Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3633/2021 01.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-ti Cavabdeh qarşı «kredit borcu»tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 08.07.2019-cu il tarixli, 800893-PC********** saylı kredit xətti müqaviləsi üzrə əsas borc 502.15 manat, cərimə borcu 66.52 manat, cəmi 568.67 manat, 10.12.2019-cu il tarixli, 800804-686847/1 saylı kredit müqaviləsinə kredit müqaviləsi üzrə əsas borc 2018.93 manat və faiz borcu 352.69 manat, cəmi 2371.62 manat, hər iki müqavilə üzrə 2940.29 manat və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 8.07.2019-cu il tarixli, 800893-PC********** saylı kredit xətti müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə 600 manat məbləğində bərpa olunan kredit xətti açılmış və 10.12.2019-cu il tarixli, 800804-686847/1 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqavilələri üzrə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca yerinə yetirməmiş və nəticədə hər iki müqavilə üzrə cəmi 2940.29 manat məbləğində borcu yaranmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 08.07.2019-cu il tarixli, 800893-PC********** saylı smile kredit xətti müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC-ti tərəfindən Cavabdeh 36 ay müddətinə 600 manat məbləğində kredit verilmişdir. 10.12.2019-cu il tarixli 800804-686847/1 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC-ti tərəfindən Cavabdeh 36 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. 24.09.2021-ci il tarixli maliyyə arayışlardan görünür ki, Cavabdeh 24.09.2021-ci il tarixinə 08.07.2019-cu il tarixli, 800893-PC********** saylı müqavilə üzrə əsas borc 502.15 manat, cərimə borcu 66.52 manat və 10.12.2019-cu il tarixli 800804-686847/1 saylı müqavilə üzrə əsas borc 2018.93 manat və faiz borcu 352.69 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həmdə bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 08.07.2019-cu il tarixli, 800893-PC********** saylı müqavilə üzrə əsas borc 502.15 manat, cərimə borcu üzrə 7.0 manat və 10.12.2019-cu il tarixli 800804-686847/1 saylı müqavilə üzrə əsas borc 2018.93 manat və faiz borcu 352.69 manat, cəmi 2880.77 manat və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 08.07.2019-cu il tarixli, 800893-PC********** saylı müqavilə üzrə əsas borc 502.15 manat, cərimə borcu üzrə 7.0 manat və 10.12.2019-cu il tarixli 800804- 686847/1 saylı müqavilə üzrə əsas borc 2018.93 manat və faiz borcu 352.69 manat, cəmi 2880.77 manat və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC -nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-3633/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3633/2021
01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver