Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3654/2021 23.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-ti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 13.06.2019-cu il tarixli İK GK – 014 - MK/2019 saylı kredit müqaviləsinin vaxtından əvvəl xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada əsas borc üzrə 3604.25 manat, faiz borcu üzrə 9.01 manat, cərimə borcu 5.09 manat, cəmi 3618.35 manat və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 13.06.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdeh Cavabdeh1 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə 4500.61 manat məbləğində kredit verilmiş və kredit müqaviləsinin təmini kimi bank ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca yerinə yetirməmiş və nəticədə 3618.35 manat məbləğində borcu yaranmışdır. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəməyə iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 13.06.2019-cu il tarixli GK – 014 - MK/2019 saylı kredit müqaviləsinin vaxtından əvvəl xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada əsas borc üzrə 3553.31 manat, faiz borcu üzrə 2.88 manat, cərimə faizi 5.38 manat, cəmi 3561.57 manat və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında məhkəmədən iddia tələbinin dəyişdirilməsi hissəsində təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, iddiaçı ilə arasında bağlanmış 13.06.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən ona 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə 4500.61 manat məbləğində kredit verilmiş və kreditin təmini kimi bank ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Hazırda cavabdeh olan zamin Cavabdeh2 05.08.2021-ci il tarixdə vəfat etmişdir. O, ilk vaxtlar banka ödənişlər etmiş, lakin sonradan maddi imkanı olmadığından ödənişlər edə bilməmişdir. Məhkəmə tərəfindən ona müəyyən vaxt verilərsə o, banka olan borcunu hissə-hissə ödəyə bilər. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh3 iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 13.06.2019-cu il tarixli İK GK – 014 - MK/2019 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə 4500.61 manat məbləğində kredit verilmiş və kreditin təmini kimi bank ilə Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. 04.11.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 13.06.2019-cu il tarixli GK – 014 - MK/2019 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 3553.31 manat, faiz borcu üzrə 2.88 manat, cərimə faizi 5.38 manat, cəmi 3561.57 manat məbləğində borcu yaranmışdır. 09.12.2021-ci il tarixli 05/Q-178/70 saylı arayışdan görünür ki, X2 05.08.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarından göründüyü kimi, iş üzrə cavabdehlərdən zamin X2 05.08.2021-ci il tarixdə vəfat etmişdir. Odur ki, iddia tələbinin cavabdeh zamin X1 münasibətdə təmin olunması istisna olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyi tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür Məhkəmə hesab edir ki, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 13.06.2019-cu il tarixli İK GK – 014 - MK/2019 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 birgə qaydada əsas borc üzrə 3553.31 manat, faiz borcu üzrə 2.88 manat, cərimə faizi 5.38 manat, cəmi 3561.57 manat və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 13.06.2019-cu il tarixli İK GK – 014 - MK/2019 saylı kredit müqaviləsinə xitam verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 3553.31 manat, faiz borcu üzrə 2.88 manat, cərimə faizi 5.38 manat, cəmi 3561.57 manat və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-3654/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3654/2021
23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver