Məhkəmə qərarları › İş №2(044)-355/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-355/2021

22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-355/2021 22.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcu və tələbin girov predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «kredit borcu və tələbin girov predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli, GNLMB-7901 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 133.97 manat, faiz borcu üzrə 7.65 manat, cərimə 0 manat, cəmi 141.62 manat və ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tutma Cavabdeh məxsus olan girov qoyulmuş 1 ədəd 10 qram çəkidə 750 əyarlı dəst - sırğa-üzükdən ibarət qızıl-zinət əşyalarına yönəldilməsi və həmin əşyanın hərracda satılması, satışdan əldə olunmuş vəsaitin hesabına Cavabdeh xx.xx.2019-cu il tarixli, GNLMB-7901 saylı kredit müqaviləsi üzrə kreditə görə cəmi 141.62 manat pul və ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 187.072019-cu il tarixli, GNLMB-7901 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən 12 ay müddətinə 400 manat məbləğində kredit verilmiş, kreditin təmini kimi bank ilə cavabdeh arasında girov müqaviləsi bağlanaraq cavabdehə məxsus olan 1 ədəd 10 qram çəkidə 750 əyarlı dəst: sırğa - üzükdən ibarət qızıl-zinət əşyaları banka girov qoyulmuşdur. Kredit müqaviləsinin şərtlərinə görə cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Hazırda cavabdehin kredit müqaviləsi üzrə borcu 141.62 manat təşkil edir. İddiaçı ASC məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. İddiaçı ASC-nin nümayəndəsi Yeganə İsgəndərova tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş teleqramda, mülki işə onların iştirakları olmadan baxılmasını və iddianın tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli GNLMB-7901 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 400 mnat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli GNLMB-7901 saylı saxlanc girovu haqqında müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh verilmiş kreditin təmini kimi Cavabdeh məxsus 1 ədəd 10 qram çəkidə 750 əyarlı dəst: sırğa - üzükdən ibarət qızılzinət əşyaları banka girov qoyulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli saxlanc girovunun qiymətləndirilməsi və kassaya təhvil verilməsinə dair aktdan görünür ki, Cavabdeh məxsus sırğa – üzük dəsti çəkisi 10 qram olan 750 əyarlı dəstin bazar dəyəri 720 mnat məbləğində qiymətləndirilmişdir. xx.xx.2020-ci il tarixli RB-02/PK-4130 saylı arayışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli GNLMB-7901 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə olan borcu əsas borc üzrə 133.97 manat, faiz borcu üzrə 7.65 manat, cəmi 141.62 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 187.072019-cu il tarixli, GNLMB-7901 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbinin həmin hissəsi hazırkı vaxtda deyil, «İcra Haqqında» Qanunun 45-ci maddəsinin tələbinə əsasən icra mərhələsində həll olunan məsələdir və cavabdehlərin öhdəliyi hazırkı vaxtda mövcud olan təminatla məhdudlaşmış hesab edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas borc üzrə 133.97 manat, faiz borcu üzrə 7.65 manat, cəmi 141.62 manat və ödənilmiş 20 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutma Cavabdeh məxsus olan girov qoyulmuş 10 qram çəkisi olan 750 əyarlı dəst: sırğa - üzükdən ibarət qızıl-zinət əşyalarına yönəldilməli və həmin əşyanın hərracda satılmalı, satışdan əldə olunmuş vəsaitin hesabına Cavabdeh iddiaçıya olan borcunun ödənilməsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 133.97 manat, faiz borcu üzrə 7.65 manat, cəmi 141.62 manat və ödənilmiş 20 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma öhdəliyin təmini kimi Cavabdeh məxsus olan girov qoyulmuş 10 qram çəkisi olan 750 əyarlı dəst: sırğa-üzükdən ibarət qızıl-zinət əşyalarına yönəldilsin və həmin əşyalar açıq hərracdan satılsın, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh cəmi 141.62 (yüz qırx bir) manat və ödənilmiş 20 manat dövlət rüsumu İddiaçı ASC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar