Məhkəmə qərarları › İş №2(044)-3630/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3630/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3630/2021 02.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC məhkəmədə Cavabdeh 18 avqust 2021-ci il tarixli GNLMB-9705 saylı kredit müqaviləsi üzrə iddia qaldıraraq, Cavabdeh 1781.89 manat məbləğində əsas borcu, 113.14 manat faiz borcu, 158.1 manat dəbbə, ümumilikdə 2053.13 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tələbin Cavabdeh məxsus olan girov qoyulmuş 583 əyarlı, 39.8 qram çəkidə 1 ədəd sepbraslet dəst yolka, 750 əyarlı, 35.4 qram çəkidə 1 ədəd sep-braslet dəst, 583 əyarlı, 12.5 qram çəkidə 2 ədəd sep, 583 əyarlı, 2.8 qram çəkidə 1 ədəd braslet, 585 əyarlı, 10.3 qram çəkidə 1 ədəd sırqa-üzük dəst, 583 əyarlı, 4.1 qram çəkidə 1 ədəd klon, 583 əyarlı, 1.8 qram çəkidə 1 ədəd üzük, cəmi çəkisi 106.7 qram qızıl-zinyət əşyasına yönəldilməsi, qızılzinət əşyasının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına Cavabdeh 18 avqust 2021-ci il tarixli GNLMB-9705 saylı kredit müqaviləsi üzrə cəmi 2053.13 manat borcunun və 30 manat dövlət rüsumunun ödənilməsi, girov predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 18 avqust 2021-ci il tarixli GNLMB-9705 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı ASC iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında 18 avqust 2021-ci il tarixli GNLMB-9705 nömrəli kredit müqaviləsi imzalanmışdır. Kredit şərtlərinə görə Cavabdeh 18 ay müddətinə, illik 30% dərəcəsi ilə, 5000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh məxsus 583 əyarlı, 39.8 qram çəkidə 1 ədəd sep-braslet dəst yolka, 750 əyarlı, 35.4 qram çəkidə 1 ədəd sep-braslet dəst, 583 əyarlı, 12.5 qram çəkidə 2 ədəd sep, 583 əyarlı, 2.8 qram çəkidə 1 ədəd braslet, 585 əyarlı, 10.3 qram çəkidə 1 ədəd sırqa-üzük dəst, 583 əyarlı, 4.1 qram çəkidə 1 ədəd klon, 583 əyarlı, 1.8 qram çəkidə 1 ədəd üzük, cəmi çəkisi 106.7 qram qızıl-zinyət əşyası 18 avqust 2020-ci il tarixli Girov müqaviləsinə əsasən banka qoyulmuşdur. Həmin qızıl-zinyət əşyaları akta əsasən İddiaçı ASC-nin Yasamal filialına saxlanca verilmişdir. Borclunun banka maliyyə arayışına əsasən 1781.89 manat məbləğində əsas borcu, 113.14 manat faiz borcu, 158.1 manat dəbbə, ümumilikdə 2053.13 manat məbləğində borcu mövcuddur. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: 14.09.2021-ci il tarixli İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh 13 sentyabr 2021-ci il tarixə banka 3266.96 manat məbləğində əsas borcu, 402.63 manat faiz borcu, 1000 manat dəbbə, ümumilikdə 4669.59 manat məbləğində borcu qalmışdır; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18 avqust 2021-ci il tarixli GNLMB- 9705 saylı müqavilədən görünür ki, bank cavabdehə 18 ay müddətinə, illik 30% dərəcəsi ilə, 5000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə görə borcalan kredit üzrə almış olduğu bütün borc pul məbləğini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18 avqust 2021-ci il tarixli GNLMB- 9705 saylı Girov müqaviləsindən görünür ki, Cavabdeh 583 əyarlı, 39.8 qram çəkidə 1 ədəd sep-braslet dəst yolka, 750 əyarlı, 35.4 qram çəkidə 1 ədəd sep-braslet dəst, 583 əyarlı, 12.5 qram çəkidə 2 ədəd sep, 583 əyarlı, 2.8 qram çəkidə 1 ədəd braslet, 585 əyarlı, 10.3 qram çəkidə 1 ədəd sırqa-üzük dəst, 583 əyarlı, 4.1 qram çəkidə 1 ədəd klon, 583 əyarlı, 1.8 qram çəkidə 1 ədəd üzük, cəmi çəkisi 106.7 qram qızıl-zinyət əşyalarının cəmi dəyəri 6291 manat, bazar dəyəri isə 9322 manat qiymətləndirilmişdir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək göstərdi ki,yaxın vaxtlarda borcunu tam şəkildə ödəyərək qızılları əldə edəcəkdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünü idarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış 18.08.2020-ci il tarixli kredit müqaviləsinin qeyd olunmuş müddəaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarında cavabdehin banka olan borcunun 13 sentyabr 2021-ci il tarixə 3266.96 manat məbləğində əsas borc, 402.63 manat faiz borcu, 1000 manat dəbbə, ümumilikdə 4669.59 manat məbləğində olması göstərilsə də, məhkəmə verilmiş tələb üzrə hüquqi qiymətləndirilmə aparılmasını qanuni hesab edir və məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh 1781.89 manat məbləğində əsas borcu, 113.14 manat faiz borcu, 158.1 manat dəbbə, ümumilikdə 2053.13 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin tutmanın girov predmetinə yönəldilməsinə dair hissəsini də əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblərini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsinə müvafiq olaraq, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Məhkəmə hesab edir ki, Cavabdeh ilə İddiaçı ASC arasında girov müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, tutma girov predmeti olan qızıl-zinət əşyalarına yönədilməlidir. Məhkəmə qızıl-zinət əşyalarının ilkin satış qiyməti ilə bağlı onu qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Tərəflər arasında bağlanmış girov müqaviləsinin 4.2-ci bəndinə əsasən əşyanın dəyəri müqaviləyə görə tərəflərin razılaşması və qiymətləndiricinin təyin etməsinə əsasən 9323.66 manat müəyyən edilmişdir.Ona görə də məhkəmə hesab edir ki, qızıl-zinət əşyalarının ilkin satış qiyməti 9323.66 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qızılların satışından əldə ediləcək vəsaitin İddiaçı ASC-yə olan borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdehdən tutulmasına dair hissəsini də əsaslı hesab edir və hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Prosessual Məcəlləsinin 115.0.9-cu maddəsinin tələbinə görə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişdirsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 1781.89 manat məbləğində əsas borc, 113.14 manat faiz borcu, 158.1 manat dəbbə, ümumilikdə 2053.13 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutulmalı, tutma bank qarşısında götürülümüş öhdəliklərin icrasının təminatı kimi girov qoyulmuş Cavabdeh məxsus 583 əyarlı, 39.8 qram çəkidə 1 ədəd sep-braslet dəst yolka, 750 əyarlı, 35.4 qram çəkidə 1 ədəd sepbraslet dəst, 583 əyarlı, 12.5 qram çəkidə 2 ədəd sep, 583 əyarlı, 2.8 qram çəkidə 1 ədəd braslet, 585 əyarlı, 10.3 qram çəkidə 1 ədəd sırqa-üzük dəst, 583 əyarlı, 4.1 qram çəkidə 1 ədəd klon, 583 əyarlı, 1.8 qram çəkidə 1 ədəd üzük, cəmi çəkisi 106.7 qram qızıl-zinyət əşyasına yönəldilməli, həmin qızıl-zinət əşyaları açıq hərracda satılmalı, qızıl-zinət əşyalarının bazar qiyməti 9323.66 manat məbləğində müəyyən edilməli, satışdan əldə olunacaq vəsait hesabına borc ödənilməli, həmin məbləğ borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ cavabdehdən ümumi qaydada tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1781.89 manat məbləğində əsas borcu, 113.14 manat faiz borcu, 158.1 manat dəbbə, ümumilikdə 2053.13 manat məbləğində borc və 30 manat dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutma Bank qarşısında götürülmüş öhdəliklərin icrasının təminatı kimi girov qoyulmuş Cavabdeh məxsus (583 əyarlı, 39.8 qram çəkidə 1 ədəd sep-braslet dəst yolka, 750 əyarlı, 35.4 qram çəkidə 1 ədəd sep-braslet dəst, 583 əyarlı, 12.5 qram çəkidə 2 ədəd sep, 583 əyarlı, 2.8 qram çəkidə 1 ədəd braslet, 585 əyarlı, 10.3 qram çəkidə 1 ədəd sırqa-üzük dəst, 583 əyarlı, 4.1 qram çəkidə 1 ədəd klon, 583 əyarlı, 1.8 qram çəkidə 1 ədəd üzük, cəmi çəkisi 106.7 qram) qızıl-zinyət əşyalarına yönəldilsin və həmin qızıl-zinət əşyaları açıq hərracda satılsın. Qızıl-zinət əşyalarının açıq hərracda ilkin satış qiyməti 9323.66 manat müəyyən edilsin. Satışdan əldə olunacaq vəsait hesabına İddiaçı ASC-yə olan borc ödənilsin. Həmin məbləğ borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ cavabdehdən ümumi qaydada tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar