Məhkəmə qərarları › İş №2(044)-3410/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3410/2020

30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3410/2020 30.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1242 manat məbləğində pulun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, o, qadın geyim paltarları alıb satmaqla məşğul olur. Cavabdeh tez-tez gəlib ondan nisyə qadın geyimləri götürüb aparıb və sonradan gətirib pulunu verirmiş. O, cavabdehə inandığı üçün həmişə ona nisyə mal vermişdir. Cavabdeh əvvəl vaxtlı vaxtında pulu gətirib versə də sonradan gecikdirmiş və beləliklə onun 3142 manat borcu yaranmışdır. O, cavabdehə birdə nisyə mal verməyəcəyini, nə vaxt bütün pulunu ödəsə ondan sonra ona mal verəcəyini demişdir. Cavabdeh hissə-hissə borcundan cəmi 1900 manat pulu ona vermiş və 1242 manat borcu qalmışdır. O, bir müddət gözlədikdən sonra cavabdehin borcunu ödəmədiyini görüb 1242 manat pulunu cavabdehdən tələb etmişdir. Cavabdeh hər dəfə bir bəhanə gətirərək borcunu könüllü olaraq ödəmədiyindən o bu barədə Gəncə şəhər Kəpəz rayon Polis idarəsinə ərizə ilə müraciət etmişdir.Cavavdeh orada özüdə izahat verərək borcunu etiraf etmişdir. Gəncə şəhər Kəpəz rayon polis idarəsinin ona ünvanladığı 21.09.202-ci il tarixli məktubda tələbin mülkü xarakterli olduğundan aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Ona görə də o məcbur olub məhkəməyə müraciət etmişdir. Sonda iddiaçı iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı etiraf edərək bildirdi ki, onun İddiaçı nisyə aldığı mallara görə 1242 manat borcu vardır. Sonda cavabdeh iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edərək, bu barədə ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarında olan: - Kəpəz ƏSMN-nin verdiyi 08.6-cı ay 2002-ci il tarixli 228193 saylı vəsiqədən görünür ki, X2 2-ci qrup əlildir. - Kəpəz Rayon Polis İdarəsində Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, o, İddiaçı ilə 2016-cı ildən tanış olduğunu və həmişə ondan nisyə mal aldını və pulunu vaxtı-vaxtıda ödədiyini bildirmişdir. Sonradan onun qardaşı rəhmətə getmiş, onun başı qarımış və onun borcu yiğilmişdir. O, əlil ərinin pensiya kartını Svetlanaya vermiş, Svetlana hər ay ordan pul çıxarmışdır. Təxminən 6-7 ay sonra həmin kart ləğv olunmuşdur. Onun Svetlana 1242 manat borcu qalmışdır. O, Svetlanaya olan borcunu işləyib hissə-hissə ödəyəcəkdir. - Azərbayacan Respublikasının Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, toplanmış materiallar cinayət xarakterli olmadığından işə tikilmiş, tələb mülkü xarakterli olduğundan aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Lakin yuxarıda göstərilən hallardan və şərh olunan hüquq normalarının məzmunundan da görünür ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalı və iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 537-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. - 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Məhkəmə cavabdehin etirafını nəzərər alaraq, işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, aralarında olan şifahi nisyə alqısatqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan nisyə aldığı malların dəyərini hissə-hissə iddiaçıya qaytarmağı öhdəsinə götürsə də, öhdəliyini tam icra etməmişdir. Buna görə də iddiaçının cavabdehdən həmin malların ödənilməsini tələb etmək hüququ vardır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 1242 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1242 (min iki yüz qırx iki) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar