Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-367/2021 12.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC-nin Cavabdeh qarşı «kredit borcu və tələbin girov predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC Cavabdeh qarşı «kredit borcu və tələbin girov predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 782.22 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun BOKT «xxxx» MMC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus 250 ABŞ dolları dəyərində çəkisi 20.5 qram olan 585 əyarlı bir ədəd sepdən ibarət qızılzinət əşyasına yönəldilməsi və həmin əşyanın hərracda satılması, satışdan əldə olunmuş vəsaitin BOKT «xxxx» MMC-nin xeyrinə ödənilməsi, satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borcunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, BOKT «xxxx» MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 30 ay müddətinə 1950 ABŞ dolları məbləğində kredit verilmiş və BOKT «xxxx» MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT«xxxx» MMC-nə satılmışdır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, öhdəliyi vaxtında və lazımınca icra etməmişdir. Cavabdehlərlə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələni məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin danışıqlar heç bir fayda vermədiyindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Kredit müqaviləsindən irəli gələn öhdəliyin təmini kimi xx.xx.2015-ci il tarixli girov müqaviləsinə əsasən Cavabdeh məxsus 250 ABŞ dolları dəyərində çəkisi 20.5 qram olan 585 əyarlı bir ədəd sepdən ibarət qızılzinət əşyası girov qoyulmuşdur. Hazırda cavabdehin banka 782.22 ABŞ dolları məbləğində borcu yaranmışdır. İddiaçı Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. İddiaçı «xxxx» MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iddianı tam müdafiə etdiklərini nəzərə alaraq, mülki işə onların iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2015-ci il tarixli LD/15149/00062 saylı kredit müqaviləsinin surətindən görünür ki, BOKT «xxxx» MMC tərəfindən Cavabdeh 30 ay müddətinə 1950 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli LD/15149/00062 saylı girov müqaviləsinin surətindən görünür ki, BOKT «xxxx» MMC ilə Cavabdeh arasında girov müqaviləsi bağlanmış və Cavabdeh məxsus 250 ABŞ dolları dəyərində çəkisi 20.5 qram olan 585 əyarlı bir ədəd sepdən ibarət qızıl-zinət əşyası girov qoyulmuşdur. xx.xx.2014-cü il tarixli qızıl-zinət əşyalarının götürülməsi haqqında akt-dan görünür ki, Cavabdeh məxsus 250 ABŞ dolları dəyərində çəkisi 20.5 qram olan 585 əyarlı bir ədəd sepdən ibarət qızıl-zinət əşyası 250 ABŞ dolları məbləğində qiymətləndirilərək götürülmüşdür. xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixə banka olan borcu 782.22 ABŞ dolları məbləğindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas borc üzrə 782.22 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumu BOKT «xxxx» MMC-nin xeyrinə tutulmalı, tutma cavabdehə məxsus 250 ABŞ dolları dəyərində çəkisi 20.5 qram olan 585 əyarlı bir ədəd sepdən ibarət qızıl-zinət əşyasına yönəldilməli və həmin qızıl-zinət əşyası hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 782.22 (yeddi yüz səksən iki dollar iyirmi iki sent) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumu BOKT «xxxx» MMC-nin xeyrinə tutulsun. Tutma öhdəliyin təmini kimi Cavabdeh məxsus 250 ABŞ dolları dəyərində çəkisi 20.5 qram olan 585 əyarlı bir ədəd sepdən ibarət qızıl-zinət əşyasına yönəldilsin və həmin əmlak açıq hərracda satılsın. Cavabdeh məxsus 250 ABŞ dolları dəyərində çəkisi 20.5 qram olan 585 əyarlı bir ədəd sepdən ibarət qızıl-zinət əşyasının satışından əldə olunmuş vəsait hesabına borcun ödənilməsi təmin edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-367/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-367/2021
12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver