Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3507/2021 06.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi, vəkil X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 3250 (üç min iki yüz əlli) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, fiziki şəxs kimi qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyəti ilə məşğul olur və Gəncə şəhəri Ş.İ.Xətai prospektində mebel satışı ilə məşğul olur. Cavabdeh 19.03.2021-ci il tarixdə ona məxsus mebel satışı mərkəzindən 3650 manat dəyərində mebel dəsti (1 ədəd yataq dəsti və 1 ədəd künc divan) almış və bildirmiş ki, onun qızını qaçırdıblar, həyat yoldaşı hərbi xidmətdə olmaqla döyüş bölgəsindədir, hissə-hissə dörd ay müddətində mebelin pulunu ödəyəcəkdir. Cavabdeh həmin vaxt ilkin ödəniş kimi 400 manat ödəmiş, qalan 3250 manatını isə 4 ay müddətində hissə-hissə ödəyəcəkdir. Cavabdeh özünü lombardda işləyən kimi təqdim etmiş, o, cavabdehə inandığından mebel dəstini vermiş və Cavabdeh birinci ödənişi mart ayının sonuna və sonrakı ödənişləri isə növbəti aylarda ödəyəcəyini bildirməsinə baxmayaraq, cavabdeh ödəniş etməkdən yayınmış, bəhanə edərək bu günə qədər borcunu ödəməkdən imtina edir. Ona məlum olmuşdur ki, cavabdeh götürmüş olduğu mebelin pulunu qəsdən bilərəkdən ödəməkdən imtina edir. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının nümayəndəsi, vəkil X2 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qızı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, o, İddiaçı məxsus mebel mağazasında mühasibat işlərini aparır. 19.03.2021-ci il tarixdə Cavabdeh mağazaya gələrək, qızının qaçırıldığını, həyat yoldaşının hərbiçi olduğunu bildirərək, iddiaçıya məxsus mebel satışı mərkəzindən 3650 manat dəyərində mebel dəsti -1 ədəd yataq dəsti və 1 ədəd künc divan – almışdır. Həmin vaxt Cavabdeh tərəfindən ilkin ödəniş olaraq 400 manat ödəmiş, qalan 3250 manatını isə 4 ay müddətində hissə-hissə ödəyəcəyini bildirmişdir. Həmin mallar onun tərəfindən yük maşınına yüklənmiş və Cavabdeh mənzilinə göndərilmişdir. O, iki gün sonra cavabdeh Cəmilə ilə əlaqə saxlamışdır. Cavabdeh həmin vaxt Qəbələ rayonunda olduğunu demiş və qayıdarkən mebel satışı mərkəzindən götürdüyü mebellərə görə olan borcunu ödəyəcəyini bildirmişdir. Lakin Cavabdeh yenə də borcu ödəmədiyindən, onun qardaşı ilə danışmış, qardaşı Cəmilənin əvəzindən borcu ödəyəcəyini demiş, lakin ödəməmişdir. Onlar, təxminən on gün gözlədikdən sonra, o, bu barədə Cəmilənin şəxsiyyət vəsiqəsində olan ünvan üzrə sahə müvəkkilinə müraciət etmişdir. Bundan sonra Cəmilənin qardaşı iddiaçıya məxsus mebel satış mərkəzinə gələrək, Cəmilənin borcunu ödəyəcəklərini desə də, sonradan onlarla əlaqə saxlaya bilməmişlər. Bundan sonra o, Cəmilənin qeydiyyatda olduğu ünvana getmişdir. Məlum olmuşdur ki, Cəmilə qeydiyyatda olduğu ünvanda yaşamır. Ona bildirmişlər ki, Cavabdeh ailəli deyil və qızı qaçırılmamışdır. Cavabdeh tərəfindən hazırkı vaxtadək iddiaçıya olan 3250 manatməbləğində borc ödənilməmişdir. İş materiallarında olan 16.07.2014-cü il tarixli vəsiqədən görünür ki, 1993-cü ildə Kəlbəcər rayonunda anadan olmuş İddiaçı seriya AA 316752 saylı məcburi köçkün vəsiqəsi verilmişdir. İş materiallarında olan VÖEN ********** saylı fiziki şəxsin vergi uçotu haqqında şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı fiziki şəxs kimi 23.05.2019-cu il tarixdən vergi ödəyicisidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı fiziki şəxs kimi qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyəti ilə, yəni Gəncə şəhəri Ş.İ.Xətai prospektində mebel satışı ilə məşğul olur. Cavabdeh 19.03.2021-ci il tarixdə iddiaçıya məxsus mebel satışı mərkəzindən 3650 manat dəyərində mebel dəsti (1 ədəd yataq dəsti və 1 ədəd künc divan) almış, ilkin olaraq 400 (dörd yüz) manat ödəmiş, qalan 3250 (üç min iki yüz əlli) manatını isə 4 ay müddətində hissə-hissə ödəyəcəyini bildirmiş, lakin pulu qaytarmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətini təşkil edən 3250 (üç min iki yüz əlli) manat məbləğində pulu cavabdeh şərtləşdirilmiş müddətdə qaytarmadığından, iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Bununla da iddiaçı qanunsuz sahiblikdən öz əmlakını geri tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə o, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli və Cavabdeh qızından 3250 (üç min iki yüz əlli) manat alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3250 (üç min iki yüz əlli) manat alınaraq, İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-3507/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3507/2021
06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver