Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-3457/2020 16.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu X1 Cəmiyyətinin (ASC) Cavabdeh qarşı pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli GNLMB-8265 saylı kredit müqaviləsi üzrə kreditə görə 6484.75 manat əsas, faiz borcuna görə 407.68 manat borcun cəmi məbləğ 6892.43 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi, sep-braslet dəst-1 ədəd, şəkisi 51.5 qram, əyarı 583, sep 1 ədəd çəkisi-28.8 qram, əyarı 585, sırğa-üzük dəst 1 ədəd çəkisi 13 qram, əyarı 583, üzük 3 ədad çəkisi 19.3 qram, 583 əyarlı, üzük 4 ədəd çəkisi 16.7 qram, 583 əyarlı, sırğa 2 ədəd çəkisi 4 qram, 583 əyarlı, klon 1 ədəd çəkisi 5,5 qram, 583 əyarlı, sepyolka 1 ədəd çəkisi 38.6 qram, 583 əyarlı, saat çayka 1 ədəd şəkisi 17.9 qram, 583 əyarlı, sırğa üzük dəst 1 ədəd çəkisi 18.7 qram, 750 əyarlı cəmi 214.1 qram bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2019-cu il tarixli GNLMB-8265 saylı kredit müqaviləsi üzrə kreditə görə cəmi 6892.43 manat pul və dövlət rüsmu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2019-cu il tarixli GNLMB-8265 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, cavab Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi xx.xx.2020-ci il tarixli ərizə ilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə bank arasında ödənişlərlə bağlı razılıq əldə olunduğu üçün iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hesab edirəm ki, iddiaçının iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin qaytarılmasına dair ərizəsi məhkəməyə daxil olduğundan, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququna malik olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb QƏRARA ALDİM: X1 Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-3457/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-3457/2020
16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver