Məhkəmə qərarları › İş №2(044)-356/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-356/2021

12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-356/2021 12.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Cavadeh Cavabdeh istirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit və ipoteka» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin nümayəndəsi Cavabdeh qarşı «kredit və ipoteka» tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 14.03.2019-cu il tarixli, 800810-124775/5 saylı kredit müqaviləsi üzrə 5014,32 manat əsas, 623,56 manat faiz borcu olmaqla cəmi 5637,88 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10,65 manat dövlət rüsumu və 20,71 manat xidmət haqqı olmaqla cəmi 31,36 manat xərcin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və Cavabdeh tam mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X3 küçəsi, 75A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra 10 təqvim günü sonra Gəncə şəhəri, Nizami rayonu, X3 küçəsi, 75A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh 14.03.2019-cu il tarixli, 800810-124775/5 saylı kredit müqaviləsi üzrə 5014,32 manat əsas, 1852,09 manat faiz borcu olmaqla cəmi 6866,41 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10,65 manat dövlət rüsumu və 20,71 manat xidmət haqqı olmaqla cəmi 31,36 manat xərcin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və Cavabdeh tam mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X3 küçəsi, 75A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra 10 təqvim günü sonra Gəncə şəhəri, Nizami rayonu, X3 küçəsi, 75A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında 14.03.2019-cu il tarixli, 800810-124775/5 saylı kredit müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə görə bank tərəfindən cavabdehə illik 26 faiz olmaqla 36 ay müddətinə 6500 manat məbləğdə kredit ayrılmışdır. Həmin kredit müqaviləsinin təminatı kimi bank ilə cavabdeh arasında bağlanmış 14.03.2019-cu il tarixli 800810-124775/5 saylı ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ əsasında cavabdehə məxsus Gəncə şəhəri, Nizami rayonu, X3 küçəsi, 75A ünvanında yerləşən qeyri-yaşayış sahəsi (ümumi sahə 55.2 kv.m.) ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyin bir hissəsini icra etmiş, lakin qalan hissədə öhdəliklərini yerinə yetirməmişdir. Bununla əlaqədar cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh bundan nəticə çıxarmamış və kredit müqaviləsi üzrə öhdəliyi icra etməmişdir. Bu halda bank tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi barədə 001/007/2912/2020 nömrəli bildiriş ipoteka qoyana təqdim edilmişdir. İpotekaqoyana qeyd olunan bildiriş rəsmi təqdim olunduqdan sonra, bildiriş 16.07.2020-ci il tarixdə tərəflərindən ərizə əsasında dövlət qeydiyyatına alınmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öz öhdəliyini icra etmədiyinə görə onun banka 26.07.2021-ci il tarixə 5014,32 manat əsas, 1852,09 manat faiz borcu olmaqla cəmi 6866,41 manat məbləğində borcu yaranmışdır. Bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı ilə aralarında bağlanmış 14.03.2019-cu il tarixli kredit müqaviləsinə görə bank tərəfindən ona 36 ay müddətinə 6500 manat məbləğdə kredit verilmiş, kredit müqaviləsinin təminatı kimi onun mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X3 küçəsi, 75A ünvanında yerləşən qeyri-yaşayış sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İlk aylar ödəniş etsə də, lakin sonradan maddi imkanı olmadığından ödənişlər edə bilməmişdir. Odur ki, ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh əlavə olaraq göstərmişdir ki, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasına etiraz etmir. Mülki iş materiallarında olan: Kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 14.03.2019-cu il tarixli, 800810-124775/5 saylı kredit müqaviləsindən görünür ki, kreditor tərəfindən borcalana illik 26 faiz olmaqla 36 ay müddətinə 6500 manat məbləğdə kredit verilmişdir. İpotekasaxlayan İddiaçı ASC ilə ipotekaqoyan Cavabdeh arasında bağlanmış 14.03.2019-cu il tarixli, 800810-124775/5 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, ipotekaqoyana məxsus Gəncə şəhəri, Nizami rayonu, X3 küçəsi, 75A ünvanında yerləşən qeyri-yaşayış sahəsi (ümumi sahə 55.2 kv.m.) ipoteka ilə yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı çıxarışdan görünür ki, Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, X3 küçəsi, 75A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır. İpotekaqoyan Cavabdeh mərhum əri X1 tərəfindən 15.11.2017-ci il tarixdə verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, Gəncə şəhəri, Nizami rayonu, X3 küçəsi, 75A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsinə razılıq vermişdir. İpotekasaxlayan İddiaçı ASC tərəfindən ipotekaqoyan Cavabdeh ünvanlanmış 10.07.2020-ci il tarixli bildirişdən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi barədə xəbərdarlıq edilmişdir. Bildirişin dövlət qeydiyyatına alınması barədə 16.07.2020-ci il tarixli ərizədən görünür ki, ipotekaqoyan Cavabdeh tutmanın ipoteka predmetinə yönəldilməsi barədə göndərilmiş bildirişin dövlət qeydiyyatına alınması xahiş edilmişdir. Kreditor İddiaçı ASC tərəfindən verilmiş 26.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh həmin tarixə 5014,32 manat əsas, 1852,09 manat faiz borcu olmaqla cəmi 6866,41 manat məbləğində borcu vardır. "xxxx" MMC tərəfindən verilmiş 06.04.2021-ci il tarixli, ƏQ-134/2021 saylı rəydən görünür ki, ipoteka predmeti olan Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, X3 küçəsi, 75A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin likvid dəyəri 55000 manat, bazar dəyəri isə 65000 manatdır. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki və ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış 14.03.2019-cu il tarixli, 800810-124775/5 saylı kredit müqaviləsi üzrə kreditor tərəfindən borcalana illik 26 faiz olmaqla 36 ay müddətinə 6500 manat məbləğdə kredit verilmiş, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmini məqsədi ilə onlar arasında 14.03.2019-cu il tarixli 800810-124775/5 saylı ipoteka müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə görə mülkiyyət hüququ əsasında borcalana məxsus Gəncə şəhəri, Nizami rayonu, X3 küçəsi, 75A ünvanında yerləşən qeyri-yaşayış sahəsi (ümumi sahə 55.2 kv.m.) ipoteka ilə yüklü edilmişdir. Borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyin bir hissəsini icra etmiş, lakin qalan hissədə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə göstərir ki, iddia tələbi üzrə tərəflər arasında yaranmış mübahisə kredit və ipoteka ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına kredit və ipoteka ilə bağlı qanunvericiliyə, tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrinə əsasən hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. İşin faktiki hallarından da göründüyü kimi, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora 26.07.2021-ci il tarixə 5014,32 manat əsas, 1852,09 manat faiz borcu olmaqla cəmi 6866,41 manat məbləğində borcu yaranmışdır. Məhkəmə kredit müqaviləsi üzrə borcalandan 5014,32 manat əsas, 1852,09 manat faiz borcu olmaqla cəmi 6866,41 manat məbləğində borcun tutulmasını əsaslı hesab edir. Tələbin ipoteka predmeti ilə bağlı hissəsini də məhkəmə qanuni hesab edir. Bununla bağlı məhkəmə aşağıdakı qanunvericilik normalarının sistemli şəkildə təhlil edilməsini və işin halları baxımından qiymətləndirilməsini zəruri hesab edir. Mülki Məcəllənin 317.1-ci maddəsində göstərilmişdir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Eyni zamanda ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10,65 manat dövlət rüsumu və 20,71 manat xidmət haqqı olmaqla cəmi 31,36 manat xərcin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasının da ipoteka predmetinə yönəldilməsi əsaslıdır. Həmçinin məhkəmə tərəfindən ipoteka predmetinin adıçəkilən Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq likvid qiymətinin müəyyən edilməsi üçün müstəqil qiymələndirici cəlb edilmiş və 06.04.2021-ci il tarixli, ƏQ-134/2021 saylı rəy ilə müəyyən edilmişdir ki, ipoteka predmeti olan Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, X3 küçəsi, 75A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin likvid dəyəri 55000 manat, bazar dəyəri isə 65000 manatdır. «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsində göstərilmişdir ki, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsində göstərilmişdir ki, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Məhkəmə hesab edir ki, rəyə müvafiq olaraq ipoteka predmetinin ilkin satış qiyməti onun likvid dəyəri kimi 55000 manat məbləğdə müəyyən edilməlidir. Çünki “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Bundan başqa iddia tələbinin ipoteka predmetinin hərracdan satılması, satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi və əmlak hərracdan satıldıqdan sonra boşaldılması barədə hissələri də məhkəmə tərəfindən əsaslı sayılır. Belə ki, «İpoteka haqqında» Qanunun 41.1 və 41.2-ci maddələrində göstərilmişdir ki, İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir Həmin Qanunun 59.4-cü maddəsində göstərilmişdir ki, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara mülki qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 14.03.2019-cu il tarixli, 800810-124775/5 saylı kredit müqaviləsi üzrə 5014,32 manat əsas, 1852,09 manat faiz borcu olmaqla cəmi 6866,41 manat məbləğində kredit borcu, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10,65 manat dövlət rüsumu, 20,71 manat xidmət haqqı olmaqla cəmi 31,36 manat xərcin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, İddiaçı ASC-yə ödənilsin. Tutma ipoteka predmeti olan Cavabdeh tam mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X3 küçəsi, 75A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilsin. İpoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, X3 küçəsi, 75A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 55000 manat məbləğdə müəyyən edilsin. Gəncə şəhəri, Nizami rayonu, X3 küçəsi, 75A ünvanında yerləşən qeyri-yaşayış sahəsi açıq hərracdan satılsın və satışdan əldə olunacaq vəsait hesabına Cavabdeh İddiaçı ASC-yə olan borcu ödənilsin. İpoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, X3 küçəsi, 75A ünvanında yerləşən qeyri-yaşayış sahəsi satıldıqdan 10 təqvim günü sonra boşaldılsın. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar