Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-373/2021 13.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun tutulması və borcun girov predmetinə yönəldilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı «kredit borcunun tutulması və borcun girov predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 05 noyabr 2019-cu il tarixli, 800805-692548/1 nömrəli kredit müqaviləsi üzrə 3,076.81 manat əsas borc və 296.85 manat faiz borcu olmaqla, cəmi 3,373.66 manat və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında öhdəliklərin icrasının təminatı kimi girov qoyulmuş və Cavabdeh məxsus 583 əyyarlı, 86.1 qram çəkidə 11 ədəd qızıl-zinət əşyalarına (boyunbağı 1 ədəd, qolbağı 1 ədəd, üzük 2 ədəd, kulon 5 ədəd, sırğa 2 cüt) və 880 əyyarlı 4.3 qram çəkidə 1 ədəd kulona (beşlik) yönəldilməsi, qızıl-zinət əşyasının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 05 noyabr 2019-cu il tarixli, 800805-692548/1 nömrəli kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 30% dərəcəsi ilə 3,830.00 (üç min səkkiz yüz otuz) manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, Banka olan borcunu ödəməmişdir. Eyni zamanda bank ilə Cavabdeh arasında 05 noyabr 2019-cu il tarixli, 800805-692548/1 nömrəli kredit müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi 05 noyabr 2019-cu il tarixli, 800805-692548/1 nömrəli girov müqaviləsi bağlanmışdır. 05 noyabr 2019-cu il tarixli, 800805-692548/1 nömrəli girov müqaviləsinə borc öhdəliyinin təminatı qismində Cavabdeh məxsus 583 əyyarlı, 86.1 qram çəkidə 11 ədəd qızıl-zinət əşyaları (boyunbağı 1 ədəd, qolbağı 1 ədəd, üzük 2 ədəd, kulon 5 ədəd, sırğa 2 cüt) və 880 əyyarlı 4.3 qram çəkidə 1 ədəd kulon (beşlik) bankın pul anbarına saxlanca verilmişdir. 10 sentyabr 2020-ci il tarixinə borclunun 05 noyabr 2019-cu il tarixli, 800805- 692548/1 nömrəli kredit müqaviləsi üzrə 3,076.81 manat əsas borc və 296.85 manat faiz borcu olmaqla, cəmi 3,373.66 manat məbləğində kredit borcu yaranmışdır. Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit borcu yaranmışdır. İddiaçı ASC məhkəməyə “iddianın həcminin artırılması”na dair ərizə təqdim edərək, Cavabdeh 05 noyabr 2019-cu il tarixli, 800805-692548/1 nömrəli kredit müqaviləsi üzrə 3,076.81 manat əsas borc və 595.28 manat faiz borcu olmaqla, cəmi 3,672.09 manat və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında öhdəliklərin icrasının təminatı kimi girov qoyulmuş və Cavabdeh məxsus 583 əyyarlı, 86.1 qram çəkidə 11 ədəd qızıl-zinət əşyalarına (boyunbağı 1 ədəd, qolbağı 1 ədəd, üzük 2 ədəd, kulon 5 ədəd, sırğa 2 cüt) və 880 əyyarlı 4.3 qram çəkidə 1 ədəd kulona (beşlik) yönəldilməsi, qızıl-zinət əşyasının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 05 noyabr 2019-cu il tarixli, 800805-692548/1 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 30 % dərəcəsini tətbiq etməklə 3830.00 (üç min səkkiz yüz otuz) manat məbləğində kredit verilmişdir, eyni zamanda 05 noyabr 2019-cu il tarixli girov müqaviləsinə əsasən Cavabdeh məxsus 583 əyyarlı, 86.1 qram çəkidə 11 ədəd qızılzinət əşyaları (boyunbağı 1 ədəd, qolbağı 1 ədəd, üzük 2 ədəd, kulon 5 ədəd, sırğa 2 cüt) və 880 əyyarlı 4.3 qram çəkidə 1 ədəd kulon (beşlik)-qızıl-zinət əşyası banka girov qoyulmuşdur. İş materiallarına əlavə edilmiş 17.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 05 noyabr 2019-cu il tarixli, 800805-692548/1 nömrəli kredit müqaviləsinə əsasən 17.02.2021-ci il tarixə Cavabdeh banka 3,076.81 manat əsas borc, 595.28 manat faiz borcu olmaqla, cəmi 3,672.09 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.06.2021-ci il tarixli, 9/3186 saylı ekspert rəyindən görünürki, 05 noyabr 2019-cu il tarixli, 800805-692548/1 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla iddia tələbinin tarixinə, yəni 10.09.2020-ci il tarixinə Cavabdeh İddiaçı ASC-yə 3,076.81 manat əsas borc, 296.85 manat faiz borcu olmaqla, cəmi borcu 3,373.66 (üç min üç yüz yetmiş üç manat, altmış altı qəpik) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunun təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarına əlavə edilmiş 05.11.2019-cu il tarixli “qızıl təminatlı istehlak kreditinin alınması üçün anket forması”ndan görünür ki, Cavabdeh 583 əyyarlı, 86.1 qram çəkidə 11 ədəd qızıl-zinət əşyalarını (boyunbağı 1 ədəd, qolbağı 1 ədəd, üzük 2 ədəd, kulon 5 ədəd, sırğa 2 cüt) və 880 əyyarlı 4.3 qram çəkidə 1 ədəd kulonu (beşlik) İddiaçı ASC-yə girov qoymuşdur. Həmin formaya əsasən girov qoyulan əmlak bank tərəfindən 7768.54 manat məbləğində qiymətləndirilmişdir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.3-cü maddəsinə əsasən, girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Göründüyü kimi, borclu Cavabdeh icrasını təmin etmək üçün əşyanı girova verdiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və girov saxlayan kredit təşkilatı girovla yüklü edilmiş əşyanı açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. İddiaçı ASC məhkəməyə “iddianın həcminin artırılması”na dair ərizə təqdim edərək, Cavabdeh 05 noyabr 2019-cu il tarixli, 800805-692548/1 nömrəli kredit müqaviləsi üzrə 3,076.81 manat əsas borc və 595.28 manat faiz borcu olmaqla, cəmi 3,672.09 manat və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında öhdəliklərin icrasının təminatı kimi girov qoyulmuş və Cavabdeh məxsus 583 əyyarlı, 86.1 qram çəkidə 11 ədəd qızıl-zinət əşyalarına (boyunbağı 1 ədəd, qolbağı 1 ədəd, üzük 2 ədəd, kulon 5 ədəd, sırğa 2 cüt) və 880 əyyarlı 4.3 qram çəkidə 1 ədəd kulona (beşlik) yönəldilməsi, qızıl-zinət əşyasının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdiyindən və “iddianın həcminin artırılması”na dair ərizə qanunauyğun olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün İddiaçı ASC tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehə aid edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh əsas borc üzrə 3,076.81 manat, faiz borcu üzrə 595.28 manat olmaqla, cəmi 3,672.09 manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı ASC -nin xeyrinə tutulmalı, tutma Cavabdeh məxsus girova qoyulmuş 583 əyyarlı, 86.1 qram çəkidə 11 ədəd qızıl-zinət əşyalarına (boyunbağı 1 ədəd, qolbağı 1 ədəd, üzük 2 ədəd, kulon 5 ədəd, sırğa 2 cüt) və 880 əyyarlı 4.3 qram çəkidə 1 ədəd kulona (beşlik) yönəldilməli, həmin əşya açıq hərracdan satılmalı, satışdan əldə ediləcək vəsait hesabına banka olan borc ödənilməlidir. Bundan başqa, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 18.06.2021ci il tarixli, 9/3186 nömrəli rəyi ilə əlaqədar 100 (yüz) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan məbləğ məhkəmə xərci olaraq Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh əsas borc üzrə 3,076.81 manat, faiz borcu üzrə 595.28 manat olmaqla, cəmi 3,672.09 manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı ASC-yə ödənilsin. Tutma bank qarşısında öhdəliklərin icrasının təminatı kimi Cavabdeh məxsus olan girova qoyulmuş 583 əyyarlı, 86.1 qram çəkidə 11 ədəd qızıl-zinət əşyalarına (boyunbağı 1 ədəd, qolbağı 1 ədəd, üzük 2 ədəd, kulon 5 ədəd, sırğa 2 cüt) və 880 əyyarlı 4.3 qram çəkidə 1 ədəd kulona (beşlik) yönəldilsin və həmin əşyalar açıq hərracdan satılsın, satışdan əldə ediləcək vəsait hesabına İddiaçı ASC-yə olan borc ödənilsin. Cavabdeh 100 manat ekspertiza tədqiqatının dəyəri tutularaq, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-373/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-373/2021
13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver