Məhkəmə qərarları › İş №2(044)-3503/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3503/2021

27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3503/2021 27.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Quliyeva Gülnar Rəhman qızının katibliyi, İddiaçının nümayəndəsi, vəkil X2, Cavabdeh2 Əzət oğlunun və onun nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əzət oğluna qarşı «pul» tələbinə dair iddiası, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Əzət oğlunun cavabdeh İddiaçı qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əzət oğluna qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əzət oğlundan müştərək qaydada 86000 (səksən altı min) ABŞ dollar və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Əzət oğlunun cavabdeh İddiaçı qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin verdiyi öhdəliyi icra etmədiyinə görə ona dəymiş zərər olaraq 2900 (iki min doqquz yüz) manat pulun cavabdeh İddiaçı alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasına təxminən 20 il öncə “Real Pharma” firmasına müdir olaraq gəlmişdir. Həmin firma Azərbaycan Respublikası ilə Türkiyə Respublikasının ortaq iş birliyi əsasında təsis olunmuş, həmin firma Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərində yerləşmiş və o, oraya müdir təyin olduğu müddətdən təxminən 5 il əvvələ təsis olunmuşdu. O, həmin vaxta qədər Türkiyə Respublikasında yerləşən eyni firmada müdir işləmiş, Türkiyə Respublikasinda işlədiyi dövrdə rəhbərlik tərəfindən qabiliyyətli olduğuna görə həmin firmanın Azərbaycan Respublikasında yerləşən filialına Satış və Tanıtım müdiri kimi işləmək təklif olunmuşdur. O, öncələr həmin təklifi qəbul etmək istəməmiş, lakin sonradan həyatında dəyişiklik olmasını istəmiş və qardaş ölkə olan Azərbaycan Respublikasında işləmək qərarına gəlmişdir. Həmin vaxtdan o, Azərbaycan Respublikasına Bakı şəhərinə gəlmiş, Bakı şəhərində o, “İnqilab” adlanan yerdə tək yaşamağa başlamış, təxminən iki il müddətində “Real Pharma” firmasının Azərbaycan Respublikasındakı filialında müdir vəzifəsində çalışmış, lakin iki ildən sonra yenidən Türkiyə Respublikasına geri dönmüşdür. O, Azərbaycan Respubliksında çalışdığı iki il ərzində çoxlu sayda özünə dost tapmış, Azərbaycan Respublikasının regionlarını Satış və Tanıtım müdiri olduğuna görə gəzmiş və həmin vaxt regionlarda olan həkimlərlə dostluq münasibətləri yaratmışdır. Onun iki ildən sonra Azərbaycan Respublikasında tapşırıqları başa çatdığına görə Türkiyə Respublikasına geri dönmüşdür. Onun geri dönmə səbəblərindən biri də ailəsindən ayrı düşməyi olmuşdur. O, Türkiyə Respublikasına geri döndükdən sonra Azərbaycanda olan dostları ilə tez-tez əlaqələr saxlamış və Azərbaycan Respublikasına gəzmək və tətil məqsədilə gələn zaman onlarla görüşmüşdür. O, “Real Pharma” şirkətinin Bakı şəhərində yerləşən filialında müdir olan zaman Gəncə şəhərində də ofis açmalı olmuş, Gəncə şəhərində yerləşən ofisiləri Gəncə şəhəri, mərkəzi poçtun yaxınlığında yerləşmiş və həmin ofisi həm də anbar kimi istifadə etmişdir. Gəncə şəhərində ofis kimi istifadə etdiyi həmin yer yaşayış mənzili olmuş, həmin mənzili o, Gəncə şəhərində tanış olduğu həkimlər vasitəsilə tapmış və kirayələmişdir. O ofis kimi istifadə etdiyi həmin evin qonşuluğunda yaşayan Azat (Əzət) Novruzov kimi tanıdığı şəxslə həmin vaxt təsadüfən tanış olmuşdur. Azat (Azat (Əzət)) kimi tanıdığı şəxs həmin vaxtlar taksi sürməklə məşğul olmuş, həmçinin Azat (Əzət) adlı şəxs ağsaqqal olduğuna görə o, Azata (Azat (Əzət)ə) etibar etmiş və o, Gəncə şəhəri ərazisində olan zaman işlərinin həllində ona kömək etmiş və o, bunun müqabilində Azat (Əzət) artıqlaması ilə taksi pulunu vermişdir. Azat (Əzət)lə münasibətləri daha da dərinləşmiş və ailəvi olaraq gediş-gəlişləri yaranmağa başlamışdır. O, Azərbaycan Respublikasından getdikdən sonra Gəncə şəhərində tanış olduğu Azat (Əzət) kimi tanıdığı şəxslə əlaqələri qalmış, Azat (Əzət)la yaxın dost olmuşlar və Azat (Əzət)in maddi durumu yaxşı olmadığına görə o, tez-tez Azat (Əzət) Türkiyə Respublikasından zəng edərək əlaqə saxlamış, hal-əhvalını soruşmuşdur. Həmçinin ailəsilə birlikdə Azərbaycan Respublikasında olan zaman Azat (Əzət)ın yaşadığı evə qonaq gəlibgetmişlər. Həmçinin Azat (Azat (Əzət)) ailəsi ilə Türkiyə Respublikasına gələndə o, Azat (Əzət)ı ailəvi olaraq aonaq kimi qəbul etmişdir. Onların münasibətləri ailəvi dostluq münasibətləri formasında davam etmişdir. 2018-ci ilin avqust ayında o, həmin vaxt Türkiyə Respublikasında İstanbul şəhərində Sarıyer bələdiyyəsində aptek işlətmiş və dərman koordinatoru olmuşdur. Onların işi evlərdən artıq dərmanları toplamaq və həmin bələdiyyənin ərazisində yaşayan şəxslərə pulsuz olaraq bağışlamaqdan ibarət olmuş, Azat (Əzət) ona 2018-ci ilin avqust ayında sosial şəbəkə olan Whatsapp ilə zəng edərək oğlunun onu məcbur etdiyini, ondan borc istəməsini, toyuq işlərini daha da inkişaf etdirəcəklərini ona bildirmiş, o, telefonla Azat (Əzət)la danışarkən yaxın günlərdə Azərbaycana gələcəyini bildirmiş, üz-üzə danışacaqlarını bildirmişdir. 2018-ci ilin avqust ayında o, yay tətili olduğu üçün Azərbaycan Respublikasına tək gəlmiş, həmin vaxt o, Azat (Əzət) söz verdiyinə görə Gəncə şəhərinə gəlmiş, Gəncə şəhərində ilk öncə Azat (Əzət)la təklikdə görüşmüş, Azat (Əzət) ona oğlunun toyuq alqı-satqısı işi ilə məşğul olduğunu, lakin ona maddi cəhətdən dəstək lazım olduğunu və pula ehtiyacının olduğunu demişdir. O, Azat (Əzət) pul verdikdən sonra pulu kimdən alacağını soruşmuş və Azat (Əzət) xəbərdarlıq edərək həmin pulu ona övladlarının boğazından kəsərək borc verəcəyini bildirmişdir. Azat (Əzət) isə ona əgər pulu oğlu və oğlunun tanışı Məhərrəm verməzsə özü verəcəyini bildirmişdir. O, Azat (Əzət)dan ilkin olaraq təxminən nə qədər pul lazım olduğunu soruşmuş. Azat (Əzət) isə ona 20-25 min ABŞ dolları civarında məbləğ lazım olduğunu bildirmişdir. O Azat (Əzət)ı əvvəldən tanıdığına görə ona inanmış və Azat (Əzət)ın ondan pul borc istəməsi ilə bağlı olaraq ailəsi ilə də məsləhətləşmişdir. Həmin vaxt ailəsi də Azat (Əzət)ı tanıdığına və normal insan olduğuna görə qaytaracağını düşünmüş və onun Azat (Əzət) kömək etməyini istəmişlər. Belə olan halda o, Azat (Əzət)ın oğlu Cavabdeh2 və onun tanışı Məhərrəm adlı şəxslə görüşməyi təklif etmiş və onlar, o, Azat (Əzət)ın oğlu Murad və onun dostu Məhərrəm adlı şəxslə Gəncə şəhəri ərazisində yerləşən kafelərin birində oturmuşlar. Orada oturan zaman Azat (Əzət)ın oğlu əvvəllər də toyuq alqı-satqısı ilə məşğul olduğunu bildirmiş, onun yanında olan Məhərrəm isə xırda cücə işi ilə məşğul olduğunu və onların bu işdən birlikdə anlayışlarının daha yaxşı olduqlarını bildirmişdir. O həmin şəxsləri dinlədikdən sonra onlara borc olaraq verdiyi pulu borc kimi verəcəyini demiş, həmin şəxslər həmin vaxt ona ortaq iş görməyi təklif etsələr də o, qəbul etməmişdir. İlk öncə borca verdiyi pulu geri qaytarmalarını tələb etmiş, əgər qaytara biləcəklərsə onlarla gələcəkdə şərik iş görmək barədə düşünəcəyini bildirmişdir. Həmin vaxt o, bir daha Azat (Əzət) sonda verdiyi borc pulu kimdən alacağını soruşduqda, Azat (Azat (Əzət)) ona təkrar-təkrar olaraq onun verdiyi pulları oğlu Murad və oğlunun dostu Məhərrəm verməzsə, özü evini sataraq verəcəyini bildirmişdir. O, həmin şəxslərə inanmış və görüşdükləri həmin kafedə 4000 (dörd min) ABŞ dolları məbləğində pulu onlara nağd formada vermiş, həmin vaxt kafedə Azat (Əzət), oğlu Murad və onun dostu Məhərrəm adlı şəxs olmuş, o, pulu Murada vermiş, Murad isə pulu atası Azat (Əzət)ə verərək pulu yaşadıqları evdə gizlətməsini bildirmişdir. Həmin kefadə ona yenə də şərik olmağı təklif etmişlər, o, isə şərik olsa gərək işlərinin başında özü dayansın deyərək, şərik işləməyi qəbul etməmişdir. Təxminən 1 il sonra onlardan pulu geri alacağını soruşmuş, həmin şəxslərin ona dediyi təxmini rəqəm 20-25 min dollar civarında imiş. O, həmin kafedə görüşdükdən sonra bir həftə Gəncə şəhərində qalmış və gəzdikdən sonra Türkiyə Respublikasına geri qayıtmışdır. O, Türkiyədə olan zaman Murad ona yenə də “Whatsapp” sosial şəbəkəsi vasitəsilə zəng edərək, Xanlar (Göygöl) rayonu ərazisində Niyazi Səmədoğlu və Elvin Hacıyev adlı şəxslərə məxsus ferma icarəyə götürdüklərini və həmin yeri təmir etdirəcəklərini, təmir etdirdikdən sonra fermaya cücə alacaqlarını bildirmişdir. Ondan sonra o, 2018-ci ilin 11-ci ayından başlayaraq 2019-cu ilin yanvar ayına qədər Cavabdeh2 adına ümumilikdə 8000 (səkkiz min) ABŞ dolları məbləğinda müxtəlif vaxtlarda pul göndərmişdir. Bundan sonra Murad ona şəxsiyyət vəsiqəsinin vaxtının keçdiyini və pulları dostu Ərəstun Əliyevin adına göndərməyini xahiş etmiş və o, 2019-cu ilin fevral ayından başlayaraq həmin ilin oktyabr ayına qədər Ərəstun Əliyevin adına 19500 (on doqquz min beş yüz) ABŞ dolları, 2019-cu ilin fevral ayından oktyabr ayına qədər olan dövr ərzində o, Muradin dostu Elşən Mehdiyevin adına 3000 (üç min) ABŞ dolları və Elvin Hacıyevin adına 2000 (iki min) ABŞ dolları məbləğində pul göndərmişdir. Bundan sonra 2019-cu ilin may ayında arvadı Nazifə Can və oğlu Ufuk Can ilə birlikdə Azərbaycan Respublikası Gəncə şəhərinə gəlmişlər və Gəncə şəhərində olan zaman Murad onu və ailə üzvlərini özü ilə Xanlar (Göygöl) rayonu ərazisində olan toyuq fermasına apararaq işlərin getdiyini, işinin hal-hazırda yaxşı olduğunu və işlərin yarımçıq qalmaması üçün müəyyən qədər pul lazım olduğunu bildirmiş, eyni zamanda ona işləri yekunlaşmamış verdiyi borcunu qaytara bilməyəcəyini bildirmişdir. Murad onları ferma ilə tanış etdikdən sonra yaşadıqları evə dəvət etmiş və o, ailə üzvlərilə birlikdə Muradın evinə getmiş, orada onlara çox yaxşı davranmışlar. Murad işlərin yarımçıq qalmaması üçün ondan yenə də borc istəmiş və o, Azərbaycan Respublikasına gəldikdə üzərində götürdüyü pulun 10000 (on min) dollarını Murada Ərəstun, Niyazi və Elşən dostlarının yanında vermişdir. Onun bu pulları verməkdə məqsədi Muradın işləri yekunlaşdırması və onun borcunu bütünlükdə qaytarması olmuşdur. Çünki Murad əvvəldən ona deyibmiş ki, o, bu işləri yekunlaşdırdıqdan sonra verdiyi borcunu geri qaytaracaqdır. 2019-cu ilin avqust ayında o, Azərbaycana Türkiyənin məşhur iş adamı Nuri Yılmazla birlikdə gəlmişdir. X12 Azərbaycana gəlmək istəmiş, lakin tanımadığı üçün o, həmin şəxsə yardım etmişdir. Həmçinin bundan başqa o, Azərbaycan Respublikasının təbiətinin tanınması üçün ölkə ərazisinə Türkiyənin məşhur və tanınmış şəxslərini dəvət edərək Azərbaycan Respublikasının Turizm sahəsinə dəstək olmuşdur. 2019-cu ilin sentyabr ayında Murada zəng vuraraq pulunu nə vaxt geri qaytaracaqlarını soruşmuş, Murad isə ona ümid verərək cücələrin artıq böyüdüyünü, oktyabr ayında satacaqlarını, ondan aldıqları borcu qaytaracqlarını bildirmişdir. O, isə Muradla birlikdə atası Azat (Əzət) da zəng edərək teztez borcunu xatırlatmış, həmin vaxt o, yenə də 10000 (on min) ABŞ dollar vermişdir. 2019cu ilin oktyabr ayında o, oğlu Ufuk Canla birlikdə Azərbaycan Respublikası Gəncə şəhərinə gəlmiş, Murad onu Göygöl rayonunda olan toyuq fermasına aparmış, orada olan zaman o, Muraddan pulunu istədikdə Murad ona cücələrin satışa çıxmasına yem lazım olduğunu bildirmiş, həmçinin əlavə pul lazım olduğunu demişdir. O, həmin vaxt üzərində götürdüyü 15000 (on beş) ABŞ dolları Murada vermiş, həmin vaxt Niyaz, Elşən və Niyazi orada olmuşdur. O, belə olan hallarda həmişə Azat (Əzət) zəng edərək işlərin yaxşıya doğru getmədiyini və pulları kimin qaytaracağını soruşduqda Azat (Əzət) ona oğlunun vəziyyəti nəzarətdə saxladığını və özünün borcu qaytaracağını bildirmişdir. Həmin gündən 2-3 gün keçdikdən sonra Murad dostu Elşənin cücələrə alınmış yem borcu olduğunu və həmin borcu qaytara bilməsə cücələrin öləcəyini bildirmişdir. O, Türkiyə Respublikasında yaşayan qızından pul istəmiş və qızı Ece Can ona 5000 (beş min) ABŞ dolları pul göndərmiş və o, həmin pulu Muradın dosdu X9 otelin rsetoranında vermişdir. Həmin vaxt Elşənin yanında Aytən adlı qadın, Murad və Ərəstun olmuşdur. Bundan sonra o, Murada cücələrin nə vaxt satılacağını və onun verdiyi borcunu nə vaxt geri qaytaracaqlarını soruşmuş, Murad yenidən 10000 (on min) ABŞ dolları məbləğində pul lazım olduğunu bildirmişdir. O, həmin vaxt Türkiyə Respublikasında olan Ziraat Bankda olan puluu bloklamış və Gəncə şəhərində olan Ziraat Bankın filialından kredit formasında 10000 (on min) ABŞ dolları məbləğində pul götürmüş və həmin pulu yenə də fermada Murada vermiş və həmişə olduğu kimi pulu Murada verdikdən sonra atası Azat (Əzət) demişdir. Bundan sonra o, olan pulunun bitdiyini və geridə pulunun qalmadığını görmüş və Muradın dostu Niyazi və Elvin onunla mübahisə etməyə başlamışlar, o, həmin şəxslərin onun pulunu vermədiklərini gördüyü üçün Gəncə şəhəri ərazisində toyuq alqı-satqısı ilə məşğul olan şəxslərlə əlaqə yaratmış və həmin toyuqları fermadan sataraq verdiyi pulları geri almaq qərarına gəlmişdir. Murad ona zəng edərək fermada olan toyuqları satmaq üçün adam tapdığına görə qışqırmış və Niyazinin qapıları bağladığını demişdir. Bu vaxt o, Muradla Gəncə şəhərində yerləşən Beynəlxalq xəstəxananın qarşısına gəlmiş, orada ona və oğlu Ufuk Cana qışqırmış və oğlu ilə onu sözlə hədələmişdir. O, Murada yuxarı dövlət orqanlarına şikayət edəcəyini bildirmişdir, Murad isə ona qardaşının polis olduğunu demiş, onlar arasında sözlü mübahisə yaranmış və maşını onların qarşısından bərk sürərək getmişdir. Fərmanın maşınında həmin vaxt bıçaq olmuşdur. Bundan sonra o, oğlu ilə qorxduğuna görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmiş, lakin Daxili İşlər Nazirliyinə getməzdən əvvəl Gəncə şəhərində yerləşən Türkiyə Cumhuriyyətinin konsulluğuna getmişdir. Daxili İşlər Nazirliyində olan zaman Murad, Niyazi, Elvin və Ərəstun da orada olmuş, o, həmin şəxslərlə üzləşmişdir. Onlar ona verdiyi borcları geri qaytaracaqlarını söz vermişlər. Bundan sonra Daxili İşlər Nazirliyində onun müraciətinin Gəncə şəhərinə göndəriləcəyini demişlər, həmin vaxt o, oğlu ilə sarsıntı keçirdiklərinə görə Türkiyə Cümhuriyyətinə qayıtmışlar. O, Türkiyədə olan zaman Gəncə şəhərində Yusif adlı polis əməkdaşı ona zəng vuraraq Gəncə şəhərinə gəlməsini bildirmişdir. O, isə ölkədə və dünyada yayılmış “COVİD-19” infeksiyası ilə əlaqədar olaraq sərhədlər bağlı olduğuna görə Azərbaycan Respublikasına gələ bilməmişdir. Lakin sonradan Azərbaycana gəlmiş, Yusif adlı polis əməkdaşı ilə görüşmüş və bütün yuxarıda olanları ona danışmışdır. Onun borcu geri qayıtmamışdır. Bundan sonra o təkrar olaraq Gəncə şəhər prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. O, Murada və onun ətrafında olan şəxslərə ümumilikdə 86500 (səksən altı min beş yüz) ABŞ dolları məbləğində pul vermişdir. Həmin pulların bir qismini o, nağd formada, bir qismini isə banklar vasitəsilə vermişdir. O, yuxarıda qeyd etdiyi məbləğdə olan pulların hamısını borc kimi Azat (Əzət) adlı dostunun oğlu Murada və Muradin dostları olan Niyazi, Elvin, Elşən və Ərəstun adlı şəxslərə vermişdir. O, məhkəməyə müraciət etmədən əvvələ həm Prokurorluğa həm də auditə müraciət etmişdir. Hüquq mühafiəzə orqanına da müraciət edərkən o, bildirmişdir ki, 20 il öncə Türkiyədə işlədiyi dərman firması onu Azərbaycanda xidmətə göndərdiyi vaxt Azat (Əzət) Novruzov adlı şəxslə tanış olmuş, müəyyən vaxt içərisində dostluq əlaqələrini ailəvi şəkildə davam etdirmişlər. Azat (Əzət) Novruzov 2018-ci ilin avqust ayında ona zəng edərək oğlunun iş qurmaq istədiyini, onlara borc verib-verə bilməyəcəyini, onların əlindən tutmağını, onun pulunu geri qaytaracaqlarını demiş, o, da yaxın zamanda Azərbaycan Respublikasına gəldiyi zaman bu barədə danışacaqlarını bildirmişdir. O, Azərbaycana 2018-ci ilin avqust ayında gəlmiş, Azat (Əzət) Novruzov, oğlu Cavabdeh2 və yanlarında olan Məhərrənm adlı şəxslə görüşmüş, dostu Azat (Əzət) Novruzov onlara 15000 (on beş min) ABŞ dollar verməsini, 1 ilin içərisində ona məxsus pulu qaytaracaqlarını bildirmişlər, o, da gələcəkdə pulu qaytarmaqda problem yaranarsa həmin pulu kimin qaytaracağını soruşan zaman Azat (Əzət) Novruzov ondan alınan pulu lazım gələrsə evi sataraq qaytaracağını bildirdiyi üçün o, həmin şəxslərə 2018-ci ilin avqust ayından başlayaraq ilkin olaraq 4000 (dörd min) ABŞ dolları həmin yerdə vermişdir. Sonra isə ayrı-ayrı vaxtlarda həm Cavabdeh2, həmdə onun dostlarına hər ay bank vasitəsilə, həmdə nağd formada ümumilikdə 86000 (səksən altı min) ABŞ dolları cücə ferması qurmaları üçün borc kimi vermiş, sonda isə həmin şəxslər fermanın müflis olduğunu bildirərək, borc kimi verdiyi 86000 (səksən altı min) ABŞ dollarını qaytarmadıqlarını bildirmiş, pulu geri istəyən zaman Muradın onu hədələdiyini bildirmişdir. Sonradan o, öyrənmişdir ki, Murad, Azad, Ərəstun, Niyazi, Elvin hamısı birləşib onun pulunu yemişlər, həmin şəxslərə bu işin inkişaf etdirilməsi üçün göndərdiyi pulları restoranlara və digər şəxsi ehtiyaclarına sərf etmişlər. Bundan sonra həmin şəxslər onun pullarını ələ keçirib onu bu işdən uzaqlaşdırmağa başlamışlar. Bundan başqa o, və oğlu Ufuk Cana bıçaq göstərərək psixoloji təsir göstərmişlər. Bu işlərə son qoymağını tələb etdiyi Zaman qardaşının polis olduğunu bildirib ona təhdidlər etmişdir. Onun ərizəsi əsasında Polisdə araşdırma aparılmış, lakin cavabdehlərin əməllərində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdi. Həmin qərarda da, cavabdehlər iddiaçıdan aldıqları pulun bir qismini etiraf etmiş, lakin bildirmişlər ki, onlardan aslı olmayan səbəblərə görə saxladıqları cücələr qırılmış və ona görə də iddiaçının pulunu ödəyə bilməmişlər. O, cavabdehlərə pulu borc olaraq vermiş, onlrar işə başladıqdan sonra isə hər dəfə pulunu diriltmək üçün onara əlavə pullar vermişdir ki, sonunda pulu bir dəfəlik alsın. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Auditorlar palatasının 16 mart 2020-ci il tarixli AG 021 nömrəli rəyində, İddiaçı iş birliyi üçün dəymiş ümumi ziyanın məbləğinin cəmi 101002 (yüz bir min iki) ABŞ dollar olmuşdur. Dəymiş ümumi ziyandan 40002 (qırx min iki) ABŞ dollarının ilkin sənədlər əsasında təsdiq edilməsi nəzərə alınmalı, Ərəstun Əliyevə 19095 (on doqquz min doxsan beş) ABŞ dolları, Cavabdeh2 7804 (yeddi min səkkiz yüz dörd) ABŞ dolları, Elşən Mehdiyevə 7935 (yeddi min doqquz yüz otuz beş) ABŞ dolları, Flvin Hacıyevə 1968 (min doqquz yüz altmış səkkiz) ABŞ dolları, Murad və atası Azad Novruzova 44200 (qırx dörd min iki yüz) ABŞ dolları (9200-5000-20000-10000), Murad atası Azad və Elvinlə Niyazi adlı şəxslərə 15000 (on beş min) ABŞ dolları, Elvin və Niyaziyə təvlələrin təmiri adı ilə 5000 (beş min) ABŞ dolları, ümumilikdə 101002 (yüz bir min iki) ABŞ dolları həcmində pulun verildiyi hesablanması bildirilmişdır. Cavabdehlər verdikləri izahatlarında, tərəflər arasında olan razılığa görə Erhan təklif etmiş ki, Murad toyuqların satışına baxacaq, Məhərrəm saxlayacaq, Erhan da pul qoyacaqdır və iddiaçı sonda onlara pul göndərməsini dayandırdıqdan sonra onlar toyuqlara baxa bilməmiş və toyuqlar xəstəlikdən öldükləri üçün ziyana düşmələrini bildirmişlər. Lakin belə olsa belə nəzərə alınmalıdır ki, o, təxminən 100000 (yüz min) ABŞ dolları pul qoyduğu halda, necə ola bilərdi ki, bu uzun müddət ərzində toyuqların satışından pul əldə edilməsin, qazanc olmasın və əgər qazanc olmuşdursa nəyə görə həmin qazancdan ona bir manat olsun belə pul verilməmişdir. Nəzərə alınmalıdır ki, istintaq vaxtı əldə edilən və materiala əlavə edilmiş Azərbaycan Qida Təhlükəsizlik institutunun Göygöl regional sınaq laboratoriyasının sınaq protokollarında, analizlər zamanı təqdim edilmiş cücə cəsədlərindən hər hansı bir xəstəlik virusları aşkar edilməmiş, həmçinin baytarlıq işçiləri ilə birlikdə tərtib edilmiş aktdan da görünür ki, baxış zamanı təsərrüfatın toyuq-cücələri istilik sisteminin zəif olmasından, yemləmənin zəif olmasından və baxımsızlıqdan tələf olmuş, yemləmənin və istiliyin normallaşdırılması təklif olunmuşdur. Göründüyü kimi, cavabdehlərin dedikləri düz olsa belə onlar üzələrinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, toyuqlara normal lazımı qaydada baxmamış və nəticədə toyuqlar qırılmışdır. İddiaçının nümayəndəsi, vəkil X4 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ilk iddia tələbi ilə razı deyildir və ilk iddia tələbində göstərilir ki, guya İddiaçı ona və atasına müxtəlif vaxtlarda 86000 (səksən altı min) ABŞ dolları pul vermişdir. Bu tamamilə yalan və böhtandır. Gəncə şəhər Baş Polis İdarəsinin 20.12.2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan aydın olur ki, İddiaçı heç də hazırkı iddia ərizəsində qeyd etdiyi kimi onlara borc pul deyil, özü də toyuq-cücə təsərrüfatı yaratmaq təklifi irəli sürmüş, aralarında yaranmış razılığa əsasən İddiaçı əvvəldən sonadək yaradacaqları təsərrüfatın bütün xərclərini ödəməyi öhdəsinə götürmüş, təsərrüfatın saxlanılması və saxlanılmasına nəzarət öhdəliyini Məhərrəm Hüseynov, təsərrüfatdan əldə edəcəkləri toyuq-cücənin satışını isə Cavabdeh2 öz üzərinə götürmüşdür. Araşdırma zamanı müəyyən edilmişdir ki, 2018-ci ilin payızında Türkiyə Respublikasının vətəndaşı İddiaçı Gəncə şəhərində şəhər sakinləri Cavabdeh2 Əzət oğlu və X1 ilə görüşüb danışaraq toyuq cücə təsərrüfatı yaratmaları barədə təklif irəli sürmüş, aralarında yaranmış razılığa əsasən İddiaçı əvvəldən sonadək yaradacaqları təsərrüfatın bütün xərclərini ödəməyi öz öhdəsinə götürmüş, təsərrüfatın saxlanması və saxlanılmasına nəzarət öhdəliyini Məhərrəm Hüseynov, təsərrüfatdan əldə edəcəkləri toyuq-cücənin satışını isə Cavabdeh2 öz üzərinə götürməklə təsərrüfatdan əldə edəcəkləri gəliri də həmin 3 nəfər şəxslər arasında bərabər qaydada bölüşdürəcəkləri barədə razılığa gəldikdən sonra İddiaçı ilk olaraq Cavabdeh2 Gəncə şəhərində təsərrüfatın icarə yerinin müəyyən edilməsi, cücələrin alınması üçün 4000 (dörd min) ABŞ dolları pul vermiş, bundan sonra İddiaçı Türkiyə Respublikasına gedərək 13.11.2018-ci il tarixdən 2019-cu ilin oktyabr ayınadək olan müddətdə 37000 (otuz yeddi min) ABŞ dollarına yaxın pul göndərmiş, təxminən həmin məbləğə yaxın vəsait, o cümlədən İddiaçı 22.10.2019-cu il tarixdə Gəncə “Ziraatbank” dan götürdüyü 9200 (doqquz min ikiyüz) ABŞ dollarının çox hissəsi təsərrüfatın xərclərinə qoyulmaqla ümumilikdə 50000 (əlli min) ABŞ dolları civarında pul sərf etmiş, İddiaçı özü 2019-cu ilin yayından Azərbaycan Respublikasına gələrək təsərrüfata birbaşa nəzarəti həyata keçirmiş, 2019-cu ilin oktyabr ayınadək olan müddətdə təsərrüfatda hər hansı bir maddi çatışmazlıq yaranmamış, qarşılıqlı razılıq əsasında anan sürü-cücə təsərrüfatı yaradılmış, ondan sonra İddiaçı əvvəlki razılıqlarına əsasən təsərrüfata lazım olan maddi vəsaiti verə bilmədiyi üçün təsərrüfatda yem, istilik və digər çatışmazlıqların yaranması səbəbindən cücələr tələf olmağa başlamış, Cavabdeh2 bu tələfatın qarşısını almaq məqsədi ilə anası X5 məxsus olan “Mersedes Benz” markalı, ** LT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini 05.11.2019-cu il Ağdaş yem fabrikasının anbardarı X3 mülkiyyətinə keçirərək yem götürmüşlər, bundan sonra İddiaçı təsərrüfata pul qoymaması əvvəlki öhdəliyini yerinə yetirməməsi səbəbindən təsərrüfatda itkilər olaraq fəaliyyətlərini davam etdirə bilməmələri səbəbindən, təsərrüfatın yem, istilik, icarə və digər xərclərinə görə yaranmış borcların verilməsinə görə, həmçinin təsərrüfatın tamamilə məhv olmaması üçün qalan toyuq-cücə qeyd edilən bocların əvəzinə verilmiş, hazırda da həmin borcların təxminən 10- 15 min arası real olaraq qalmaqdadır. Araşdırma zamanı Türkiyə Respublikasının vətəndaşı İddiaçı ərizə və izahatında göstərmiş olduğu 80000 (səksən min) ABŞ dollarına yaxın vəsaitin Cavabdeh2 Əzət oğlu və qeyriləri tərəfindən aldadılaraq mənimsənilməsi, həmin şəxslər tərəfindən təhdid edilməklə ölümlə hədələnməsi xüsusatları öz əksini tapmamışdır. Gəncə şəhər Baş Polis İdarəsinin 22.04.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı ilə müəyyən edilmişdir ki, İddiaçı təsərrüfat yaradılması üçün vermiş olduğu pullar danışdıqları kimi yaradılmış təsərrüfata qoyulmuş, sadəcə olaraq sonradan İddiaçı təsərrüfatın inkişafı və dayanıqlığı üçün lazım olan vəsaiti verməməsi səbəbindən əvvəldən vermiş olduğu öhdəliyi lazımınca və ya sonda ümumiyyətlə icra etməməsi səbəbindən yaradılmış təsərrüfat iflasa uğramışdır. Həmin təsərrüfatın iflasa uğramamasında vətəndaş Cavabdeh2 Əzət oğlunun və qeyrilərinin hər hansı bir günahı və ya qəsdən müflisləşməyə aid hər hansı bir qanunsuz hərəkətləri olmamışdır. İddiaçı əvvəldən vermiş olduğu öhdəliyi icra etməməsi səbəbindən, yəni onlara söz verib pul göndərmədiyi üçün, yemi, dərmanı və digər ehtiyacları nisyə götürdüklərindən onları ziyana salmışdır. İddiaçı bura gələndən sonra yem çatışmayanda ona demişdir ki, girov kimi o, avtomobilini qoyub Ağdaş yem bazasından yem götürsün, o, pulunu göndərəcəkdir, lakin Erhan pulu göndərməmiş, Ağdaş yem fabrikasının anbardarı X7 da yem verməmişdən əvvəl, 05.11.2019-cu il tarixdə “Mersedes Benz” markalı, ** LT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini öz adına keçirmiş, ona idarə etmək üçün etibarnamə vermiş, demişdir ki, pul veriləcəyi təqdirdə avtomobili qaytaracaqdır, Erhan da pulu vermədiyi üçün onu avtomobili Etiubarın mülkiyyətində qalmışdır, sonradan o, 2900 (iki min) doqquz yüz) manat pulu ödəyərək maşını öz adına qeyd etdirmişdir. Odur ki, həmin məbləğ İddiaçı öhdəliyi icra etmədiyi üçün yarandığına görə hazırda İddiaçı tərəfindən ona ödənilməlidir. O, heç vaxt İddiaçı üstünə maşın sürməmiş, İddiaçı istədiyi vaxt fermaya, təsərrüfata gəlib getmiş, heç kəs ona hər hansı bir maneə yaratmamışdır. Bu hal Polis İdarəsində gedən araşdırma zamanı da öz əksini tapmış, müəyyən edilmişdir ki, Türkiyə Respublikasının vətəndaşı İddiaçı yaradılmış toyuq-cücə təsrrüfatına əvvəldən axıradək, əvvəl virtual qaydada, sonra isə özü və oğlu gəlməklə birbaşa müraciət etmiş, onun həmin təsərrüfata nəzarətinə heç kəsin maneçiliyi olmamış, istədiyi vaxt gəlibgetmiş, özünün tövsiyə və göstərişlərini vermiş, heç kəs tərəfindən kənarlaşdırılmamış, onu Cavabdeh2 və qeyriləri heç kəs ölümlə təhdid etməmiş, həmçinin 21.11.2019-cu il tarixdə onun üstünə Gəncə şəhərində bu məqsədlə avtomobil sürməmiş, ona qarşı hər hansı bir formada təzyiq və ya təsir olmamışdır. Cavabdeh2 Əzət oğlu məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən ilk iddia tələbinin təmin olunmaması və qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərin nümayəndəsi, Vəkil məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən ilk iddia tələbinin təmin olunmaması və qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, iş üzrə proses iştirakçılarının izahatlarını dinləyərək, işin hallarına mülki qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: 16.03.2020-ci il tarixli 021 saylı müstəqil auditor rəyindən görünür ki, İddiaçı iş birliyi üçün dəymiş ümumi ziyanın məbləğinin cəmi 101002 (yüz bir min iki) ABŞ dolları olmuşdur. Dəymiş ümumi ziyandan 46002 ABŞ dollarının ilkin sənədlər əsasında təsdiq edilməsi nəzərə alınsın; İlkin hesablamalara əsasən İddiaçı dəymiş ümumi ziyanın aşağıdakı şəxslərə verilməsi nəticəsində baş verməsi nəzərə alınsın; Qeyd olunan 101102 ABŞ dollarından- Ərəstun Əliyev 19025 ABŞ dolları, Cavabdeh2 7804 ABŞ dolları, Elşən Mehdiyev (2935+5000=7935) 7935 ABŞ dolları, Elvin Hacıyev 1968 ABŞ dolları, Murad və atası Azad (9200+5000+20000+10000) 44200 ABŞ dolları, Murad və atası Azada və Elvinlə Niyaziyə 15000 ABŞ dolları, Elvin və Niyaziyə tövlənin təmiri adı ilə 5000 ABŞ dolları, cəmi 101002 ABŞ dolları. Umumi ziyandan 55000 ABŞ dollarının İddiaçı verdiyi ərizəyə əsasən həqiqətən adları qeyd olunması şəxslərə və digər faktların araşdırılması üçün audit materiallarının istintaq orqanlarına təqdim edilməsi məqsədi ilə müvafiq hesab edilsin. İddiaçı tərəfindən rəsmi qaydada bank vasitəsi ilə nağd pul vəsaitlərinin göndərilməsi barədə arayışdan görünür ki, İddiaçı tərəfindən Ərəstun Əliyevə, Cavabdeh2, Elşən Mehdiyevə, Elvin Hacıyevə, Murada və atasına, Elvin və Niyaziyə cəmi 86802 (səksən altı min səkkiz yüz iki) ABŞ dolları məbləğindədir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 22.04.2021-ci il tarixli qərardan görünür ki, Türkiyə Respublikasının vətəndaşı İddiaçı şikayəti əsasında vətəndaş Cavabdeh2 Əzət oğlunun və qeyrilərinin əməllərində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq cinayətinin və həmin Məcəllənin 211-ci maddəsində nəzərdə tutulmuş əməlin və ya digər hər hansı bir cinayət əməlinin tərkib əlamətlarə olmadığı üçün material üzrə cinayət işinin başlanması qeyd edilən əsasa görə rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı tərəfindən birgə iş qurulması yəni ferma yaradılaraq cücə saxlanılması üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əzət oğluna müxtəlif vaxtlar ərzində bank vasitəsi ilə pul göndərilmişdir. Lakin cavabdehlər tərəfindən iddiaçının verdiyi pul vəsaiti iddiaçıya geri qaytarılmamış və nəticədə iddiaçı maddi ziyana uğramışdır. Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış mübahisə maddi ziyanın ödənilməsi üzrə əmələ gələn mübahisədir və həllinə mülki qanunvericiliyin maddi ziyanla, habelə əlaqəli normalar tətbiq olunmalıdır. Qeyd etmək lazımdır ki, mülki dövriyyənin normal inkişafı və və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirmələrindən ibarətdir. Müəyyən hallarda mülki hüquq subyektləri müqavilə və ya digər öhdəlikləri yerinə yetirmirlə, ya da lazımınca yerinə yetirmirlər. Bununla da onlar mülki hüquq pozuntuları törətmiş olurlar. Bu cür pozuntuların qarşısının alınması üçün isə mülki qanunvericilik mülki hüquq məsuliyyəti müəyyən edir. Hansı ki, mülki hüquq məsuliyyəti törədilmiş hüquq pozuntusuna görə tətbiq edilən mülki hüquq sanksiyası rolunda çıxış edir. Mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurmaq nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır. Hazırda da, iddiaçının əmlakın zərər dəyməklə cavabdehin onun qarşısında “delikt – müqavilədənkənar” məsuliyyəti yaranmışdır. Mövcud mübahisə üzrə ilkin iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Zərərin ödənilməsinin ümumi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (realzərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. İş materialları ilə ilkin iddiaçının cavabdehlərə birgə iş qurulması üçün tələb etdiyi məbləğdə pul göndərilməsi təsdiq edilir. Bu fakt bank tərəfindən verilmiş arayış ilə təsdiqini tapır. Lakin cavabdehlər tərəfindən ilkin iddiaçının pul vəsaiti əsasında qurulmuş fermada işə səhlənkar yanaşılması nəticəsində gəlir əldə edilməsi məqsədi ilə alınmış cücələrin müəyyən qismi tələf olmuşdur. Hansı ki, bu zaman ilkin iddia üzrə cavabdehlər onun qarşısında yaranmış öhdəliklərinə vicdanlı şəkildə yanaşmamışdır və mülki hüquq pozuntusu (delikt) törətmişlər. Nəticədə isə ilkin iddiaçı maddi ziyana uğramışdır. Mülki Məcəllənin 425.1-ci maddəsində göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsində göstərilmişdir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, qarşılıqlı iddia tələbi mötəbər sübutlarla təsdiqini tapmır. Çünki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır). Məhkəmə xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, qarşılıqlı iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki qarşılıqlı iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28.12.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilk iddia təmin edilməli, cavabdehlər tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə onlar, risk dairəsinə daxil olan öhdəlikləri icra edilmədikləri bütün hallar üçün cavabdeh olduqlarından, iddiaçının pozulmuş hüququ müdafiə edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əzət oğlundan 86000 (səksən altı min) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq, İddiaçı ödənilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri) Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əzət oğlundan 86000 (səksən altı min) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq, İddiaçı verilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Əzət oğlunun cavabdeh İddiaçı qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar