üçün 528 (beş yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 158 (yüz əlli səkkiz) manat dəbbə, 31.07.2019-cu il tarixli müqaviləyə əsasən, paltaryuyan Samsung üçün 1785 (min yeddi yüz səksən beş) manat ödənilməmiş hissə, 535 (beş yüz otuz beş) manat dəbbə pulu, ümumilikdə 7093 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 20.03.2019-cu il, 12.04.2019-cu il, 23.07.2019-cu il, 28.07.2019-cu il və 31.07.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********94216 olan Xiaomi Mi A2 Lite markalı telefon, Power Bank mi, İMEİ kodu **********81970 olan Xiaomi Mi A2 Lite markalı telefon, Headset Ergo markalı qulaqlıq, X5 X4 6A markalı aksessuar, soyuducu Samsung, İMEİ kodu **********23096 olan Samsung Galaxy A30 markalı telefon, paltaryuyan Samsung almış və nəticədə 7093 (yeddi min doxsan üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 20.03.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 428 (dörd yüz iyirmi səkkiz) manat (6 ay x 71 manat + 2 manat ilkin ödəniş) İMEİ kodu **********94216 olan Xiaomi Mi A2 Lite markalı telefon, Power Bank mi üçün ümumilikdə, 91 (doxsan bir) manat olmaqla ondan, 70 (yetmiş) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat dəbbə, 12.04.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 576 (beş yüz yetmiş altı) manat (12 ay x 48 manat +0 manat ilkin ödəniş) İMEİ kodu **********81970 olan Xiaomi Mi A2 Lite markalı telefon, Headset Ergo markalı qulaqlıq, X5 X4 6A markalı aksessuar üçün ümumilikdə, 436 (dörd yüz otuz altı) manat olmaqla ondan, 336 (üç yüz otuz altı) manat ödənilməmiş hissə, 100 (yüz) manat dəbbə, 23.07.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3072 (üç min yetmiş iki) manat (18 ay x 170 manat +12 manat ilkin ödəniş) soyuducu Samsung üçün ümumilikdə, 3560 (üç min beş yüz altmış) manat olmaqla ondan, 2744 (iki min yeddi yüz qırx dörd) manat ödənilməmiş hissə, 816 (səkkiz yüz on altı) manat dəbbə, 28.07.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 635 (altı yüz otuz beş) manat (18 ay x 33 manat + 41 manat ilkin ödəniş) İMEİ kodu **********23096 olan Samsung Galaxy A30 markalı telefon üçün ümumilikdə, 686 (altı yüz səksən altı) manat olmaqla ondan, 528 (beş yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 158 (yüz əlli səkkiz) manat dəbbə, 31.07.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1899 (min səkkiz yüz doxsan doqquz) manat (18 ay x 105 manat + 9 manat ilkin ödəniş) paltaryuyan Samsung üçün ümumilikdə, 2320 (iki min üç yüz iyirmi) manat olmaqla ondan, 1785 (min yeddi yüz səksən beş) manat ödənilməmiş hissə, 535 (beş yüz otuz beş) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1147 manat təşkil edir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada (həmçinin SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildiriş ilə) xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan telefonaqramdan görünür ki, Cavabdeh ilə mobil telefon vasitəsilə əlaqə saxlanılmış və o, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadığına görə məhkəmə iclasına gələ bilməyəcəyini, iddia tələbini qismən qəbul edərək iddiaçıya olan borcunu ödəyəcəyini bildirmiş və məhkəmədən hesablanmış cərimənin miqdarının azaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 20.03.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh 2 manat ilkin ödəniş etməklə "xxxx" MMC-dən dəyəri 428 manat olan İMEİ kodu **********94216 olan Xiaomi Mi A2 Lite markalı telefon, Power Bank mi almış və 6 ay müddətinə, aylıq 71 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 12.04.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ilkin ödəniş etmədən "xxxx" MMC-dən dəyəri 576 manat olan İMEİ kodu **********81970 olan Xiaomi Mi A2 Lite markalı telefon, Headset Ergo markalı qulaqlıq, X5 X4 6A markalı aksessuar almış və 12 ay müddətinə, aylıq 48 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 23.07.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh 12 manat ilkin ödəniş etməklə "xxxx" MMC-dən dəyəri 3072 manat soyuducu Samsung almış və 18 ay müddətinə, aylıq 170 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 28.07.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh 41 manat ilkin ödəniş etməklə "xxxx" MMC-dən dəyəri 635 manat olan Samsung Galaxy A30 markalı telefon almış və 18 ay müddətinə, aylıq 33 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 31.07.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh 9 manat ilkin ödəniş etməklə "xxxx" MMC-dən dəyəri 1899 manat olan paltaryuyan Samsung almış və 18 ay müddətinə, aylıq 105 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 25 avqust 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 20.03.2019-cu il, 12.04.2019-cu il, 23.07.2019-cu il, 28.07.2019-cu il və 31.07.2019-cu il tarixli müqavilələrə əsasən 5463 manat əsas borc, 1630 manat dəbbə pulu olmaqla, cəmi 7093 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış 10.11.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə)567ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 20.03.2019-cu il, 12.04.2019-cu il, 23.07.2019-cu il, 28.07.2019-cu il və 31.07.2019-cu il tarixli müqavilələrin əlavə ödəniş cədvəlinə əsasən "xxxx" MMC-nin ödəniş cədvəli üzrə göstərilən ödəniş şərtləri "Alıcı" tərəfindən yerinə yetirilmədikdə "xxxx" MMC müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz olaraq yerinə yetirməlidir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış 20.03.2019-cu il, 12.04.2019-cu il, 23.07.2019-cu il, 28.07.2019-cu il və 31.07.2019-cu il tarixli müqavilələrə əsasən İMEİ kodu **********94216 olan Xiaomi Mi A2 Lite markalı telefon, Power Bank mi, İMEİ kodu **********81970 olan Xiaomi Mi A2 Lite markalı telefon, Headset Ergo markalı qulaqlıq, X5 X4 6A markalı aksessuar, soyuducu Samsung, İMEİ kodu **********23096 olan Samsung Galaxy A30 markalı telefon, paltaryuyan Samsung almış, lakin alqı-satqı müqavilələri üzrə götürdüyü öhdəlikləri icra etməmiş, müqavilə üzrə ödənişləri nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuşdur. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun “8.1.2-ci maddəsinə əsasən iddia tələbi 500 manatdan çox olduqda iddia ərizələrinə ödənilən rüsumun məbləği 30 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət edərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehə aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 20.03.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********94216 olan Xiaomi Mi A2 Lite markalı telefon, Power Bank mi üçün 70 (yetmiş) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə, 12.04.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********81970 olan Xiaomi Mi A2 Lite markalı telefon, Headset Ergo markalı qulaqlıq, X5 X4 6A markalı aksessuar üçün 336 (üç yüz otuz altı) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə, 23.07.2019-cu il tarixli müqaviləyə əsasən, soyuducu Samsung üçün 2744 (iki min yeddi yüz qırx dörd) manat ödənilməmiş hissə, 80(səksən) manat dəbbə, 28.07.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********23096 olan Samsung Galaxy A30 markalı telefon üçün 528 (beş yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə, 31.07.2019-cu il tarixli müqaviləyə əsasən, paltaryuyan Samsung üçün 1785 (min yeddi yüz səksən beş) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, ümumilikdə 5628 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 20.03.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********94216 olan Xiaomi Mi A2 Lite markalı telefon, Power Bank mi üçün 70 (yetmiş) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə, 12.04.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********81970 olan Xiaomi Mi A2 Lite markalı telefon, Headset Ergo markalı qulaqlıq, X5 X4 6A markalı aksessuar üçün 336 (üç yüz otuz altı) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə, 23.07.2019-cu il tarixli müqaviləyə əsasən, soyuducu Samsung üçün 2744 (iki min yeddi yüz qırx dörd) manat ödənilməmiş hissə, 80(səksən) manat dəbbə, 28.07.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********23096 olan Samsung Galaxy A30 markalı telefon üçün 528 (beş yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə, 31.07.2019-cu il tarixli müqaviləyə əsasən, paltaryuyan Samsung üçün 1785 (min yeddi yüz səksən beş) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, ümumilikdə 5628 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rasim Kazımov
Məhkəmə qərarları › İş №2(044)-3408/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3408/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver