Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-365/2021 06.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-ti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 12996.33 manat, maqavilə müddəti ərzində ödənilməmiş faiz borcu üzrə 7819.46 manat, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 1610.10 manat, cəmi 22425.89 manat və ödənilmiş 30 manat dövlət rüsumunun, 0.40 qəpik bank xidməti haqqının İddiaçı ASC-nə ödənilməsi, tutmanın 16.12.2013-cü il tarixli, 590G saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Cavabdeh1 məxsus “X4 H3” minik markalı, tip-universal, buraxılış ili 2013, BAN-GWFF3A58DB673463, 99GX831 qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və əldə olunacaq vəsaitin borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin «Nizami» filialı ilə Cavabdeh1 arasında bağlanmış 16.12.2013-cü il tarixli 590G saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 48 ay müddətinə 13515 manat məbləğində kredit verilmiş və kreditin təmini kimi həmin tarixdə bank ilə Cavabdeh1 arasında ipoteka müqaviləsi bağlanmış və Cavabdeh1 məxsus “X4 H3” minik markalı, tip-universal, buraxılış ili 2013, BAN-GWFF3A58DB673463, 99GX831 qeydiyyat nişanlı avtomobil ipoteka qoyulmuş, eyni zamanda kredit müqaviləsinin təmini kimi bank ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməmiş, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, nəticədə cəmi 22425.89 manat məbləğində borcu yaranmışdır. İddiaçının nümayəndəsi X2 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 12996.33 manat, maqavilə müddəti ərzində ödənilməmiş faiz borcu üzrə 7819.46 manat, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 1862.81 manat, cəmi 22678.60 manat və ödənilmiş 30.40 manat dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nə ödənilməsi, tutmanın 16.12.2013-cü il tarixli, 590G saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Cavabdeh1 məxsus “X4 H3” minik markalı, tip-universal, buraxılış ili 2013, BAN- GWFF3A58DB673463, 99GX831 qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və əldə olunacaq vəsaitin borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 12996.33 manat, maqavilə müddəti ərzində ödənilməmiş faiz borcu üzrə 7819.46 manat, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 89.16 manat, cəmi 20904.95 manat və ödənilmiş 30.40 manat dövlət rüsumu və xidmət haqqının tutularaq İddiaçı ASC-nə ödənilməsi, tutmanın 16.12.2013-cü il tarixli, 590G saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Cavabdeh1 məxsus “X4 H3” minik markalı, tip-universal, buraxılış ili 2013,BAN-GWFF3A58DB673463, 99GX831 qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və əldə olunacaq vəsaitin borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin dəyişdirilməsi hissəsində təmin olunmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmalarına baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 16.12.2013-cü il tarixli 590G saylı kredit müqaviləsinin sürətindən görünür ki, İddiaçı ASC-nin Nizami filialı tərəfindən Cavabdeh1 48 ay müddətinə 13515 manat məbləğində kredit verilmişdir. 16.12.2013-cü il tarixli 590G saylı (avtokreditlər üzrə) ipoteka müqaviləsinin sürətindən görünür ki, İddiaçı ASC-nin Nizami filialı tərəfindən Cavabdeh1 verilmiş kredit müqaviləsinin təmini kimi Cavabdeh1 məxsus “X4 H3” minik markalı, 99GX831 qeydiyyat nişanlı avtomobil bankın hesabına ipoteka ilə yüklü edilmiş və ilkin satış qiyməti 13515 manat məbləğində qiymətləndirilmişdir. 16.12.2013-cü il tarixli 590G saylı zaminlik müqaviləsinin sürətindən görünür ki, İddiaçı ASC-nin Nizami filialı tərəfindən Cavabdeh1 verilmiş kreditin təmini kimi bank ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. 16.12.2013-cü il tarixli AA 113442 saylı çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus “X4 H3” minik markalı, tip-universal, buraxılış ili 2013, BAN- GWFF3A58DB673463, 99GX831 qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-nin Nizami filialına ipoteka qoyulmuş və qeydiyyata alınmışdır. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X4 H3” minik markalı, tip-universal, buraxılış ili 2013, BAN- GWFF3A58DB673463, 99GX831 qeydiyyat nişanlı avtomobil Cavabdeh1 adına qeyd edilmişdir. "xxxx" MMC-nin 06.04.2021-ci il tarixli ƏQ-144/2021 saylı rəyindən görünür ki, “X4 H3” minik markalı, tip-universal, buraxılış ili 2013, BAN-GWFF3A58DB673463, 99GX831 qeydiyyat nişanlı avtomobilin Likvid dəyəri 13000 (on üç min) manat, bazar dəyəri 14000 (on dörd min) manat təşkil edir (ekspertiza xərci 250 manat). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişdirsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əmlakı açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyi tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Məhkəmə iddia tələbinin satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbinin bu hissəsi hazırkı vaxtda deyil, «İcra Haqqında» Qanunun 45-ci maddəsinin tələbinə əsasən icra mərhələsində həll olunan məsələdir və cavabdehlərin öhdəliyi hazırkı vaxtda mövcud olan təminatla məhdudlaşmış hesab edilməlidir. Məhkəmə iddia tələbinin müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 89.16 manat məbləğin tutulması hissəsinə də qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 12996.33 manat, maqavilə müddəti ərzində ödənilməmiş faiz borcu üzrə 7819.46 manat, cəmi 20815.79 (iyirmi min səkkiz yüz on beş manat otuz üç qəpik) manat və ödənilmiş 30.40 manat dövlət rüsumu və xidmət haqqının tutularaq İddiaçı ASC-nə ödənilməli, tutma öhdəliyin təmini kimi ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus “X4 H3” minik markalı, tip-universal, buraxılış ili 2013, BAN- GWFF3A58DB673463, 99GX831 qeydiyyat nişanlı avtomobilə yönəldilməli, avtomobil açıq hərracdan satılmalı və əldə olunacaq vəsait hesabına borcun ödənilməsi təmin edilməlidir. İş üzrə məhkəmə ekspertiza xərci 250 manat cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Yevlax şəhəri, VÖEN:- **********, Bank:-"xxxx" ASC Yevlax filialı, kod - 509299, VÖEN: ********** (bankın VÖENİ), h/h: AZ61BRES********************, SWİFT: BRESAZ722 m/h: AZ80NABZ******************** - ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 12996.33 manat, maqavilə müddəti ərzində ödənilməmiş faiz borcu üzrə 7819.46 manat, cəmi 20815.79 (iyirmi min səkkiz yüz on beş manat otuz üç qəpik) manat və ödənilmiş 30.40 manat dövlət rüsumu və xidmət haqqı tutularaq, İddiaçı ASC-nə ödənilsin. Tutma öhdəliyin təmini kimi ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus “X4 H3” minik markalı, tip-universal, buraxılış ili 2013, BAN-GWFF3A58DB673463, 99GX831 qeydiyyat nişanlı avtomobilə yönəldilsin və həmin əmlak açıq hərracdan satılsın. Likvid dəyəri 13000 (on üç min) manat qiymətləndirilmiş Cavabdeh1 məxsus “X4 H3” minik markalı, tip-universal, buraxılış ili 2013, BAN-GWFF3A58DB673463, 99GX831 qeydiyyat nişanlı avtomobilınin açıq hərracdan satışından əldə olunmuş vəsait hesabına 20815.79 (iyirmi min səkkiz yüz on beş manat otuz üç qəpik) manat və ödənilmiş 30.40 manat dövlət rüsumu və xidmət haqqı tutularaq İddiaçı ASC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə ekspertiza xərci 250 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq, Azərbaycan Respublikası Yevlax şəhəri, VÖEN:- **********, Bank:- "xxxx" ASC Yevlax filialı, kod - 509299, VÖEN: ********** (bankın VÖENİ), h/h: AZ61BRES********************, SWİFT: BRESAZ722 m/h: AZ80NABZ******************** ödənilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-365/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-365/2021
06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver