Məhkəmə qərarları › İş №2(044)-3409/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3409/2020

10.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3409/2020 10.12.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkil X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay 170 manat məbləğində aliment və oğlunun təhsil xərcləri ilə bağlı 100 manat olmaqla cəmi 270 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ilə nikahları ləğv olunmuş və Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2015-ci il tarixli qətnaməsi ilə azyaşlı uşağı X1 üçün Cavabdeh 100 manat aliment tutulması qət edilmişdir. X11 Azərbaycan Dövlət X2 mallarının ekspertizası və marketinqi ixtisası üzrə əyani təhsil formasının ödənişli əsaslarla 2-ci kurs tələbəsidir. Azyaşlı uşağını 100 manata saxlamaqda və onun illik təhsil haqqını ödəməkdə çətinlik çəkir. Cavabdeh işləyir və son aliment təyin olunması barədə məhkəmə qətnaməsi çıxarılandan sonrakı 5 il ərzində əmək haqqı əhəmiyyətli dərəcədə artmışdır. Ona görə də məhkəməyə aliment məbləğinin artırılması və oğlunun ali təhsil aldığı müddətdə cavabdehdən təhsil xərclərinin tutulması tələbi ilə iddia qaldırmaq məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi, vəkil Həsənov Ramil Zahid oğlu məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(044)- 2389/2016 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx xxxxx 2016-cı il tarixdən başlayaraq xx xxxx 2003-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. xx xxx 2003-cü il tarixdə Gəncə şəhəri Nizami rayonu VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 birgə nikahlarından xx xxxx 2003-cü il tarixdə X6 anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Məhkəmə iddia tələbinin iddiaçının X11un 100 manat məbləğində təhsil xərcləri ilə bağlı hissəsinə qiymət verərək, hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(044)-2389/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx xxxx 2003-cü il tarixdə anadan olmuş X9 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Buna görə də cavabdehdən 1 (bir) il müddətində tutulacaq alimentin miqdarı 1560 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 30 (otuz) manat dövlət rüsumu xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(044)-2389/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx xxxx 2003-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət mədaxilinə keçirilsin. Artırılmış alimentin tutulmasına Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxx 2020-ci il tarixli 2(044)-3409/2020 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar