Məhkəmə qərarları › İş №2(044)-374/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-374/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-374/2021 16.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin Cavabdeh qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və sair” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh xx.xx.2011-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1416.00 ABŞ dolları, xx.xx.2013-cü il tarixə qədər hesablanmış faiz borcu üzrə 334.00 ABŞ dolları, cərimə üzrə 141.60 ABŞ dolları olmaqla, ümumilikdə 1891.60 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin xeyrinə tutulması, tutmanın xx.xx.2011-ci il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus 100 ABŞ dolları dəyərində olan çəkisi 7.1 qram olan 583 əyarı bir ədəd saat “Çayka” qızıl-zinət əşyasına yönəldilməsi və həmin əşyanın hərracda satılmasına, satışdan əldə olunan vəsaitin Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin xeyrinə ödənilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməzsə, qalıq borcun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin Gəncə filialı ilə Cavabdeh arasında ilə bağlanmış xx.xx.2011-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 36 faiz dərəcəsi tətbiq etməklə 1500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi xx.xx.2011-ci il tarixli girov müqaviləsinə əsasən Cavabdeh məxsus 100 ABŞ dolları dəyərində olan çəkisi 7.1 qram olan 583 əyarı bir ədəd saat “Çayka” qızıl-zinət əşyası girov qoyulmuşdur. Cavabdeh əsas məbləğ üzrə borcu 1416.00 ABŞ dolları, faiz üzrə 334.00 ABŞ dolları, cərimə üzrə 141.60 ABŞ dolları olmaqla, ümumilikdə 1891.60 ABŞ dolları təşkil edir. Qeyd edilənlərə əsasən Cavabdeh xx.xx.2011-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1416.00 ABŞ dolları, xx.xx.2013-cü il tarixə qədər hesablanmış faiz borcu üzrə 334.00 ABŞ dolları, cərimə üzrə 141.60 ABŞ dolları olmaqla, ümumilikdə 1891.60 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin xeyrinə tutulması, tutmanın xx.xx.2011-ci il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus 100 ABŞ dolları dəyərində olan çəkisi 7.1 qram olan 583 əyarı bir ədəd saat “Çayka” qızıl-zinət əşyasına yönəldilməsi və həmin əşyanın hərracda satılmasına, satışdan əldə olunan vəsaitin Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin xeyrinə ödənilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməzsə, qalıq borcun cavabdehdən tutulmasına dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin nümayəndəsi X1 məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, iddia tələbinin təmin edilməsini, eləcə də işə onun iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, iddiaçı ilə arasında bağlanmış xx.xx.2011-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən bank tərəfindən ona 18 ay müddətinə 1500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təmini kimi bank ilə onun arasında xx xxxxxxxx 2011-ci il tarixli girov müqaviləsi bağlanmışdır və 100 ABŞ dolları dəyərində olan çəkisi 7.1 qram olan 583 əyarı bir ədəd saat “Çayka” qızıl-zinət əşyasını girov qoymuşdur. Hazırda iddiaçı “xxxx” MMC iddia müddətini ötürmüşdür. Odur ki, iddia müddətini tətbiq edib iddianın təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə iddiaçı “xxxx” MMC tərəfindən iddia müddətinin ötürüldüyündən iddia müddətini tətbiq edib iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etməsinə dair ərizə ilə müraciət etmişdir. Məhkəmə Cavabdeh izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, xx.xx.2011-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, “xxxx” MMC tərəfindən Cavabdeh 18 ay müddətinə 1500 ABŞ dolları məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2008-ci il tarixli Qərarında (L.İ.Binnətovanın şikayəti üzrə) qeyd edilir ki, MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.” İşin hallarından görünür ki, cavabdeh mübahisəyə iddia müddətinin tətbiq olunmasına dair məhkəməyə rəsmi ərizə vermişdir. Mülki iş materialları ilə müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi kredit müqaviləsi xx.xx.2011-ci il tarixdə 18 ay müddətinə bağlanmışdır. Mübahisə müqavilə öhdəliklərindən əmələ gəldiyindən ona 3 illik iddia müddəti tətbiq olunmalıdır. Göründüyü kimi, iddiaçı iddia müddətini ötürmüşdür. İş məhkəmədə araşdırılarkən iddiaçı müddətin üzürlü səbəblərdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddia müddətinin ötürülməsi məhkəmə tərəfindən iddianın rədd edilməsi üçün əsas hesab edilir. Belə ki, iş üzrə təqdim olunmuş sənədlərdən müəyyən edilmişdir ki, iddiaçı bank artıq kredit müqaviləsi üzrə öz hüquqlarının pozulduğunu bilirdi və həmin müqaviləyə əsasən öz hüquqlarından istifadə edə bilərdi. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə də, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Qeyd olunan Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, hazırkı iddia tələbini irəli sürmək üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur, lakin məhkəmə hesab edir ki, qeyd olunan haldan asılı olmayaraq, iddiaçı öz hüquqlarının pozulduğunu bildiyi və bilməli olduğu halda iddia tələbi ilə məhkəməyə müraciət etməmiş və bu səbəbdən də kredit borcunun ödənilməsi barədə tələbin irəli sürülməsi ücün iddia müddətini ötürdüyündən əsas öhdəlik üzrə və əlavə tələblər üzrə iddia tələbi təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunla müəyyən olunan iddia müddəti açıq-aşkar ötürüldüyündən iddiaçi “xxxx” MMC-nin Cavabdeh qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və sair” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360cı maddələrinə əsaslanaraq, məhkəmə qət etdi: İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və sair” tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar