Məhkəmə qərarları › İş №2(044)-358/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-358/2021

02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-358/2021 02.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, iddiaçının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh oğluna qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” MMC Cavabdeh oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Samsung markalı soyuducu, paltaryuyan, 6.5 “Classic Segway holder” üçün 3168 manat ödənilməmiş hissə, 581 manat dəbbə pulu olmaqla cəmi 3749 manat, Samsung markalı LED televizor, FUJİFİLM instax mini 9 Flamingo fotoaparat, X4 üçün 2052 manat ödənilməmiş hissə və 342 manat dəbbə pulucəmi 2394 manat, ümumilikdə 6143 manat manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun “xxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə bağlanmış 16.09.2019-cu il tarixli və 11.10.2019-cu il tarixli müqavilələrə əsasən Samsung markalı soyuducu, paltaryuyan, 6.5 “Classic Segway holder” üçün 3168 manat ödənilməmiş hissə, 581 manat dəbbə pulu olmaqla cəmi 3749 manat, Samsung markalı LED televizor, FUJİFİLM instax mini 9 Flamingo fotoaparat, X4 üçün 2052 manat ödənilməmiş hissə və 342 manat dəbbə pulu-cəmi 2394 manat, ümumilikdə 6143 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 338 manat təşkil edir. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş olunur. Məhkəmə iclasında iddiaçı “xxxx” MMC etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh oğluna məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümyəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 16.09.2019-cu il tarixli və 11.10.2019-cu il tarixli müqavilələrə əsasən ona 18 ay müddətinə hər ay 176 manat ödəmək şərti ilə (4 manat ilkin ödəniş edilib) alqı-satqı qiyməti 3172 manat olan Samsung markalı soyuducu, paltaryuyan, 6.5 “Classic Segway holder” və 18 ay müddətinə hər ay 114 manat ödəmək şərti ilə (334 manat ilkin ödəniş edilib) alqı-satqı qiyməti 2386 manat olan Samsung markalı LED televizor, FUJİFİLM instax mini 9 Flamingo fotoaparat, X4 satılmışdır. İş materiallarına əlavə edilmiş maliyyə ödəniş cədvəlindən görünür ki, Cavabdeh oğlunun 16.09.2019-cu il tarixli və 11.10.2019-cu il tarixli müqavilələrə əsasən Samsung markalı soyuducu, paltaryuyan, 6.5 “Classic Segway holder” üçün 3168 manat borc, 581 manat dəbbə pulu olmaqla cəmi 3749 manat, Samsung markalı LED televizor, FUJİFİLM instax mini 9 Flamingo fotoaparat, X4 üçün 2052 manat borc və 342 manat dəbbə pulucəmi 2394 manat, ümimilikdə 6143 manat borcu yaranmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Samsung markalı soyuducu, paltaryuyan, 6.5 “Classic Segway holder” üçün 3168 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, Samsung markalı LED televizor, FUJİFİLM instax mini 9 Flamingo fotoaparat, X4 üçün 2052 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu olmaqla, ümumilikdə 5235 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh oğlundan “xxxx” MMC-in xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh oğlundan Samsung markalı soyuducu, paltaryuyan, 6.5 “Classic Segway holder” üçün 3168 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, Samsung markalı LED televizor, FUJİFİLM instax mini 9 Flamingo fotoaparat, X4 üçün 2052 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu olmaqla, ümumilikdə 5235 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar