Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-343/2021 25.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, LG markalı LED televizor, SONY musiqi mərkəzi üçün 2326 manat ödənilməmiş hissə, 329 manat dəbbə pulu, cəmi 2655 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********38856 samsung Galaxy A50 markalı telefon üçün 583 manat ödənilməmiş hissə, 127 manat dəbbə pulu, cəmi 710 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********79333 Samsunq Galaxy A50 markalı telefon üçün 559.2 manat ödənilməmiş hissə, 112.8 manat dəbbə pulu, cəmi 672 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, LG markalı soyuducu üçün 2227 manat ödənilməmiş hissə, 275 manat dəbbə pulu, cəmi 2502 manat, Ümumilikdə 6539 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq «xxxx» MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli müqavilələrinəə əsasən, LG markalı LED televizor, SONY musiqi mərkəzi, İMEİ kodu **********38856 Samsung Galaxy A50 markalı telefon, İMEİ kodu **********79333 Samsunq Galaxy A50 markalı telefon və LG markalı soyuducu almış və nəticədə 6539 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilələr üzrə üzərinə göptürdüyü öhdəlikləri vaxtında və lazımınca yerinə yetirməmiş və banka olan borcunu tam ödəməmişdir. Cavabdehin ödədiyi məbləğ cəmi 769.4 manat təşkil edir. Cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilənin şərtlərini pozmuşdur. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, iddiaçı ilə aralarında bağlanmış müqavilələrə əsasən LG markalı LED televizor, SONY musiqi mərkəzi, İMEİ kodu **********38856 Samsung Galaxy A50 markalı telefon, İMEİ kodu **********79333 Samsunq Galaxy A50 markalı telefon və LG markalı soyuducu almış, ilk vaxtlar ödənişlər etmiş, lakin sonradan maddi imkanı olmadığından ödənişlər edə bilməmişdir. Məhkəmə tərəfindən ona müəyyən vaxt verilərsə o, iddiaçıya olan borcunu hissə-hissə ödəyə bilər. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli 01140285 saylı müqavilənin surətindən görünür ki, «xxxx» MMC tərəfindən Cavabdeh İMEİ kodu **********79333-**********79331 Samsunq Galaxy A50 markalı telefon satılmışdır. xx.xx.2019-cu il tarixli 01062312 saylı müqavilənin surətindən görünür ki, «xxxx» MMC tərəfindən Cavabdeh LG markalı LED televizor, SONY musiqi mərkəzi satılmışdır. xx.xx.2020-ci il tarixli 20018240 saylı müqavilənin surətindən görünür ki, «xxxx» MMC tərəfindən Cavabdeh LG markalı soyuducu satılmışdır. xx.xx.2019-cu il tarixli 01103500 saylı müqavilənin surətindən görünür ki, «xxxx» MMC tərəfindən Cavabdeh İMEİ kodu **********38856-**********38854 samsung Galaxy A50 markalı telefon satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəlləıninn 463.2-ci maddəsinə əsasən yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilələrdə cərimə (dəbbə) ilə bağlı heç bir razılaşma yoxdur. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, LG markalı LED televizor, SONY musiqi mərkəzi üçün 2326 manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********38856 samsung Galaxy A50 markalı telefon üçün 583 manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********79333 Samsunq Galaxy A50 markalı telefon üçün 559.2 manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, LG markalı soyuducu üçün 2227 manat ödənilməmiş hissə, cəmi 5695.2 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq «xxxx» MMC-nə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, LG markalı LED televizor, SONY musiqi mərkəzi üçün 2326 manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********38856 samsung Galaxy A50 markalı telefon üçün 583 manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********79333 Samsunq Galaxy A50 markalı telefon üçün 559.2 manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, LG markalı soyuducu üçün 2227 manat ödənilməmiş hissə, cəmi 5695.2 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq «xxxx» MMC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-343/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-343/2021
25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver