Məhkəmə qərarları › İş №2(044)-3547/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-3547/2020

01.12.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-3547/2020 01.12.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhər Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “unsiyyətə olan maneənin aradan qaldırılmasına” dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı məhkəməyə müraciət edərək nəvəsi ilə ünsiyyətə olan maneənin aradan qaldırılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsinə əsasən onun nəvəsi xx.xx.2013-cü il təvəllüdlü X1 ilə hər həftənin cümə günləri saat 14:00-dan saat 18:00-dək sərbəst qaydada görüşüb ünsiyyətdə olmağına cavabdeh Sadıxova (Məhərrəmova) Günay Rafael qızı tərəfindən yaradılmış maneənin aradan qaldırılması, nəvəsi xx.xx.2013-cü il təvəllüdlü X1 ilə hər həftənin cümə günləri saat 14:00-dan saat 18:00-dək sərbəst qaydada görüşüb ünsiyyətdə olmaq (görüşmək) hüququnun təmin edilməsi qət edilmişdir.Buna baxmayaraq Sadıxova (Məhərrəmova) Günay Rafael qızı, eyni zamanda anası Sevinc tərəfindən onun nəvəsi ilə ünsiyyətdə olmasına maneələr vardır. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan göründüyü kimi iddiaçının tələbi uşaqla ünisyyətə olan maneənin aradan qaldırılmasından ibarətdir. Məhkəmə bununla bağlı onu qeyd edir ki, hazırki iş üzrə iddiaçı uşaqla ünsiyyətə olan maneənin aradan qaldırılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək İddiaçı nəvəsi xx.xx.2013-cü il təvəllüdlü X1 ilə hər həftənin cümə günləri saat 14:00-dan saat 18:00-dək sərbəst qaydada görüşüb ünsiyyətdə olmağına cavabdeh Sadıxova (Məhərrəmova) Günay Rafael qızı tərəfindən yaradılmış maneənin aradan qaldırılması, İddiaçı nəvəsi xx.xx.2013-cü il təvəllüdlü X1 ilə hər həftənin cümə günləri saat 14:00-dan saat 18:00-dək sərbəst qaydada görüşüb ünsiyyətdə olmaq (görüşmək) hüququnun təmin edilməsi qət edilmişdir. Göründüyü kimi iddiaçının tələbi ünsiyyətə olan maneənin aradan qaldırılmasından ibarət olmuş və onun tələbi təmin edilərək uşaqla olan ünsiyyətə olan bütün maneə maneə aradan qaldırılmışdır.Eyni tələb,eyni əsas və eyni tərəflər arasında artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan iddiaçı cavabdehə qarşı təkrarən eyni tərəf, eyni əsasla və eyni predmetlə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Bundan başqa da məhkəmə iddiaçının diqqətinə onu da çatdırır ki, göründüyü kimi məhkəmə qətnaməsi ilə maneə aradan qaldırılmış,qətnamə qanuni qüvvəyə minərək icra sənədi verilmişdir. Belə olduğu halda maneənin aradan qaldırılması deyil, qanuni qüvvəyə minmiş məhkəmə aktının hansı səbəbdən icra edilib-edilməməsi məsələsi nəzərdən keçirilməlidir. Odur ki, Sizə izah edilir ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 29.1ci maddəsinə əsasən siz icra icraatında tərəf olaraq sizin icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrinizi bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına maliksiniz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd edilən Məcəllənin 153.4-153.6-cı maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “unsiyyətə olan maneənin aradan qaldırılmasına” dair ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar